Süni intellekt təhlükədir, yoxsa imkan? - İnsan nə vaxt düşünməyi dayandırır?

Süni intellekt təhlükədir, yoxsa imkan? - İnsan nə vaxt düşünməyi dayandırır?"Süni intellektin insanın təfəkkürünü zəiflədəcəyi ilə bağlı narahatlıqları müəyyən qədər başa düşmək mümkündür. Çünki həqiqətən də insanlar bəzi hallarda düşünmək və araşdırmaq əvəzinə hazır cavabdan istifadə etməyə üstünlük verməyə başlayırlar. Burada əsas məsələ isə süni intellektin özü deyil, ondan istifadə vərdişidir".

Bunu BiG.AZ- a açıqlamasında İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib.

O, qeyd edib ki, gündəlik həyatda da bunun nümunələrini görmək mümkündür. İnsanlar getdikcə daha çox hazır cavablara öyrəşirlər. Axtarmaq, analiz etmək və müxtəlif məlumatları müqayisə etmək əvəzinə birbaşa nəticəni əldə etməyə üstünlük verirlər. Bu yanaşma uzun müddət davam etdikdə düşünmə və analiz etmə vərdişlərinə müəyyən təsir göstərə bilər:

"Lakin əvvəlki dövrlərə nəzər salsaq, tarix boyu yeni texnologiyaların ortaya çıxması ilə bağlı oxşar müzakirələrin aparıldığını görərik. Kalkulyator yaradıldıqda insanların hesablama qabiliyyətini itirəcəyi deyilirdi. İnternetin geniş yayılması zamanı isə yaddaşın zəifləyəcəyi ilə bağlı narahatlıqlar səsləndirilirdi. Buna baxmayaraq, nəticədə bu texnologiyalar insanın imkanlarını məhdudlaşdırmadı, əksinə, bir çox sahələrdə onun imkanlarını genişləndirdi.

Süni intellektə də müəyyən mənada eyni yanaşmaq olar. Daha sadə ifadə etsək, AI-ni kalkulyator kimi təsəvvür etmək mümkündür. Əgər insan hesablamanın məntiqini bilirsə, kalkulyator onun işini sadəcə sürətləndirir. Əgər həmin məntiqi bilmirsə, o zaman insan yalnız düymələrə basan istifadəçiyə çevrilir. Süni intellektdən istifadə zamanı da oxşar vəziyyət yaranır. İnsan mövzunu anlayır, analiz edə bilir və AI-dan aldığı məlumatı qiymətləndirirsə, bu texnologiya onun işini asanlaşdıran və sürətləndirən vasitəyə çevrilir. Əks halda isə insan hazır cavabdan asılı vəziyyətə düşə bilər.

Bu səbəbdən süni intellektin qadağan edilməsi məsələsi də effektiv həll yolu hesab edilə bilməz. Texniki baxımdan belə texnologiyaların tamamilə qadağan olunması nə realdır, nə də uzunmüddətli perspektivdə effektiv görünür. Süni intellekt artıq qlobal texnologiyaya çevrilib və müxtəlif platformalarda geniş istifadə olunur. Qadağalar tətbiq edilsə belə, insanların alternativ vasitələrə çıxış imkanları qalacaq.

Burada əsas diqqət qadağaya deyil, maarifləndirməyə yönəldilməlidir. İnsanlara süni intellektdən necə düzgün istifadə etməyin yolları öyrədilməlidir. İstifadəçilər hansı hallarda AI-dan dəstək almağın faydalı olduğunu, hansı hallarda isə öz düşüncə və analiz qabiliyyətlərini ön plana çəkməli olduqlarını bilməlidirlər.

Xüsusilə təhsil prosesində bu məsələ daha böyük əhəmiyyət daşıyır. Şagird və tələbələrin süni intellektdən hazır cavab əldə etmək üçün deyil, mövzunu daha yaxşı anlamaq, araşdırmaq və öz fikirlərini inkişaf etdirmək üçün istifadə etmələri vacibdir.

Əslində, problem süni intellektin insanın yerinə düşünməsində deyil, insanın düşünməkdən imtina etməsində yarana bilər. Texnologiyanın özü nə yaxşı, nə də pisdir. Onun insanın inkişafına, yoxsa əksinə, düşünmə vərdişlərinin zəifləməsinə təsir göstərməsi əsasən istifadə formasından asılıdır.

Bu baxımdan məqsəd süni intellektdən uzaq durmaq deyil, ondan şüurlu və məsuliyyətli şəkildə istifadə etməyi öyrənməkdir. İnsan öz düşünmə qabiliyyətini qoruduğu və AI-nin verdiyi məlumatı yoxlamağı, müqayisə etməyi və analiz etməyi bacardığı halda, süni intellekt təfəkkürü zəiflədən deyil, əksinə, insanın imkanlarını genişləndirən mühüm texnologiyaya çevrilə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 701   Tarix: 03 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov

11:29 167
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 150
.

Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı

"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B

05.11.2026 317
.

Şənbə günü yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

12:48 123
.

Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər

Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki

05.11.2026 338
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 346
.

Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal

14:15 0
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

14:06 1
.

"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi

"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm

05.11.2026 316
.