Misli Premyer Liqasında qol "quraqlığı": Son 10 ilin antirekordu yeniləndi
Misli Premyer Liqasının III turu antirekordla əlamətdar olub.
Oxu.Az Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, baş tutan 6 qarşılaşmada cəmi 5 qol vurulub. Bununla da orta məhsuldarlıq göstəricisi 0.83-ə bərabər olub.
"Qəbələ" - "Şamaxı" görüşü qolsuz başa çatıbsa, digər 5 qarşılaşmanın hərəsində 1 top vurulub. "Kəpəz" - "Turan Tovuz" və "Zirə" - "Neftçi" matçlarında meydan sahibi, "Şəfa" - "İmişli", "Sumqayıt" - "Qarabağ" və "Araz-Naxçıvan" - "Sabah" oyunlarında isə qonaq komanda bir topla qalib gəlib.
Orta məhsuldarlığın 0.83 olması son 10 mövsüm üçün antirekorddur. Daha aşağı göstəriciyə sonuncu dəfə 2016/17 mövsümünün II turunda təsadüf olunub. 2016-cı il avqustun 11-14-də keçirilən 4 qarşılaşmada cəmi 3 qol vurulub. Həmin vaxt orta göstərici 0.75 olub.
Maraqlı məqam odur ki, indiki kimi avqusta təsadüf edən qarşılaşmalardan 10 il sonra da üz-üzə gələn cütlər olub. "Sumqayıt" - "Qarabağ" (0:2) və "Neftçi" - "Zirə" (0:1) oyunlarında 10 il əvvəl də eyni komandalar qalib gəlmişdisə, "Qəbələ" - "İnter" (indiki "Şamaxı") qolsuz başa çatıb. "Kəpəz"lə AZAL-ın duelində də qol qeydə alınmayıb.
III turun daha bir diqqətçəkən məqamı 6 oyundan 5-nin 1:0 hesabı ilə başa çatmasıdır. Premyer Liqanın PFL bayrağı altında keçirildiyi dövrdə bir turda 5 matç 1:0 nəticələnməyib. Bu müddətdə 10 dəfə turun dörd qarşılaşmasının taleyini bir top həll edib.
Hətta bunun ikisi ötən mövsüm 6 matçdan ibarət turlarda qeydə alınıb. 2023/24 mövsümünün sonuncu - XXXVI turunda isə indiki kimi bir görüş fərqli nəticələnib. Baş tutan 5 oyundan 4-ü 1:0, biri digər hesabla yekunlaşıb.
2024-cü il mayın 25-26-da keçirilən turda "Sumqayıt" "Qəbələ"yə, "Zirə" "Səbail"ə, "Turan Tovuz" "Kəpəz"ə evdə, "Sabah" "Neftçi"yə səfərdə bir qolla qalib gəlib. Yalnız "Araz-Naxçıvan" - "Qarabağ" duelində (2:2) hesab fərqli olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 734 Tarix: 02 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov
11:29 167 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi
11:44 150 Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı
"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B
05.11.2026 317 Şənbə günü yağış yağacaq
Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl
12:48 123 Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər
Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki
05.11.2026 338 Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb
Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA
05.11.2026 346 Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı
Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal
14:15 0 Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
14:06 1 "Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi
"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm
05.11.2026 316