"ŞƏT-in gücü coğrafi mövqe, əhali, iqtisadi faktorlar baxımından malik olduğu miqyasdadır" - millət vəkili Rizvan Nəbiyev

"ŞƏT-in gücü coğrafi mövqe, əhali, iqtisadi faktorlar baxımından malik olduğu miqyasdadır" - millət vəkili Rizvan NəbiyevAzərbaycan 2016-cı ildən ŞƏT-in dialoq tərəfdaşıdır və son illərdə təşkilatla əlaqələri daha da dərinləşdirir. Məlum olduğu kimi, Bişkekdə "ŞƏT plyus " formatında yüksək səviyyəli görüş start götürüb. Millət vəkili Rizvan Nəbiyev görüşlə bağlı BiG.AZ-a geniş açıqlama verib:
"ŞƏT-in gücü coğrafi mövqe, əhali, iqtisadi faktorlar baxımından malik olduğu miqyasdadır" - millət vəkili Rizvan Nəbiyev"Azərbaycanın ŞƏT strategiyası təşkilata sadəcə yaxınlaşmaq deyil, ŞƏT məkanının yaratdığı böyük geoiqtisadi potensialı Azərbaycanın coğrafi və infrastruktur üstünlükləri ilə bağlamaq və bununla mövcud potensialı daha da genişləndirmək kimi qiymətləndirmək olar. ŞƏT-in əsas üstünlüyü onun miqyası - əhali, bazar, resurs və istehsal imkanlarının genişliyidir. Azərbaycanın üstünlüyü isə coğrafi mövqeyi, Xəzər dənizi, enerji resursları, logistika infrastrukturu və Avropaya çıxış imkanlarıdır.

Bu iki potensialın kəsişdiyi əsas məkan Orta Dəhlizdir. Azərbaycan ŞƏT məkanını Xəzər üzərindən Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən bağlantı platforması kimi çıxış edir. ŞƏT-in öz sənədlərində də nəqliyyat dəhlizlərinin, multimodal marşrutların, logistika mərkəzlərinin və transsərhəd prosedurların inkişafı prioritet istiqamətlər kimi müəyyən edilir. Bu baxımdan Azərbaycanın məqsədi ŞƏT-in geniş iqtisadi məkanını Orta Dəhliz vasitəsilə Avropa bazarlarına bağlayan əsas tranzit və logistika qovşaqlarından birinə çevrilməkdir. Bu, Azərbaycanın təşkilatla əməkdaşlığını siyasi iştirakdan daha çox praktik iqtisadi nəticələrə - yükdaşımaların artırılması, investisiyaların cəlb edilməsi, enerji və rəqəmsal bağlantıların genişləndirilməsinə yönəldir"

Deputatın sözlərinə görə, digər mühüm istiqamət enerji bağlantısıdır. Azərbaycanın Xəzər hövzəsindəki enerji potensialı və Avropa enerji bazarlarına çıxışı ŞƏT məkanının enerji resursları ilə Avropa arasında əlavə bağlantı imkanları yaradır:

"Enerji mənbələrinin və ixracı yollarının şaxələndirilməsi Azərbaycanın ŞƏT qarşısında əsas üstünlüklərindən sayılır. Azərbaycanın enerji məsələləri kontesktində ŞƏT çərçivəsində üstünlüyü enerji istehsalının miqyasında deyil, enerji marşrutlarının şaxələndirilməsindədir. Azərbaycan enerji resurslarının Xəzər və Cənubi Qafqaz üzərindən Avropa bazarlarına çıxarılmasında mühüm bağlantı ölkəsidir. Eyni məntiq rəqəmsal infrastruktur və "Rəqəmsal İpək Yolu" layihələrinə də aiddir.

Nəticə etibarilə, Azərbaycanın əsas strateji üstünlüyü ŞƏT məkanının bir hissəsi olmaqdan daha çox, Çin və Mərkəzi Asiyanı Xəzər, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropa ilə əlaqələndirən kəsişmə nöqtəsi olmaqdır. Bu yanaşma Azərbaycanın regional tranzit ölkəsindən Avrasiyanın geoiqtisadi bağlantı mərkəzlərindən birinə çevrilməsi strategiyasını gücləndirir. Azərbaycanın ŞƏT "Plus" formatında Bişkekdə iştirakı da bu yanaşmanın siyasi-diplomatik səviyyədə davamıdır.

Bişkek sammiti çərçivəsində görüşlərin təhlili göstərir ki, Azərbaycanın ŞƏT-ə yanaşması yalnız siyasi yaxınlaşma üçün deyil, əsasən geoiqtisadi bağlantı strategiyasının genişləndirilməsi üçün əlverişli əsas yaradır. 2026-cı il sammitində 25 illiyi qeyd olunan ŞƏT-in üzv dövlətləri dünya əhalisinin 40 faizindən çoxuna, qlobal ÜDM-in təxminən dörddə birinə malikdir. Sammit gündəliyində nəqliyyat, logistika, enerji, rəqəmsal bağlantı, süni intellekt və yaşıl texnologiyalar da önə çıxıb"

Rizvan Nəbiyev onu da vurğulayıb ki, 2025-ci il Tiencin qərarı Azərbaycan-ŞƏT əməkdaşlığının institusional çərçivəsini yenilədiyi halda, 2026-cı il Bişkek Sammiti Azərbaycanın Mərkəzi Asiya ilə sürətlə dərinləşən əlaqələrini və ŞƏT məkanında artan bağlantılar siyasətini nümayiş etdirir. Eyni zamanda Azərbaycan-Ermənistan sülh gündəliyinin irəliləməsi və regional kommunikasiyaların açılması bu strategiyanın Cənubi Qafqaz ölçüsünü tamamlayır. Beləliklə, Azərbaycanın ŞƏT siyasətinin əsas geosiyasi kapitalı onun Şərqlə Qərb, Mərkəzi Asiya ilə Avropa və enerji istehsalçıları ilə istehlak bazarları arasında yaratdığı bağlantıdır:

"Tiencin 2025: münasibətlərin institusional baxımdan yeni mərhələsi

2025-ci ilin Tiencin Sammitində müşahidəçi və dialoq tərəfdaşı statuslarının vahid "SCO Partner / ŞƏT tərəfdaşı" formatında birləşdirilməsi təşkilatın tərəfdaşlıq mexanizmini yenidən qurdu. Bununla belə, hüquqi prosedurların hələ tamamlanmadığını vurğulamaq daha dəqiq olar. ŞƏT-in rəsmi məlumatına görə, yeni statusun hüquqi bazasının tam tətbiqinə qədər mövcud müşahidəçi və dialoq tərəfdaşı statusları qüvvədə qalır.

Tiencin qərarı Azərbaycanın ŞƏT-lə münasibətlərində formal status dəyişikliyindən daha çox, təşkilatın tərəfdaşlıq sisteminin yenilənməsi baxımından əhəmiyyətlidir. ŞƏT-in tərəfdaşlıq modelinin yenidən qurulması təşkilatın xarici tərəfdaşlarla münasibətlərində əvvəlki iyerarxik bölgünü yumşaldır. Bu, Azərbaycan üçün təşkilatın siyasi və iqtisadi gündəliyinə daha geniş formatda töhfə vermək imkanları yaradır. Bu proses ölkəmizin ŞƏT məkanında daha çevik və çoxşaxəli iştirakı üçün baza formalaşdırır.

Azərbaycan-ŞƏT münasibətləri: yeni mərhələnin siyasi və geoiqtisadi məzmunu

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə ŞƏT tədbirlərində iştirakı Azərbaycanın təşkilatın gündəliyinə siyasi diqqətinin davam etdiyini göstərir. Bişkek gündəliyində təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, ekologiya, süni intellekt və humanitar əməkdaşlıq gündəmin ümumi mövzularıdır. Bu isə Azərbaycanın prioritetləri ilə böyük ölçüdə üst-üstə düşür.Buna görə Bişkek Sammitinin Azərbaycan üçün ümumilikdə üç ölçüsünü müəyyən etmək olar:

1. Siyasi: Azərbaycanın ŞƏT məkanında yüksək səviyyəli siyasi iştirakını davam etdirməsi.

2. Regional: Qırğızıstan və digər Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin dərinləşdirilməsi.

3. İqtisadi, nəqliyyat və tranzit: Nəqliyyat, logistika, rəqəmsallaşma və enerji gündəliyinin inkişaf etdirilməsi.

Azərbaycanın ŞƏT məkanında əsas üstünlüyü təşkilatın əsasən Asiyanı əhatə edən böyük coğrafiyasını Avropa, Türkiyə və Cənubi Qafqazla birləşdirən tranzit, enerji və logistika imkanlarının genişlənməsinə töhfə vermək imkanına olmasıdır. ŞƏT Çin, Rusiya, Mərkəzi Asiya, İran, Hindistan və Pakistan kimi böyük dövlətləri və bazarları bir araya gətirir. Azərbaycan isə Xəzər üzərindən Avropa və Türkiyəyə çıxış nöqtəsi rolunu oynayır.

Bu baxımdan Azərbaycan üçün ŞƏT sadəcə siyasi dialoq platforması deyil, Avrasiyanın müxtəlif iqtisadi, enerji və nəqliyyat məkanlarını birləşdirən platformadır, Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişmə məkanıdır. Bu platforma Orta Dəhlizin imkanlarının genişləndirilməsi və intensivliyin artrılması üçün siyasi mühitdir, Çin və Mərkəzi Asiyanın Avropa bazarlarına çıxışında alternativ istiqamətdir.

ŞƏT-in gücü coğrafi mövqe, əhali, iqtisadi faktorlar baxımından malik olduğu miqyasındadır, Azərbaycanın gücü isə müxtəlif bazarlar arasında bağlantı imkanınlarının təminindədir. Azərbaycan ŞƏT məkanını digər Avrasiya məkanları, o cümlədən Türkiyə, Qara dəniz ölkələri və ümumilikdə Avropa ilə birləşdirən dövlət kimi öz rolunu daha da gücləndirə bilər. Azərbaycan üçün ŞƏT-in əhəmiyyəti davamlı bağlantı funksiyasının inkişafına töhfəni artırmaqdır"

Millət vəkili yekunda qeyd edib ki, Azərbaycanın çoxvektorlu siyasəti: ŞƏT-i alternativ kimi deyil, əlavə platforma kimi qiymətləndirir:

"Azərbaycan üçün ən optimal yanaşma ŞƏT-i geosiyasi qarşıdurma platforması kimi deyil, çoxqütblü Avrasiyada praktiki əməkdaşlıq mexanizmi kimi qiymətləndirməsindədir. Bakı ŞƏT-i geosiyasi seçim platforması kimi deyil, iqtisadi və nəqliyyat imkanlarını artıran əlavə çoxtərəfli mexanizm kimi nəzərdən keçirir. Bu mənada Azərbaycanın ŞƏT siyasətinin mahiyyəti Şərq və Qərb arasında mövcud bağlantı imkanlarını genişləndirməkdir"

Lalə Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 108   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Avrasiyanın siyasi və iqtisadi xəritəsində Şanxay Əməkdaşlıq Təşkilatının çəkisi getdikcə artır" - millət vəkili Müşfiq Cəfərov

"Avrasiyanın siyasi və iqtisadi xəritəsində Şanxay Əməkdaşlıq Təşkilatının çəkisi getdikcə artır. Bu təşkilat artıq yalnız təhlükəsizlik məsələlərinin müzakirə edildiyi platforma deyil. Burada dünyanın ən böyük beyin mərkəzləri, nəhəng iqtisadiyyatlar, enerji resursları və qlobal ticarətin mühü

14:55 247
.

İlham Əliyevin Bişkekdə Rəcəb Tayyib Ərdoğanla görüşü olub - FOTO - VİDEO

Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin qardaşlıq və stratej

10:23 234
.

Rəqəmsal İpək Yolu: Türk Dünyası İKT-də yeni güc mərkəzinə çevrilə bilərmi?

"Azərbaycan və Qırğızıstanın rəqəmsal inteqrasiyası regionun gələcəyini necə dəyişə bilər? İKT sahəsində qurulacaq yeni körpülər sadəcə texnologiya deyil, həm də yeni iqtisadi güc deməkdir". Bunu BİG.AZ-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyini

11:58 157
.

Rəqabət Məcəlləsi 2 ildir qüvvədədir: Bazarda nə dəyişib? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda azad rəqabətin təmin olunması və inhisarçılığın qarşısının alınması məqsədilə qəbul edilən Rəqabət Məcəlləsinin qüvvəyə minməsindən artıq iki ildən çox vaxt ötür. 2024-cü il iyulun 1-dən tətbiq olunan yeni məcəllə bazarda rəqabət mühitinin gücləndirilməsi baxımından mühüm hüquqi addım kim

11:00 223
.

Bişkek diplomatiyası: Azərbaycanın artan beynəlxalq çəkisi və Prezident İlham Əliyevin mühüm görüşləri

Bişkek diplomatiyası: Azərbaycanın artan beynəlxalq çəkisi və Prezident İlham Əliyevin mühüm görüşləri. ŞƏT sammiti Azərbaycanın regional və qlobal gündəlikdə mövqeyini daha da möhkəmləndirən mühüm diplomatik platformaya çevrilir. Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstanın paytaxtı Bişkekə işgüza

11:06 171
.

Media əlaqələri iki qardaş ölkəni daha da yaxınlaşdırır

"Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər son illərdə müxtəlif istiqamətlər üzrə sürətlə inkişaf edir. Siyasi və iqtisadi əlaqələrlə yanaşı, humanitar sahədə, xüsusilə media istiqamətində əməkdaşlığın genişləndirilməsi də diqqət çəkir. Bu proses iki ölkə arasında mövcud olan tarixi, mədən

11:52 139
.

Kamilə Babayevadan dünyasını dəyişən anası ilə bağlı paylaşım

Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı anasının görüntülərini yayımlayaraq bunları yazıb:. "Sən mənə lap uşaqlıqdan doğruluqdan və dürüstlükdən heç vaxt şübhə etmədən, başıuca və məğrur yaşamağı öyrətdin

10:50 216
.

Prezident İlham Əliyevin Bişkek görüşləri: Azərbaycanın regional liderlik xətti

Prezident İlham Əliyevin beynəlxalq platformadakı görüşləri ölkəmizin regional və qlobal proseslərdə artan rolunu bir daha nümayiş etdirdi. Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti Azərbaycanın xarici siyasəti baxımından mühüm diplomatik hadisə kimi yadda qalır. Prezident İlham Əliyevi

11:10 156
.

Bişkekdə diplomatik şahmat: Prezident İlham Əliyevin ŞƏT sammitində görüşləri Azərbaycana nə vəd edir?

Azərbaycan Prezidentinin Bişkek diplomatiyası: sülhdən nəqliyyat dəhlizlərinə, regional əməkdaşlıqdan yeni iqtisadi imkanlara qədər.Bişkek son iki gündə yalnız Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi edən şəhər deyil, həm də Avrasiya siyasətinin mühüm diplomatik mərkəzlərindən birinə çevrilib

14:25 154
.