"Twitter" geri qayıdır?

"Twitter" geri qayıdır?ABŞ-ın "Operation Bluebird" startapı "Twitter.now" adlı yeni sosial şəbəkəni istifadəyə verib.

Axşam.az "TechCrunch"a istinadən xəbər verir ki, layihənin təsisçiləri arasında "Twitter"in əmtəə nişanları üzrə keçmiş hüquqşünası Stiven Kouts da yer alır.

Platformanın əsas fərqi süni intellekt əsaslı VERA moderasiya sistemidir. Sistem paylaşımlardakı iddiaları yoxlayır, mənbə və kontekst təqdim edir, həmçinin məlumatlara etibarlılıq reytinqi verir. İstifadəçilər aşağı reytinqli məzmunu filtrləmək üçün öz limitlərini müəyyən edə bilirlər.

Hazırda test mərhələsində olan platformaya erkən giriş 20 dollardır. Xidmətin mobil tətbiqləri isə hələ təqdim edilməyib.

Operation Bluebird eyni zamanda "Twitter" brendinin hüquqları uğrunda X Corp. ilə məhkəmə çəkişməsi aparır. Şirkət hesab edir ki, "Twitter"in "X" olaraq rebrendinqindən sonra əvvəlki əmtəə nişanına dair bəzi hüquqlar qüvvədən düşüb. X Corp. isə bu iddianı qəbul etmir.

Mübahisə ilə bağlı yekun məhkəmə qərarı hələ verilməyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 81   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünya bazarında qızıl həyəcanı - qiyməti yenə artdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın qiyməti artıb. xəbər verir ki, bir troya unsiyası qızılın qiyməti 6,49 dollar artaraq 4 436,4 dollar təşkil edib. Gümüşün qiymətində də yüksəliş qeydə alınıb. Belə ki, gümüşün bir unsiyasının qiyməti 0,40 dollar artaraq 66,67 dollara çatıb

22:00 2
.

Bişkekdə diplomatik şahmat: Prezident İlham Əliyevin ŞƏT sammitində görüşləri Azərbaycana nə vəd edir?

Azərbaycan Prezidentinin Bişkek diplomatiyası: sülhdən nəqliyyat dəhlizlərinə, regional əməkdaşlıqdan yeni iqtisadi imkanlara qədər.Bişkek son iki gündə yalnız Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi edən şəhər deyil, həm də Avrasiya siyasətinin mühüm diplomatik mərkəzlərindən birinə çevrilib

14:25 199
.

Hörmüzdə daha bir tanker hücuma məruz qaldı

Hörmüz boğazından çıxış istiqamətində hərəkət edən daha bir neft tankerinə üç naməlum mərmi ilə zərbə endirilib. xəbər verir ki, bu barədə Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb. İnsident Oman sahillərində, Xəsəb şəhərindən təxminən 17 dəniz mili şərqdə baş verib. Tanke

21:15 41
.

Ərdoğan ŞƏT görüşündə Orta Dəhliz və Azərbaycanla bağlı mühüm bəyanat verib

"Orta Dəhlizin Azərbaycan üzərindən "Bir kəmər, bir yol" təşəbbüsü ilə də uyğunlaşdırılmasını istəyir və bu çərçivədə təşkilat daxilindəki əməkdaşlığa böyük önəm veririk". xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "ŞƏT plyus" formatında görüşdə çıxış

15:10 170
.

Bişkek görüşü Cənubi Qafqazda yeni reallığın daha bir təsdiqidir

"Prezident İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünü Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi baxımından mühüm siyasi hadisə hesab etmək olar. Çünki burada söhbət artıq yalnız sülh haqqında danışmaqdan getmir. Söhbət əldə olunmuş razılaşmaların real həyatd

13:15 179
.

"Bolt"dan ayıq sürücü sifariş etdi, maşını zədələndi - "Atəşgah" zərəri ödəmir (VİDEO)

Ayıq sürücü xidməti üçün çağırılan şəxsin idarə etdiyi avtomobil zədələnib, lakin vətəndaş iki aydan çoxdur ki, dəymiş zərərin ödənilməsi üçün mübarizə aparır. Sığorta şirkəti isə sürücünün sığorta qaydalarına əsasən "səlahiyyətləndirilmiş sürücü" olmadığını əsas gətirərək ödənişdən imtin

20:30 95
.

Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı

Ukraynanın Rusiyanın qərbinə endirdiyi zərbələr zamanı bir dron qısa müddətə Estoniyanın cənub-şərq hava məkanına daxil olub və bununla əlaqədar hava təhlükəsi barədə xəbərdarlıq elan edilib. xəbər verir ki, bu barədə ERR məlumat yayıb. Məlumata görə, NATO-nun hava hücumundan müdafiə missiyası çərçivəsind

21:45 1
.

"Bişkek sammiti Azərbaycanın Avrasiyada geoiqtisadi rolunu gücləndirir" - İLYAS HÜSEYNOV

Şanxay Əməkdaşlıq Təşkilatının Bişkek sammiti regionda siyasi və iqtisadi gündəmin əsas mövzularından birinə çevrilib. Azərbaycanın da diqqət mərkəzində olduğu sammit Bakı üçün ŞƏT ölkələri ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm platforma kimi qiymətləndirilir. İqtisad

16:41 194
.

Məşhur müğənni idman zalından çıxanda GÜLLƏLƏNDİ

Hindistanın Uttar-Pradeş ştatında silahlılar məşhur müğənni Ankit Baliyanı güllələyiblər. xarici KİV-ə istinadla bildirir ki, hadisə avqustun 26-da axşam saatlarında Şamli şəhərindəki idman zalının yaxınlığında baş verib. Müğənni aldığı yaralardan həyatını itirib. İki motosikletdə olan dörd nəfər silahlarda

20:00 125
.