"Azərbaycan-Ermənistan münasibətlərində sülhün institusional və praktiki əsaslarının möhkəmləndirilməsi prosesi gedir" - Könül Nurullayeva

"Azərbaycan-Ermənistan münasibətlərində sülhün institusional və praktiki əsaslarının möhkəmləndirilməsi prosesi gedir" - Könül Nurullayeva"Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri ilk növbədə Bakı-Bişkek ikitərəfli münasibətlərinin daha da möhkəmləndirilməsi, Mərkəzi Asiya ilə strateji əməkdaşlığın dərinləşdirilməsi, Ermənistanla normallaşma prosesinin davam etdirilməsi və Azərbaycanın ŞƏT məkanında siyasi-iqtisadi əlaqələrini genişləndirmək imkanlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir". Bu sözləri BiG.AZ-a açıqlamasında millət vəkili Könül Nurullayeva bildirib.
"Azərbaycan-Ermənistan münasibətlərində sülhün institusional və praktiki əsaslarının möhkəmləndirilməsi prosesi gedir" - Könül NurullayevaOnun sözlərinə görə, son dövrlər Qırığızıstanla siyasi dialoq intensivləşib və əlaqələr artıq türk dünyasının və Mərkəzi Asiyanın daha geniş əməkdaşlıq gündəliyi kontekstində inkişaf edir: "Bu münasibətlərdə ortaq tarix, mədəniyyət və dil amilləri mühüm rol oynasa da, müasir mərhələdə iqtisadiyyat, nəqliyyat, logistika, investisiya və enerji sahələri getdikcə daha çox ön plana çıxır. Səfərin ən çox diqqət çəkən siyasi hadisəsi, şübhəsiz ki, Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında avqustun 31-də keçirilmiş görüş oldu. Bu görüş Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin hazırkı mərhələsi baxımından xüsusi əhəmiyyət daşıyır. Tərəflər birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması və bağlantıların gücləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər. Bu isə o deməkdir ki, sülhün möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin qurulması və regional kommunikasiyaların inkişafı ilə bağlı yeni mərhələ başlayıb.

Bişkek görüşünün əhəmiyyətini də məhz bu kontekstdə qiymətləndirmək lazımdır. Görüşün ŞƏT plyus formatında görüş çərçivəsində keçirilməsi də xüsusi diqqət çəkir. Azərbaycan və Ermənistanın beynəlxalq platformada təmas qurması regionda yeni siyasi reallıqların formalaşdığını göstərir.

Azərbaycan-Ermənistan münasibətlərində sülhün institusional və praktiki əsaslarının möhkəmləndirilməsi prosesi gedir. Azərbaycan bu istiqamətdə daha çevik addımlar atır. Ermənistan da artıq anlayır ki, Cənubi Qafqazda davamlı sülh regional kommunikasiyaların açılması və ticarət əlaqələrinin genişlənməsi üçün yeni imkanlar yaradacaq.

Prezident İlham Əliyev "ŞƏT Plyus" formatında görüşdəki çıxışımda da bu məsələyə toxunaraq Azərbaycanın Ermənistanla artıq neft məhsulları tədarük etdiyini, üçüncü ölkələrin yüklərinin tranzitini təmin etdiyini və gələcəkdə qarşılıqlı ticarətin artırılması, yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində işlədiyini bəyan etdi.
Səfərin digər mühüm istiqaməti Prezident İlham Əliyevin ŞƏT-in "plyus" formatında görüşündə iştirakı və çıxışı oldu.

2026-cı ildə 25 illiyini qeyd edən Şanxay Əməkdaşlıq Təşkilatı bu gün təhlükəsizlik məsələləri ilə məhdudlaşmayan geniş çoxtərəfli platformaya çevrilib. Təşkilatın iqtisadi, nəqliyyat, enerji, rəqəmsal texnologiyalar və humanitar əməkdaşlıq imkanları Azərbaycanın maraqları baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın ŞƏT-də dialoq tərəfdaşı kimi iştirakı ölkəmizə Çin, Mərkəzi Asiya, Rusiya, İran, Hindistan və digər dövlətlərlə geniş çoxtərəfli dialoq imkanları verir. Azərbaycanın Qoşulmama Hərəkatına dördillik sədrliyi dövründə də çoxtərəflilik və beynəlxalq hüquq məsələləri xarici siyasətin mühüm istiqamətlərindən biri olub. Azərbaycan Prezidentinin Bişkekdə "bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcəyik" mesajı bu siyasətin davamlı xarakter daşıdığını göstərir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 975   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şuşa - tariximizin qürur zirvəsi, milli ruhumuzun əbədi ünvanı

Şuşa haqqında yazmaq həm asandır, həm də çətin. Asandır, çünki bu şəhərin hər daşı tarix danışır, hər küçəsi bir xatirə yaşadır, hər zirvəsi Azərbaycan ruhunun əzəmətini nümayiş etdirir. Çətindir, çünki Şuşanın taleyini, otuz ilə yaxın davam edən ayrılığın ağrısını, onun azadlığı uğrunda verilən qurbanları

14:28 95
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 1
.

Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər

Qətərdə ölkə daxilindəki məscidlərdə yağış üçün kollektiv dualar oxunacaq. "Qafqazinfo" xəbər verir ki, bunu Qətər Vəqflər və İslam İşləri Nazirliyi açıqlayıb. Bildirilir ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani də ölkə əhalisini quraqlıq dövrlərində yağış yağması üçün dua etməyə çağırıb

05.11.2026 338
.

Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər

Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki

05.11.2026 342
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı qürur mənbəyimizdir

Bayraq sevgisi vətən sevgisidir. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər. Prezident İlham Əliyev deyib: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir". 2020-ci il sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistanı

11:20 200
.

"Met Gala"nın mayda keçiriləcək tədbirinin mövzusu açıqlandı

"Met Gala" may ayında keçiriləcək 2027-ci il tədbirinin mövzusunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda "People" nəşri məlumat yayıb. Sərginin mövzusu "extraORDINARY: Fashion and the Poetics of Everyday" ("Qeyri-adi: Dəb və gündəlik həyatın poetikası"

10:57 185
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

12:12 178
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 204
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi

10:13 238
.