11,1 milyard manat investisiya, cəmi 1,4 faiz artım: Sərmayələr niyə iqtisadiyyatı sürətləndirmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda investisiyaların həcmi artır, lakin iqtisadi artım bu dinamikanı tam əks etdirmir. 2026-cı ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatının əsas kapitalına 11,1 milyard manatdan çox vəsait yatırılıb. Sərmayələrin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz artsa da, ÜDM-də artım 1,4 faiz səviyyəsində qalıb. Xüsusilə diqqətçəkən məqam qeyri-neft-qaz sektoruna yatırılan investisiyaların 7,4 milyard manata çatmasına baxmayaraq, bu sahədə investisiya artımının cəmi 1,9 faiz təşkil etməsidir.
Bu rəqəmlər iqtisadiyyatda mühüm sual yaradır: investisiyaların həcmi artırsa da, onların iqtisadi artıma təsiri niyə daha güclü hiss olunmur? Vəsaitlərin hansı sahələrə yönəldilməsi, investisiyaların nə qədərinin yeni istehsal gücü yaratması və iqtisadiyyatda əlavə dəyər formalaşdırması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, yanvar-iyul aylarında əsas kapitala 11,1 milyard manatdan çox investisiya yönəldilməsi iqtisadiyyat üçün kifayət qədər böyük resursdur. Lakin investisiyanın həcmi avtomatik olaraq yüksək iqtisadi artım demək deyil. Onun sözlərinə görə, burada əsas məsələ vəsaitin hansı sahələrə yönəldilməsi və nə qədər əlavə dəyər yaratmasıdır: "İnvestisiyaların əhəmiyyətli hissəsi tikinti, infrastruktur, enerji və digər uzunmüddətli layihələrə yönəldikdə onların iqtisadi artıma təsiri dərhal görünmur. Belə layihələr gələcək illərdə məhsuldarlığı və istehsal imkanlarını artırır. Digər tərəfdən, investisiyanın emal sənayesi, yüksək texnologiyalar, ixracyönümlü istehsal və özəl sektorun məhsuldarlığını artıran sahələrə yönəlməsi daha sürətli iqtisadi nəticə verər. Digər problem investisiyanın iqtisadiyyatda multiplikativ təsirinin zəif olmasıdır. Yəni investisiya qoyulur, lakin onun ətrafında yeni müəssisələr, iş yerləri, yerli təchizat zəncirləri və ixrac imkanları kifayət qədər yaranmırsa, həmin vəsaitin iqtisadiyyata yayılma effekti məhdud qalır.
Buna görə əsas hədəf investisiyanın sadəcə həcmini artırmaq deyil, onun keyfiyyətini yüksəltmək olmalıdır. Özəl və xarici investisiyaların qeyri-neft sektoruna, xüsusilə emal sənayesinə, kənd təsərrüfatı məhsullarının dərin emalına, rəqəmsal iqtisadiyyata və ixrac potensialı yüksək layihələrə cəlb edilməsi iqtisadi artımın sürətinə daha güclü təsir göstərə bilər".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 861 Tarix: 02 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov
11:29 167 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi
11:44 150 Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı
"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B
05.11.2026 317 Şənbə günü yağış yağacaq
Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl
12:48 123 Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər
Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki
05.11.2026 338 Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb
Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA
05.11.2026 346 Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı
Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal
14:15 0 Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
14:06 1 "Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi
"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm
05.11.2026 316