Tort alarkən bunlara diqqət edin: Sağlamlığınız üçün vacib məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Tort alarkən bunlara diqqət edin: Sağlamlığınız üçün vacib məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMATort alarkən yalnız onun görünüşünə və üzərindəki bəzəklərə diqqət yetirmək kifayət etmir. Məhsulun hazırlanma və saxlanma şəraiti, son istifadə müddəti, tərkibindəki məhsullar, krem və içliyin keyfiyyəti də sağlamlıq baxımından mühüm əhəmiyyət daşıyır.

Xüsusilə isti havalarda düzgün saxlanılmayan kremli tortlar qida zəhərlənməsi riski yarada bilər. Bəs tort seçərkən alıcılar hansı məqamlara diqqət etməli, keyfiyyətsiz məhsulu necə ayırd etməlidirlər?
Tort alarkən bunlara diqqət edin: Sağlamlığınız üçün vacib məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, tort və digər kremli şirniyyatlar qida zəhərlənməsi baxımından daha həssas məhsullar hesab olunur. Bunun əsas səbəbi onların tərkibində süd, qaymaq, yumurta, krem, kəsmik və digər mikroorqanizmlərin inkişafı üçün əlverişli komponentlərin olmasıdır. Onun sözlərinə görə, xüsusilə isti havalarda və düzgün temperatur rejimi qorunmadıqda bu məhsullarda bakteriyaların çoxalması sürətlənə bilər: "Zəhərlənməyə səbəb olan əsas amillər arasında xammalın keyfiyyətsiz və ya çirklənmiş olması, çiy yumurta və süd məhsullarından düzgün istifadə edilməməsi, hazırlanma zamanı şəxsi gigiyena qaydalarının pozulması, işçi səthlərin və avadanlıqların kifayət qədər təmizlənməməsi, çiy və hazır məhsulların bir-biri ilə təmasının qarşısının alınmaması, həmçinin məhsulun uzun müddət uyğun olmayan temperaturda saxlanılması xüsusi əhəmiyyət daşıyır. Salmonella, Staphylococcus aureus və digər mikroorqanizmlər belə məhsullarda qida zəhərlənməsinə səbəb ola bilər.

Hazırlanma və satış zamanı ən ciddi risklərdən biri temperatur rejiminin pozulmasıdır. Kremli tortlar hazırlanma prosesindən sonra soyuducuda, adətən soyuq zəncir qorunmaqla saxlanılmalıdır. Məhsulun saatlarla otaq temperaturunda, xüsusilə isti şəraitdə qalması mikroorqanizmlərin sürətlə artmasına şərait yarada bilər. Tortun vitrinə yerləşdirilməsi zamanı soyuducu temperaturunun kifayət qədər aşağı olmaması, soyuducunun həddən artıq doldurulması və temperaturun mütəmadi nəzarətdə saxlanılmaması da riski artırır.

Bundan başqa, son istifadə müddətinin düzgün müəyyən edilməməsi və ya vaxtı keçmiş məhsulun satışa çıxarılması, istehsal və saxlanma tarixlərinin qeyd olunmaması, məhsulun açıq və gigiyenik tələblərə uyğun olmayan şəraitdə satılması ciddi pozuntular hesab olunur. Kremli şirniyyatların daşınması zamanı da soyuducu temperaturunun qorunması vacibdir.

İstehlakçı tort alarkən ilk növbədə məhsulun hazırlanma və son istifadə tarixini, saxlanma temperaturunu və istehsalçı haqqında məlumatları yoxlamalıdır. Qablaşdırma zədələnmiş, açılmış və ya üzərində şübhəli dəyişikliklər olan məhsullar alınmamalıdır. Tort soyuducu vitrində saxlanılmalı, uzun müddət isti və ya günəş altında qalmamalıdır.

Məhsulun görünüşünə və qoxusuna da diqqət etmək lazımdır. Kremin rənginin dəyişməsi, sulanması, çökməsi, üzərində kif, qeyri-adi ləkələr və ya həddindən artıq quruma müşahidə olunması, turşumuş və ya xoşagəlməz qoxunun olması məhsuldan imtina etmək üçün əsasdır. Lakin vacib məqam budur ki, təhlükəli mikroorqanizmlərlə çirklənmiş tort hər zaman pis qoxu, dad və ya görünüşə malik olmur. Buna görə yalnız xarici görünüşə güvənmək olmaz; məhsulun etibarlı satış yerindən alınması və düzgün temperaturda saxlanılması da mühüm şərtdir.

Xüsusilə kremli tort alınarkən onu soyuducu şəraitdə saxlayan, gigiyenik tələblərə əməl edən və məhsul barədə tam məlumat təqdim edən satış məntəqələrinə üstünlük vermək lazımdır. Evə aparıldıqdan sonra isə tort mümkün qədər tez soyuducuya yerləşdirilməli və saxlanma müddətinə riayət edilməlidir.

Sağlam qidalanaraq sağlam yaşayın!".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 970   Tarix: 02 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov

11:29 167
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 150
.

Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı

"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B

05.11.2026 317
.

Şənbə günü yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

12:48 123
.

Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər

Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki

05.11.2026 338
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 346
.

Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal

14:15 0
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

14:06 1
.

"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi

"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm

05.11.2026 316
.