Çində robotlar üçün "uşaq bağçası" açıldı
Çinin paytaxtı Pekində robotlar üçün "uşaq bağçası" açılıb. Burada tədqiqatçılar maşınların öyrədilməsinə alternativ yanaşmanı araşdıracaqlar.
Qaynarinfo xəbər verir ki, bu barədə Çində nəşr olunan ingilisdilli "Global Times" qəzeti məlumat yayıb.
Robotların təlimi üçün mərkəz Pekinin Şitszinşan rayonunda yaradılıb. Mərkəzin yaradılmasında toxunma sensorları üzrə ixtisaslaşan Çin şirkəti "Tashan Technology" və kanadalı alim Riçard Sattonun rəhbərlik etdiyi komanda iştirak edib.
Mərkəzdə əsas diqqət toxunma qavrayışına və fasiləsiz öyrənməyə yönəldiləcək. Beləliklə, insanın robota hər bir hərəkəti göstərməsi əvəzinə, robotların sınaq və səhv yolu ilə öz təcrübələri əsasında öyrənməsi nəzərdə tutulur.
Məsələn, robot yeriməyi öyrənərkən divara çırpılarsa, bu toqquşma onun təcrübəsinin bir hissəsinə çevrilir. Maşın baş verənləri yadda saxlayır, yenidən cəhd edir və eyni səhvə yol verməmək üçün hərəkət trayektoriyasını dəyişir.
Məqalədə qeyd olunur ki, fasiləsiz öyrənmə robotlara istifadəyə verildikdən sonra da uyğunlaşmağa, o cümlədən ilkin təlim zamanı nəzərdə tutulmayan vəziyyətlərə reaksiya verməyə imkan verəcək.
Pekin Sosial Elmlər Akademiyasının elmi əməkdaşı Van Penin sözlərinə görə, ətraf mühitin müstəqil şəkildə araşdırılması robotlara konkret tapşırıqlar üzrə məhdud təlim çərçivəsindən kənara çıxmağa və fiziki dünya haqqında daha fundamental anlayış formalaşdırmağa kömək edə bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 795 Tarix: 02 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
11:32 168 Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd
11:38 188 Paşinyan Ermənistanın Avropa İttifaqı ilə bağlı planlarını açıqladı
Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiyası üçün Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaqdan başqa yolu yoxdur. xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Paşinyan qeyd edib ki, hazırda AİB-dən çıxmaqdan başqa alternativ yoxdur. Onun sözlərinə görə, Ermənistan 2027-2028-c
11:31 145 Trampdan iki həftə ilə bağlı açıqlama: "Çox şey görəcəksiniz"
ABŞ Prezidenti Donald Tramp növbəti iki həftə ərzində bir sıra tədbirlər elan edəcəyini bildirib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Amerika lideri jurnalistlərə açıqlamasında deyib: "Növbəti bir-iki həftə ərzində çox şey görəcəksiniz. Planlaşdırdığımız çoxsayl
10:38 173 Ermənistan hökumətindən referendumla bağlı qərar
Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya
11:15 161 Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər
Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki
05.11.2026 338 "Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi
10:13 230 Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi
12:12 136 Üçrəngli bayraq bizim tariximiz və şərəfimizdir
Hər bir dövlətin bayrağı ona doğmadır. Azərbaycanın üçrəngli bayrağı da xalqımız üçün müqəddəsdir. Tarix boyu müsəlman dünyasında böyük qələbələr qazanıldıqdan sonra bayrağı ucaldıb və öpərək ehtiram göstəriblər. Azərbaycan da 1918-ci ildə müsəlman Şərqində ilk cümhuriyyəti elan etdikdən sonra 1918-c
11:35 190