30 illik cinayətin üstü açıldı: Rep əfsanəsini kim öldürüb və əmri kim verib?

30 illik cinayətin üstü açıldı: Rep əfsanəsini kim öldürüb və əmri kim verib?Təxminən 30 ildir açılmamış qalan Tupak Şakurun qətli ilə bağlı məhkəmədə andlılar heyəti qərarını verib. Keçmiş dəstə lideri Dueyn "Keffi D" Devis təqsirli bilinib.

Qaynarinfo xəbər verir ki, amerikalı reper Tupak Amaru Şakurun 1996-cı ildə Las-Veqasda öldürülməsi ilə bağlı məhkəmə prosesi başa çatıb. Uzun illər çoxsaylı sui-qəsd nəzəriyyələrinin mövzusuna çevrilən qətllə bağlı andlılar heyəti 63 yaşlı keçmiş dəstə lideri Dueyn "Keffi D" Devisi təqsirli bilib.

Andlılar heyəti üç saata qərar verdi

Las-Veqasdakı Klark dairəsi regional məhkəməsində keçirilən prosesdə andlılar heyəti təxminən üç saatlıq müzakirədən sonra Devisi Tupak Şakurun ölümündəki roluna görə qətldə təqsirli hesab edib. Bununla da 7 sentyabr 1996-cı ildə törədilən qətllə bağlı ilk məhkumluq qərarı çıxarılıb.

Qərar elan edilərkən qara kostyum geyinmiş Devis ifadəsiz şəkildə dayanıb. Təqsirləndirilən şəxs qərardan sonra apellyasiya şikayəti verəcəyini bildirib. Tupakın ailə üzvləri isə məhkəmə zalında göz yaşlarını saxlaya bilməyiblər. Məhkəmə Devisin cəza ilə bağlı dinləməsini oktyabrın 13-nə təxirə salıb.

Tupaka ağ "Kadillak"dan atəş açılıb

Tupak Şakur karyerasının zirvəsində olduğu vaxt, 25 yaşında həyatını itirib. 7 sentyabr 1996-cı il gecəsi Şakur və onun səsyazma şirkətinin təsisçisi Marion "Suq" Nayt Las-Veqasda "MGM Grand" otelində keçirilən Mayk Taysonun boks görüşünü izləyiblər.

Onların olduğu avtomobil işıqforun qırmızı işığında dayandığı zaman yaxınlaşan ağ rəngli "Kadillak"dan atəş açılıb. Ağır yaralanan Tupak xəstəxanaya çatdırılıb, lakin hücumdan altı gün sonra vəfat edib.

Qətlin həmin gecə Şakurun dəstəsi ilə Devisin qardaşı oğlu Orlando Anderson arasında baş verən davadan sonra qisas məqsədilə törədildiyi iddia olunub.

Prokurorluq: Əmri Devis verib

Prokurorlar Devisin atəşi açan şəxs olmadığını, lakin hücumu təşkil etdiyini və Andersonun istifadə edəcəyi silahı təmin etdiyini bildiriblər.

Devisin qətl gecəsi ağ rəngli "Kadillak"ın içində olduğunu illər ərzində verdiyi müxtəlif açıqlamalarda etiraf etdiyi qeyd olunub.

Həmçinin Devisin 2019-cu ildə yayımlanan "Compton Street Legend" adlı xatirə kitabında hadisə ilə bağlı etiraflara yer verdiyi bildirilib. Prokurorluq müxtəlif illərdə qeydə alınmış dörd ayrı söhbətdən ümumilikdə səkkiz saatlıq audio materialı da məhkəməyə sübut kimi təqdim edib.

İş üzrə prokuror Binu Palal yekun çıxışında Devisin illər ərzində sənədli filmlərdə, xatirələrində, radio proqramlarında və polis dindirmələri zamanı Tupakın öldürülməsindəki rolundan danışdığını bildirib.

Devisin müdafiəsi: heç bir sübut yoxdur

Devisin vəkilləri isə müvəkkillərinin illər ərzində verdiyi açıqlamaların həqiqəti əks etdirmədiyini müdafiə ediblər. Müdafiə tərəfi Devisin kitab satmaq və pul qazanmaq məqsədilə hekayələri şişirtdiyini iddia edib.

Devisin vəkili Maykl Sanft məhkəmədə "Heç bir sübut yoxdur" deyə müdafiə mövqeyini ifadə edib.

30 illik sirr sona çatdı

Tupak Şakurun öldürülməsi 1990-cı illərdə ABŞ-də Şərq və Qərb sahillərinin rep səhnələri arasındakı rəqabətin ən qaranlıq hadisələrindən biri kimi tarixə düşüb. Qətl uzun illər ərzində çoxsaylı sui-qəsd nəzəriyyələrinin mərkəzində olub.

Dünya üzrə 75 milyondan çox albom satan Tupakın yaradıcılığı onun ölümündən sonra da musiqi dünyasına təsir göstərməkdə davam edib. İllərdir açılmamış qalan qətl işi üzrə Devis haqqında çıxarılan məhkumluq qərarı istintaqda tarixi dönüş nöqtəsi hesab olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 913   Tarix: 02 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov

11:29 167
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 150
.

Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı

"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B

05.11.2026 317
.

Şənbə günü yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

12:48 123
.

Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər

Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki

05.11.2026 338
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 346
.

Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal

14:15 0
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

14:06 1
.

"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi

"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm

05.11.2026 316
.