Maşını sığortaladı, qəza oldu, pulunu ala bilmədi - "Atəşgah"la müştəri arasında QALMAQAL

Maşını sığortaladı, qəza oldu, pulunu ala bilmədi - "Atəşgah"la müştəri arasında QALMAQAL"Atəşgah" sığorta şirkəti ilə bağlı redaksiyamıza şikayət daxil olub. Şikayətçi, nəqliyyat eksperti Adil Nəbiyev Bizim.Media-ya müraciətində qeyd edib ki, avtomobilini sığortalayarkən onun xüsusi təyinatlı təlim avtomobili olduğunu sənədlərdə açıq şəkildə göstərib. Lakin qəza baş verdikdən sonra "Atəşgah" sığorta şirkətinin ödənişdən imtina etdiyini iddia edib.

Adil Nəbiyevin sözlərinə görə qəza baş verdikdə əlavə stress və maddi yüklə üzləşməsin deyə KASKO sığortasına üz tutub və pulunu əvvəlcədən ödəyib Lakin qəza baş verdikdən sonra ödənişin alınması prosesi uzun, yorucu və mübahisəli olub. Qeyd edib ki, hətta onunla yanaşı digər sürücülərin də ən çox narazılıq etdiyi məsələlərdən biri məhz budur.

A.Nəbiyev "Atəşgah" sığorta şirkəti ilə bağlı yaşadığı problemi də bu kontekstdə izah edib:

"Avtomobil üçillik KASKO sığortasına cəlb edilərkən texniki sənədlərdə onun xüsusi təyinatlı təlim avtomobili olması açıq şəkildə göstərilib. Sığorta şirkəti müqaviləni bağlayıb və sığorta haqqının ödənilməsini tələb edib. Belə olan halda qəza baş verdikdən sonra həmin avtomobilin təlim avtomobili olması ödənişdən imtina üçün əsas kimi irəli sürülüb.

Ekspert deyib ki, şirkətin bu mövqeyinə etiraz edərək Azərbaycan Mərkəzi Bankına müraciət edəcəyini bildirdikdən sonra ödənişlə bağlı başqa əsas irəli sürülüb. Bu dəfə mübahisə qəza zamanı avtomobilin toxunduğu maneə ilə bağlı yaranıb:

"Əvvəl əsas problem avtomobilin təlim maşını olması idisə, sonradan mübahisə maneənin özü ilə bağlı məsələyə keçib. Yəni bir əsas aradan qalxan kimi ödəniş etməmək üçün növbəti əsas ortaya çıxarılıb".

Şikayətçi əlavə edib ki, avtomobil əvvəllər də eyni şirkətdə KASKO ilə sığortalanıb və əvvəlki sığorta hadisələri üzrə ödənişlər həyata keçirilib. Amma avtomobilin təyinatı əvvəlki hadisələr zamanı problem yaratmayıb.

A.Nəbiyev qəza hadisəsindən sonra qəza komissarının hadisə yerinə təxminən iki saat gec gəlməsindən və telefon əlaqəsində yaranan problemlərdən də narazılıq edib:

"Əlbəttə ki, sığorta şirkətinin hadisənin səbəblərini araşdırmaq və mümkün dələduzluq hallarını yoxlamaq hüququ var. Lakin bu proses müştəridə istintaqda dindirilirmiş kimi təəssürat yaratmamalıdır".

Şikayətçi ondan videoformatda izahat alınması zamanı videonun hansı məqsədlə çəkildiyinin, harada saxlanılacağının, kimlərin ona çıxışının olacağının və hansı hüquqi əsasla istifadə ediləcəyinin müştəriyə əvvəlcədən izah edilməli olduğunu bildirib:

"Sığorta şirkətləri ilə vətəndaşlar arasında imkan fərqi nəzərə alınmalı və istehlakçıların hüquqlarının qorunması üçün nəzarət gücləndirilməlidir. Bir tərəfdə hüquqşünasları, ekspertləri, daxili prosedurları və maliyyə imkanları olan böyük şirkət, digər tərəfdə isə qəzadan yenicə çıxmış, avtomobili zədələnmiş və gündəlik həyatını davam etdirməyə çalışan vətəndaş dayanır. Buna görə tənzimləyici nəzarət elə qurulmalıdır ki, sığorta şirkətinə əsassız süründürməçilik sərf etməsin.

Ödənişin əsassız gecikdirilməsi, ziddiyyətli imtina səbəblərinin irəli sürülməsi və ya istehlakçının hüquqlarının sistemli pozulması təsdiqlənirsə, buna uyğun ciddi məsuliyyət mexanizmləri tətbiq edilməlidir. Sığorta şirkətindən tələbim imtina qərarının ümumi ifadələrlə deyil, müqavilənin konkret bəndi, hadisə üzrə konkret faktlar və hüquqi əsaslarla müştəriyə təqdim edilməsidir".

O, həmçinin icbari avtomobil sığortası üzrə əmlaka dəyən zərərin ödəniş limitinin müasir təmir xərclərinə uyğunluğunun yenidən qiymətləndirilməsinin vacib olduğunu qeyd edib:

"Müasir avtomobildə bir fara, radar, kamera, təhlükəsizlik sistemi və ya bamperin dəyişdirilməsi belə minlərlə manata başa gələ bilər. Buna görə sığorta təminatlarının və limitlərinin bazardakı real təmir xərcləri ilə uyğunluğu mütəmadi qiymətləndirilməlidir".

A.Nəbiyev hesab edir ki, KASKO və icbari sığorta üzrə şikayətlərin statistikası daha şəffaf açıqlanmalı, şirkətlər üzrə daxil olan şikayətlərin sayı, əsaslandırılmış şikayətlərin payı, ödənişdən imtina göstəriciləri və ödənişlərin orta müddəti ictimaiyyət üçün əlçatan olmalıdır.

Məsələ ilə bağlı mövqeyini almaq məqsədilə "Atəşgah" sığorta şirkətinə sorğu ünvanladıq.

Şirkətdən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirildi ki, avtomobilin təlim məqsədilə istifadə olunması səbəbindən sığorta ödənişindən imtina edilməyib:

"Sözügedən avtomobil KASKO sığortası ilə təmin olunub və baş vermiş hadisə ilə bağlı şirkət tərəfindən araşdırma aparılıb. Araşdırma zamanı sığortalı tərəfindən hadisə ilə bağlı ilkin olaraq avtomobilin qarajda olduğu zaman naməlum şəraitdə zədələndiyi barədə məlumat təqdim edilib.

Lakin hadisə üzrə aparılmış araşdırma, qəza komissarının baxışı və ekspert rəyinə əsasən, avtomobildəki zədələrin bildirildiyi şəraitdə, yəni qarajda baş verməsi ilə bağlı uyğunsuzluqlar müəyyən edilib. Sonrakı mərhələdə sığortalı tərəfindən də hadisənin ilkin təqdim edilən məlumatdan fərqli şəraitdə baş verdiyi təsdiqlənib. Bu səbəbdən sığorta ödənişindən imtina avtomobilin təlim məqsədilə istifadə olunması ilə əlaqədar deyil. Ödənişlə bağlı qərarın əsasını hadisənin başvermə şəraiti barədə sığortaçıya təqdim edilmiş məlumatlarla aparılmış araşdırmanın nəticələri arasında müəyyən edilmiş uyğunsuzluq təşkil edir.

Qeyd edək ki, "Atəşgah" Sığorta Şirkəti sığorta hadisələri üzrə qərarları təqdim olunan sənədlər, aparılmış araşdırmalar, ekspertiza nəticələri və sığorta müqaviləsinin şərtləri əsasında qəbul edir. Şirkət müştərilərinin hüquq və maraqlarına hörmətlə yanaşır və hər bir müraciətin obyektiv, sənədlərə və faktlara əsaslanan şəkildə araşdırılmasını əsas prinsip kimi qəbul edir", - deyə şirkətdən bildirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 807   Tarix: 02 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov

11:29 167
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 150
.

Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı

"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B

05.11.2026 317
.

Şənbə günü yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

12:48 123
.

Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər

Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki

05.11.2026 338
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 346
.

Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal

14:15 0
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

14:06 1
.

"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi

"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm

05.11.2026 316
.