Azərbaycanda investisiya mühiti sahibkarlar üçün nə qədər əlverişlidir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda investisiya mühiti sahibkarlar üçün nə qədər əlverişlidir? - İQTİSADÇIDAN AÇIQLAMAAzərbaycanda investisiya mühitinin sahibkarlar üçün nə dərəcədə əlverişli olması son dövrlər biznes gündəminin əsas məsələlərindən birinə çevrilib. Dövlət tərəfindən investisiya layihələrinə müxtəlif təşviq mexanizmləri, vergi və gömrük güzəştləri, sənaye zonalarında hazır infrastruktur və digər dəstək imkanları təqdim olunur. 2026-cı ildə də investisiya təşviqi mexanizminin əhatə dairəsi genişləndirilib və sənədin verilməsi müddəti 2029-cu ilədək uzadılıb. Bununla yanaşı, sahibkar üçün investisiya qərarının yalnız dövlət dəstəyi ilə deyil, maliyyələşmə imkanları, vergi yükü, inzibati prosedurlar, bazarda rəqabət, hüquqi təminatlar və investisiyanın geri dönüş müddəti kimi amillərlə də bağlı olduğu bildirilir.

Bəs mövcud şərait real olaraq sahibkarın investisiya qərarını asanlaşdırırmı? Azərbaycanda hansı sahələr investor üçün daha cəlbedicidir və biznesin qarşısında hələ hansı maneələr qalır?
Azərbaycanda investisiya mühiti sahibkarlar üçün nə qədər əlverişlidir? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, məncə, Azərbaycanda investisiya mühiti sahibkar üçün orta səviyyədə əlverişlidir. Yəni biznes qurmaq və inkişaf etdirmək üçün müəyyən üstünlüklər var, amma xüsusilə kiçik və orta sahibkar baxımından hələ ciddi problemlər qalır. Onun sözlərinə görə, müsbət tərəflər ondan ibarətdir ki, son illərdə biznesin qeydiyyatı, lisenziyalaşdırma və bəzi inzibati prosedurlar sadələşdirilib: "Azərbaycanın enerji, logistika, nəqliyyat, bərpaolunan enerji, kənd təsərrüfatı və turizm kimi sahələrdə böyük potensialı var. Ölkənin coğrafi mövqeyi və Orta Dəhlizdə artan rolu da investor üçün əlavə imkan yaradır. Dünya Bankı da biznes mühitinin yaxşılaşdırılması və özəl sektorun inkişafını prioritet istiqamətlərdən biri kimi göstərir. Amma əsas problem rəqabət mühitinin tam bərabər olmamasıdır. Dövlət şirkətlərinin iqtisadiyyatda böyük çəkisi, maliyyəyə çıxışın məhdudluğu, idarəetmə və şəffaflıqla bağlı problemlər, həmçinin məhkəmə və hüquqi mühitlə bağlı narahatlıqlar investorların qərarlarına təsir edə bilər. BVF də dövlətin qeyri-neft sektorundakı yüksək iştirakını, maliyyəyə və ixtisaslı kadrlara çıxış problemlərini özəl sektorun inkişafını məhdudlaşdıran amillər kimi qeyd edir.

Xarici investor üçün əsas məsələ yalnız vergi güzəşti və ya dövlət dəstəyi deyil. İnvestor istəyir ki, bazarda hamı üçün eyni qaydalar olsun, mülkiyyət hüquqları etibarlı qorunsun, məhkəmə sistemi effektiv işləsin və biznes qərarlarını uzunmüddətli perspektivdə proqnozlaşdırmaq mümkün olsun. ABŞ-ın 2025-ci il investisiya mühiti qiymətləndirməsində də Azərbaycanda irəliləyişlərlə yanaşı, şəffaflıq, məhkəmə müstəqilliyi və dövlətə bağlı böyük şirkətlərin bazardakı çəkisi ilə bağlı narahatlıqlar qeyd olunur.

Ona görə mən Azərbaycandakı investisiya mühitini "əlverişsiz" adlandırmazdım, amma "tam əlverişli və rəqabətli" də hesab etmək düzgün olmaz. Əgər əsas məqsəd ölkəyə daha çox yerli və xarici özəl kapital cəlb etməkdirsə, ən vacib məsələ biznes üçün bərabər rəqabət şəraitinin yaradılması, hüquqi təminatların gücləndirilməsi və maliyyəyə çıxışın asanlaşdırılmasıdır. Bu problemlər həll olunduqca Azərbaycana investisiya qoyuluşu sadəcə dövlət təşviqlərinə deyil, ölkənin real biznes potensialına əsaslanacaq".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 827   Tarix: 03 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov

11:29 167
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 150
.

Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı

"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B

05.11.2026 317
.

Şənbə günü yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

12:48 123
.

Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər

Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki

05.11.2026 338
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 346
.

Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal

14:15 0
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

14:06 1
.

"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi

"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm

05.11.2026 316
.