210 milyon illik yeni dinozavr növü kəşf edildi
Beynəlxalq tədqiqat qrupu Zimbabvedəki Kariba gölü sahillərində təxminən 210 milyon il əvvəl yaşamış yeni dinozavr növünün qalıqlarının aşkar edib. Alimlərin fikrincə, Afrika qitəsində hələ kəşf edilməmiş çoxlu sayda qalıq var və bu tapıntı "aysberqin yalnız ucu"dur.
"Qafqazinfo" xəbər verir ki, timsahlar və suayğırları ilə əhatə olunmuş Kariba gölü ətrafında aparılan qazıntılar səkkiz illik araşdırma və təhlillərdən sonra yeni növün müəyyənləşdirilməsi ilə nəticələnib.
Dinozavra yerli dildə "kol sakini" mənasını verən "Musango matusadonaensis" adı verilib.
Qondvana superqitəsinin mövcud olduğu Trias dövrünün sonlarında yaşayan bu canlı Diplodokus kimi uzunboyunlu nəhəng dinozavrların erkən əcdadlarından biri hesab edilir.
Təxminən 8 yaşında və tam yetkin olduğu düşünülən dinozavrın uzunluğu 4,5 metr, çəkisi isə 222 kiloqram olub. Tədqiqatçılar onun onurğa, qabırğa, qol və ayaq sümüklərini aşkar etsələr də, kəlləsini hələ tapa bilməyiblər.
Alimlər növün su hövzələrinin yaxınlığında bitkilərlə qidalanan ot yeyən və ya hər şeylə qidalanan canlı olduğunu ehtimal edirlər. Onun kəlləsinin tapılması qidalanma xüsusiyyətləri və duyğu qabiliyyətləri barədə daha dəqiq məlumat əldə etməyə imkan verə bilər.
İki ayaq üzərində hərəkət etdiyi müəyyən edilən "Musango matusadonaensis", Zimbabvedə indiyədək aşkar edilmiş cəmi beşinci dinozavr növüdür.
Cənubi Afrika, Böyük Britaniya və Zimbabvedən olan mütəxəssislərin iştirak etdiyi ekspedisiya ərazidəki sıx vəhşi təbiət səbəbindən olduqca təhlükəli şəraitdə keçirilib.
Matusadona Milli Parkının sərhədləri daxilində, ən yaxın yaşayış məntəqəsindən təxminən 50 kilometr uzaqda çalışan tədqiqatçılar çaydan səyyar laboratoriya kimi istifadə ediblər.
Yerli bələdçilərin müşayiəti ilə aparılan qazıntılar zamanı komanda timsah, suayğırı, fil və şirlərlə bağlı təhlükələrlə üzləşib. Buna baxmayaraq, tədqiqatçılar ekspedisiyanı paleontologiya tarixində ən riskli, eyni zamanda ən məhsuldar araşdırmalardan biri kimi qiymətləndirirlər.
Trias və Yura dövrləri arasındakı keçid mərhələsinə işıq salan bu kəşf dinozavrların Yer üzündə dominant canlılara çevrilməsi prosesinin öyrənilməsi baxımından əhəmiyyətli hesab olunur.
Tədqiqatçılar qədim qayaların və yaxşı qorunmuş çöküntü hövzələrinin dünyada nadir olduğunu bildirirlər. Onların fikrincə, Cənubi Afrikadakı fosil yataqlarının əvvəllər düşünüldüyü kimi vahid quruluşa malik olmadığı, əksinə, əhəmiyyətli regional fərqlər nümayiş etdirdiyi ortaya çıxır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 850 Tarix: 03 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBayrağımız qürurumuz və fəxrimizdir
Bayraq hər bir ölkənin, dövlətin, millətin əsas rəmzlərindən biridir. Bayraq təkcə ölkə daxilində deyil, ölkə hüdudlarından kənarda hər bir sahədə varlığımızı təmsil edən, bizi dünyaya tanıtdıran əsas və rəsmi simvollardan biridir. Buna görə də, Bayraq Günü ölkəmizdə xüsusi olaraq qeyd olunur. Azərbayca
11:31 123 Dövlətin əsas qanunu - Konstitusiya
Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 31 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanı
11:47 120 Müstəqil dövlətin Konstitusiya günüdür
1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al
12:06 106 Prezidentlə xanımı Cəbrayıla getdi
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
13:02 0 Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb
Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA
05.11.2026 345 Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər
Qətərdə ölkə daxilindəki məscidlərdə yağış üçün kollektiv dualar oxunacaq. "Qafqazinfo" xəbər verir ki, bunu Qətər Vəqflər və İslam İşləri Nazirliyi açıqlayıb. Bildirilir ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani də ölkə əhalisini quraqlıq dövrlərində yağış yağması üçün dua etməyə çağırıb
05.11.2026 326 Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər
Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki
05.11.2026 335 Hava çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq
Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev 4 noyabr 2026-cı ildə atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzr
05.11.2026 315 "Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"
Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"
10:43 197