"Ermənistan uzun illər regional kommunikasiyaların məhdudluğundan əziyyət çəkib" - BƏHRUZ QULİYEV

"Ermənistan uzun illər regional kommunikasiyaların məhdudluğundan əziyyət çəkib" - BƏHRUZ QULİYEV"Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə keçirilən son görüşü göstərdi ki, Azərbaycan-Ermənistan münasibətlərində proses artıq yalnız klassik sülh müqaviləsi çərçivəsində müzakirə olunmur. Söhbət getdikcə daha çox sülhün iqtisadi və nəqliyyat infrastrukturu ilə möhkəmləndirilməsindən gedir. Liderlər TRIPP marşrutu, sərhədlərin delimitasiyası və sülh gündəliyinin növbəti mərhələlərini müzakirə ediblər.

Burada mühüm məqam ondan ibarətdir ki, sülh yalnız sənəd deyil, həm də işləyən mexanizmdir. Əgər iki ölkə arasında dəmir yolu, avtomobil yolu, enerji və kommunikasiya xətləri fəaliyyət göstərirsə, bu, siyasi razılaşmanı real iqtisadi maraqlarla bağlayır." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"Ermənistan uzun illər regional kommunikasiyaların məhdudluğundan əziyyət çəkib" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, TRIPP layihəsinin məhz bu baxımdan xüsusi əhəmiyyəti var. 2025-ci ilin Vaşinqton razılaşmalarında Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən bağlantının və Ermənistan üçün qarşılıqlı faydalı kommunikasiyaların inkişaf etdirilməsi nəzərdə tutulub.

"Hesab edirəm ki, nəqliyyat bağlantısının sülh müqaviləsindən əvvəl müəyyən mərhələdə işə düşməsi nəzəri baxımdan tam mümkündür. Hətta bu, sülh prosesini sürətləndirən amillərdən birinə çevrilə bilər. Çünki diplomatik sənədin imzalanmasını gözləyərək bütün regional layihələri dondurmaq əvəzinə, tərəflər əvvəlcə etimad yaradan praktiki addımlar ata bilərlər.

Məsələn, əvvəlcə yük daşımalarının, daha sonra dəmir yolu və digər kommunikasiya xətlərinin mərhələli şəkildə açılması mümkündür. Bunun üçün əsas məsələ sərhəd, gömrük, təhlükəsizlik, suverenlik və nəzarət mexanizmlərinin əvvəlcədən dəqiq müəyyənləşdirilməsidir.

Bu marşrutun əhəmiyyəti yalnız Azərbaycan və Ermənistanla məhdudlaşmır. TRIPP Cənubi Qafqazı Türkiyə, Azərbaycan, Naxçıvan, Mərkəzi Asiya və daha geniş Avrasiya ticarət şəbəkəsinə bağlayan yeni xəttə çevriləcək. Beynəlxalq sülh
burada Ermənistan üçün də ciddi iqtisadi imkanlar yaradacaq. Ermənistan uzun illər regional kommunikasiyaların məhdudluğundan əziyyət çəkib. İndi isə Azərbaycanla əlaqələrin açılması, Türkiyə və digər istiqamətlərə çıxışların genişlənməsi ölkəni regional nəqliyyat sisteminin kənarında deyil, mərkəzində yerləşdirə bilər.

Azərbaycan üçün isə əsas məsələ Naxçıvanla maneəsiz bağlantının təmin olunmasıdır. Bu, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat xəritəsində mövqeyini daha da gücləndirə bilər.

Ona görə də mən hesab edirəm ki, "əvvəl sülh müqaviləsi, sonra kommunikasiya" prinsipi yeganə mümkün model deyil. Əksinə, müəyyən kommunikasiya layihələrinin əvvəlcədən işə salınması sülh müqaviləsinin imzalanmasına siyasi və iqtisadi zəmin yarada bilər.

Əgər insanlar sərhəddə yalnız hərbçiləri deyil, yük maşınlarını, qatarları, sahibkarları və ticarət əlaqələrini görməyə başlasalar, iki ölkə arasında münasibətlərin mahiyyəti də dəyişəcək.

Bu gün Cənubi Qafqaz üçün əsas məsələ kimin hansı siyasi təsir zonasına daxil olması deyil, regionun qapalı coğrafiyadan açıq nəqliyyat və iqtisadi məkana çevrilməsidir. Vaşinqtonda əldə olunmuş razılaşmadan bir il sonra TRIPP-in reallaşdırılması istiqamətində hazırlıqların davam etməsi və ABŞ-ın layihənin yaxın gələcəkdə hərəkətə keçməsini istəməsi də göstərir ki, məsələ artıq sadəcə siyasi bəyanat səviyyəsində deyil.

Əgər Azərbaycan və Ermənistan bu imkandan düzgün istifadə etsələr, sülh müqaviləsi Cənubi Qafqazda yeni mərhələnin başlanğıcı yox, artıq başlamış yeni regional inteqrasiyanın hüquqi təsdiqi ola bilər. Məhz buna görə qarşıdakı dövrdə ən maraqlı sual "sülh müqaviləsi nə vaxt imzalanacaq?" yox, "sülhə aparan hansı real mexanizmlər müqavilədən əvvəl işə düşəcək?" sualı olacaq." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 909   Tarix: 03 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov

11:29 167
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 150
.

Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı

"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B

05.11.2026 317
.

Şənbə günü yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

12:48 123
.

Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər

Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki

05.11.2026 338
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 346
.

Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal

14:15 0
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

14:06 1
.

"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi

"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm

05.11.2026 316
.