Zülalı günün hansı vaxtında qəbul etmək daha faydalıdır: Səhər, yoxsa axşam?
Pəhrizinə və bədən quruluşuna nəzarət edən insanlar axşam yeməyinin mütləq zülallı olmalı olduğunu düşünürlər. Bəzi fitnes məşqçiləri və diyetoloqlar da bu fikri dəstəkləyirlər. Lakin bu yanaşma heç də həmişə doğru deyil.
Qaynarinfo xəbər verir ki, mütəxəssislər zülalın nə vaxt daha yaxşı mənimsənildiyini və günün hansı saatında qəbul edilməsinin məqsədəuyğun olduğunu izah ediblər.
"Very Well Health" yazır ki, dietoloqlar arasında zülalın səhər, yoxsa axşam qəbul edilməsinin daha yaxşı olması ilə bağlı tez-tez müzakirələr aparılır. Bununla belə, getdikcə daha çox ekspert günə zülallı qida ilə başlamağın faydalı ola biləcəyi qənaətinə gəlir.
Bəzi araşdırmalar göstərir ki, səhər yeməyində zülallı qidaların qəbul edilməsi əzələ gücünü və yağsız bədən kütləsini artıra bilər. Bu vərdiş ikinci tip diabeti olan insanlar üçün də faydalı hesab olunur. İştirakçıların iki qrupa bölündüyü araşdırmada birinci qrup səhər yeməyində zülal, ikinci qrup isə karbohidrat qəbul edib. Nəticədə zülallı qidaya üstünlük verən iştirakçılarda qan şəkərinin səviyyəsi ilə bağlı göstəricilərin yaxşılaşdığı müəyyənləşdirilib.
Ekspertlər həmçinin bildirirlər ki, səhər saatlarında zülal qəbul etmək toxluq hissini uzadır və həzm sisteminə müsbət təsir göstərir. Belə səhər yeməyi edən insan daha uzun müddət aclıq hiss etmir və gün ərzində qəlyanaltıya ehtiyacı azalır.
Ümumilikdə dietoloqlar zülalı gün ərzində bərabər şəkildə qəbul etməyi, yalnız səhər saatlarında çox miqdarda zülallı qida yeməməyi tövsiyə edirlər. Araşdırmalardan biri göstərib ki, səhər, günorta və axşam hər dəfə 30 qram zülal qəbul edildikdə, onun orqanizm tərəfindən mənimsənilməsi günün yalnız müəyyən bir vaxtında qəbul edilməsi ilə müqayisədə daha yaxşı ola bilər.
Bununla belə, mütəxəssislər zülalın axşam qəbul edilməsinin də müəyyən üstünlüklərinin ola biləcəyini qeyd edirlər. Onların fikrincə, müxtəlif elmi məlumatlara baxmayaraq, zülallı qidaların qəbulu üçün universal olaraq "ideal" vaxt yoxdur.
Mütəxəssislər insanlara özlərini necə hiss etdiklərini və gündəlik həyat rejimini nəzərə almağı, zülalı özləri üçün daha əlverişli olan vaxtda qəbul etməyi tövsiyə edirlər.
Zülalın miqdarına gəldikdə isə, bu göstərici fərdi xarakter daşıyır. Gündəlik zülal ehtiyacı yaş, cins, çəki və bir sıra digər amillərdən asılıdır. 19 yaşdan yuxarı sağlam yetkin insan üçün tövsiyə olunan gündəlik zülal norması bədən çəkisinin hər kiloqramına 0,8 qram təşkil edir.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 92 Tarix: 04 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSən demə, bu meyvələr "diabetin dostu" imiş - QIZIL SİYAHI
Tərkibində lifin bol olması və aşağı qlisemik indeksə malik olmasıyla seçilən bəzi meyvələr qan şəkərinin nəzarətdə saxlanmasına kömək edir. Bəs diabet zamanı hansı meyvələrə üstünlük vermək olar?. həmin siyahını təqdim edir:. Avokado. Demək olar ki, çox az şəkər ehtiva edən, sağlam yağlar və lif baxımında
30.08.2026 405 Demensiyasız həyat üçün bunu edin
Orta yaşda damar sağlamlığının qorunmasının demansiyadan uzaq qalmağa əhəmiyyətli təsir göstərə biləcəyi müəyyənləşib. Axşam.az xəbər verir ki, yeni araşdırmada 48-68 yaş arasında normal qan təzyiqinin olması, şəkərli diabetin olmaması və siqaret çəkməməyin demanssız yaşam müddətinin orta hesabla 1
15.08.2026 297 Yüksək təzyiqə qarşı ən effektiv pəhriz - Açıqlandı
Düzgün qidalanma hipertoniyanın (yüksək təzyiq) müalicəsində və qarşısının alınmasında həlledici rol oynayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Xose Abelyan açıqlamasında bildirib. Mütəxəssis hipertoniyadan əziyyət çəkənlər üçün ən effektiv qidalanma modelinin xüsusi olaraq b
04.09.2026 1 50 yaşdan sonra qadınlar bu vərdişdən qurtulmalıdır - Kardioloqlardan xəbərdarlıq
Kardioloqlar 50 yaşdan sonra qadınların ürək sağlamlığına mənfi təsir göstərə biləcək günortadan sonrakı bir vərdişə diqqət çəkinməlidirlər. Söhbət yeməkdən sonra uzun müddət oturmaqdan gedir. Mütəxəssislər bunu qısa gəzinti ilə əvəz etməyi tövsiyə edirlər. Qaynarinfo xəbər verir ki, "Parade"
31.08.2026 306 Kimlər aclığa dözə bilmir? - Həkimdən məsləhət
Maqnezium çatışmazlığı və qanda şəkəri aşağı olan qadınlar qısa müddətli aclığa belə dözməkdə çətinlik çəkirlər. Onlarda daha tez zəiflik və qıcıqlanma, əsəbilik yaranır. BİG.AZ xəbər verir ki, bunu məşhur endokrinoloq Natalya Tananakina bildirib. O qeyd edib ki, bədənləri enerji mənbəyi kimi qlükozan
17.08.2026 394 Çia toxumu faydalıdır, yoxsa ziyan?
Son illərdə sağlam qidalanmanın məşhur məhsullarından birinə çevrilən çia toxumu lif, zülal, omeqa-3 yağ turşuları, kalsium, maqnezium və digər faydalı qida maddələri ilə zəngindir. BİG.AZ xəbər verir ki, bu səbəbdən onu salatlara, yoqurta, smuzilərə və müxtəlif səhər yeməklərinə əlavə edirlər. Bəs çi
18.08.2026 498 Bəzi orqanlarımız daha tez yaşlanırmış
Avstriya Elmlər Akademiyası ilə əlaqəli CeMM Molekulyar Tibb Tədqiqat Mərkəzi və Vyana Universitetinin alimləri insan orqanlarının eyni sürətlə qocalmadığını müəyyən ediblər. "Qafqazinfo" xəbər verir ki, araşdırmanın nəticələri "Nature Medicine" jurnalında dərc olunub. Tədqiqatçıla
26.08.2026 399 "Yuxu beyin sağlamlığına edilən ən yaxşı investisiyadır" - Həkimdən maraqlı açıqlama
Yaddaş, diqqət və yeni şeylər öyrənmək qabiliyyəti birbaşa yuxunun keyfiyyətindən asılıdır. xəbər verir ki, bunu rusiyalı somnoloq və terapevt Karina Aqibalova -ya müsahibəsində deyib. O, keyfiyyətli gecə yuxusunun beyin sağlamlığı üçün niyə vacib olduğunu izah edib. Həkim bildirib ki, yuxunun əsas funksiyalarında
30.08.2026 203 Diyetoloqlar 50 yaşdan sonra əzələlər üçün vacib qida maddəsini açıqladı
50 yaşdan sonra əzələ kütləsini və gücünü qorumaq üçün yalnız kifayət qədər zülal qəbul etmək kifayət deyil. Diyetoloqların fikrincə, bu dövrdə D vitamini də mühüm rol oynayır. O, əzələ toxumasının formalaşması və bərpasında, əzələlərin normal fəaliyyətində və fiziki yüklənmədən sonra bərpa prosesind
24.08.2026 489