Rusiyanın Avropaya qarşı hibrid müharibəsi: Təhlükə böyüyür - POLİTOLOQDAN AÇIQLAMA
Rusiyanın Avropaya qarşı hibrid müharibə apardığı ilə bağlı narahatlıqlar getdikcə artır. Sabotaj, kiberhücumlar, casusluq, kritik infrastruktura müdaxilə, pilotsuz uçuş aparatlarından istifadə və dezinformasiya kampaniyaları Avropa ölkələrinin təhlükəsizlik gündəmində əsas məsələlərdən birinə çevrilib. Avropa İttifaqının məlumatına görə, bu cür fəaliyyətlər dövlətlərin və demokratik institutların sabitliyini zəiflətməyə yönələn daha geniş hibrid təhdidlərin tərkib hissəsidir.
ABŞ Konqresinin araşdırma xidmətinin hesabatında da Rusiyanın Avropada sabotaj, siyasi müdaxilə, kiberhücum və digər gizli əməliyyatları genişləndirdiyi qeyd olunur. Analitiklər hesab edirlər ki, Moskva bu üsullarla NATO ölkələri arasında parçalanma yaratmağa, Ukraynaya dəstəyi zəiflətməyə və Avropanın təhlükəsizlik sisteminin dayanıqlığını sınağa çəkməyə çalışır.
Mövzu ilə bağlı politoloq Rəsul Tağıyev BiG.AZ-a açıqlamasında bildirdi ki, Rusiyanın Avropaya qarşı hibrid fəaliyyətləri klassik hərbi qarşıdurmadan fərqli olaraq, NATO ilə birbaşa müharibəyə girmədən Avropa ölkələrinin zəif nöqtələrini sınaqdan keçirməyə hesablanıb. Onun sözlərinə görə, sabotaj, kiberhücumlar, dezinformasiya, casusluq və kritik infrastruktura qarşı təhdidlər Moskvanın siyasi və iqtisadi təzyiq imkanlarını genişləndirir: "NATO da Rusiyanın sabotaj, kiberhücum, dezinformasiya və digər hibrid fəaliyyətlərinin artdığını bildirir. Burada əsas məqsəd Avropa cəmiyyətlərində təhlükəsizlik hissini zəiflətmək və dövlətlərin qərarvermə prosesinə təsir göstərməkdir. Rusiya üçün hibrid müharibə daha az resurs tələb edən, lakin siyasi baxımdan ciddi nəticələr yarada bilən vasitədir. Xüsusilə enerji infrastrukturu, rabitə sistemləri, nəqliyyat və informasiya məkanı həssas istiqamətlərdir.
Avropa ölkələri bu təhlükəyə yalnız ayrı-ayrılıqda deyil, NATO və AB çərçivəsində koordinasiyalı şəkildə cavab verməlidir. Əks halda, ayrı-ayrı ölkələrdə həyata keçirilən kiçikmiqyaslı əməliyyatlar uzunmüddətli perspektivdə daha böyük təhlükəsizlik probleminə çevrilə bilər".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 888 Tarix: 04 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBayrağımız qürurumuz və fəxrimizdir
Bayraq hər bir ölkənin, dövlətin, millətin əsas rəmzlərindən biridir. Bayraq təkcə ölkə daxilində deyil, ölkə hüdudlarından kənarda hər bir sahədə varlığımızı təmsil edən, bizi dünyaya tanıtdıran əsas və rəsmi simvollardan biridir. Buna görə də, Bayraq Günü ölkəmizdə xüsusi olaraq qeyd olunur. Azərbayca
11:31 123 Dövlətin əsas qanunu - Konstitusiya
Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 31 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanı
11:47 120 Müstəqil dövlətin Konstitusiya günüdür
1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al
12:06 106 Prezidentlə xanımı Cəbrayıla getdi
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
13:02 0 Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb
Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA
05.11.2026 345 Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər
Qətərdə ölkə daxilindəki məscidlərdə yağış üçün kollektiv dualar oxunacaq. "Qafqazinfo" xəbər verir ki, bunu Qətər Vəqflər və İslam İşləri Nazirliyi açıqlayıb. Bildirilir ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani də ölkə əhalisini quraqlıq dövrlərində yağış yağması üçün dua etməyə çağırıb
05.11.2026 326 Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər
Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki
05.11.2026 335 Hava çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq
Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev 4 noyabr 2026-cı ildə atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzr
05.11.2026 315 "Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"
Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"
10:43 197