Paşinyan Rusiyanın Gümrü bazasına "ya saxla, ya çıxar" mesajı verdi

Paşinyan Rusiyanın Gümrü bazasına "ya saxla, ya çıxar" mesajı verdiErmənistanda yerləşən Rusiyaya məxsus 102-ci hərbi baza ətrafında siyasi qalmaqal son günlər yenidən gündəmə gəlib. Buna səbəb Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın istəyəcəyi təqdirdə Gümrüdəki bazanı "günü sabah" çıxara biləcəkləri barədə açıqlaması, Ermənistan Baş naziri Nikol Paşinyanın isə bazanın ölkəsi üçün həyati zərurət daşımadığını bildirməsi olub.

Paşinyan son açıqlamasında qeyd edib ki, İrəvan 102-ci hərbi bazanın mövcudluğunu həyati zərurət hesab etmir, lakin onun çıxarılması məsələsini də qaldırmayıb.

Ermənistan Baş naziri həmçinin bildirib ki, Bişkekdə baza ilə bağlı hər hansı müzakirə aparılmayıb və əvvəllər də bu məsələ gündəmə gətirilməyib. "Əgər Rusiya bazanı geri çəkmək qərarına gəlsə, etiraz etməyəcəyik. Lakin onu saxlamaq qərarına gəlsə, biz bunu da müzakirə etməyə hazırıq", - Paşinyan deyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Paşinyanın 102-ci baza ilə bağlı açıqlamasına istehzalı şəkildə cavab verib. Zaxarova özünün "Telegram" kanalında Paşinyanın Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı fikirlərini paylaşaraq, Mixail Bulqakovun "İt ürəyi" əsərindən "Siz kişisiniz, yoxsa qadın?" sitatını gətirib.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, əslində, 102-ci hərbi bazanın taleyi uzun müddətdir qeyri-müəyyən olaraq qalır. Baza 1941-ci ildə Sovet ordusunun hərbi hissəsi kimi yaradılıb. Gümrüdə yerləşməsi və Ermənistanın Türkiyə ilə sərhədinə yaxınlığı onu uzun illər İrəvan üçün strateji əhəmiyyətli hərbi obyektə çevirib:

"SSRİ dağıldıqdan sonra isə Rusiya ordusu Ermənistandan tamamilə çıxmayıb. 1995-ci ildə Moskva ilə İrəvan arasında imzalanmış sazişlə Gümrüdəki baza artıq müstəqil Ermənistan ərazisində Rusiyanın hərbi bazası kimi rəsmiləşdirilib.

Baza ilə bağlı ən mühüm dəyişikliklərdən biri 2010-cu ildə baş verib. Həmin il Rusiyanın bazadan istifadə müddəti 2044-cü ilə qədər uzadılıb. Dövrün şərtləri nəzərə alındıqda, bu qərar məntiqli görünürdü. Çünki dəyişikliklərlə bazanın missiyası yalnız Rusiyanın maraqlarının qorunması ilə məhdudlaşdırılmadı, Ermənistanın təhlükəsizliyinin təmin edilməsində Ermənistan ordusu ilə birgə iştirak məsələsi də sənədlərə daxil edildi.

Lakin 44 günlük İkinci Qarabağ müharibəsi və lokal antiterror əməliyyatı nəticəsində Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, sonrakı mərhələdə Bakı ilə İrəvan arasında danışıqların konstruktiv əsasda davam etməsi, eləcə də Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırma prosesinə başlaması 102-ci hərbi bazanın əvvəlki strateji əhəmiyyətini xeyli azaldıb.

Paşinyanın "Baza Ermənistan üçün həyati əhəmiyyət daşımır" deməsi də təsadüfi görünmür. Faktiki olaraq, Ermənistanın Azərbaycanla münaqişə vəziyyəti əvvəlki mərhələdəki kimi deyil, Türkiyə ilə münasibətlərdə də normallaşma istiqamətində proses gedir.

Burada müəyyən siyasi paradoks yaranır. Paşinyan və onun komandası, eləcə də Qərb ölkələrinin bir qismi 102-ci hərbi bazanı artıq Ermənistanı qoruyan təhlükəsizlik qalxanı kimi deyil, Kremlin İrəvana təsir imkanlarından biri kimi qiymətləndirir.

Əslində, Paşinyan bazanın çıxarılmasını istəyir, lakin bunu açıq şəkildə tələb etmir. Onun "Rusiya çıxarmaq qərarına gəlsə, etiraz etməyəcəyik, saxlamaq istəsə, müzakirəyə hazırıq" mövqeyi İrəvanın məsuliyyəti birbaşa üzərinə götürmək istəmədiyini göstərir.

Bu yanaşmanın səbəbi də aydındır. Paşinyan bazanın çıxarılmasını tələb etdiyi halda, Moskvanın buna siyasi və iqtisadi reaksiyasının necə olacağı ayrıca problem yarada bilər. Buna görə də İrəvan bir tərəfdən Rusiyanın hərbi mövcudluğunun əvvəlki əhəmiyyətini itirdiyini vurğulayır, digər tərəfdən isə bazanın gələcəyi ilə bağlı yekun qərarın Moskvadan gəlməsini gözləyir.

Məhz bu mövqe Zaxarovanın istehzasının əsas hədəfi kimi görünür. "Siz kişisiniz, yoxsa qadın?" sitatı ilə Zaxarova Paşinyanın mövqeyindəki siyasi qeyri-müəyyənliyə diqqət çəkməyə çalışıb. Moskvanın mesajı isə təxminən belədir: əgər Ermənistan bu bazanı artıq həyati əhəmiyyətli hesab etmirsə, bunu açıq şəkildə bəyan etsin və qərarın nəticələrini də üzərinə götürsün.

Digər tərəfdən, Kremlin narahatlığının səbəblərinə də diqqət yetirmək lazımdır. 102-ci baza Rusiya üçün sadəcə Ermənistandakı hərbi obyekt deyil. Bu baza Moskvanın Cənubi Qafqazdakı hərbi-siyasi mövcudluğunun mühüm simvollarından biridir. İrəvanın Qərbə yaxınlaşması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşması və Rusiya ilə əvvəlki təhlükəsizlik modelini sorğulaması fonunda bazanın statusu artıq sırf hərbi məsələdən daha çox siyasi rəmzə çevrilib.

Görünən odur ki, 102-ci baza ətrafında müzakirələr hələ uzun müddət davam edəcək. Bu məsələ həm Ermənistanın Rusiyadan nə qədər uzaqlaşdığını, həm Qərblə münasibətlərini hansı istiqamətdə inkişaf etdirdiyini, həm də Moskvanın Cənubi Qafqazda dəyişən rolunun hansı həddə qədər davam edə biləcəyini göstərən mühüm indikatorlardan birinə çevrilib".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 710   Tarix: 08 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi

10:13 52
.

Ronaldo karyerasını başa vurdu

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i

05.11.2026 368
.

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli

05.11.2026 330
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

05.11.2026 400
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

05.11.2026 475
.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

05.11.2026 412
.

Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark

05.11.2026 264
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində

05.11.2026 406
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 308
.