Uşaqları internetin görünməz təhlükələrindən necə qorumalı?

Uşaqları internetin görünməz təhlükələrindən necə qorumalı?Müasir dövrdə internet uşaq üçün artıq seçim deyil, həyatın ayrılmaz hissəsidir. Lakin rəqəmsal mühit fiziki parklar və oyun meydançaları kimi təhlükəsiz deyil. Bəs valideynlər övladlarını bu görünməz təhlükələrdən necə qoruya bilərlər?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev bildirib ki, internet uşaqların qarşısında sonsuz bilik və əyləncə imkanları açsa da, eyni zamanda bir sıra risklər də yaradır. Əsas problem ondadır ki, uşaqlar bəzən rəqəmsal dünyanın qaydalarını və təhlükələrini tam bilmədən bu mühitdə hərəkət edirlər. Bu baxımdan onları internetdə təhlükəsiz davranış qaydaları ilə tanış etmək valideynlərin əsas vəzifələrindən biridir:

"Uşaqların internetdə qarşılaşa biləcəyi əsas təhlükələri bilmək onlara qarşı müdafiə qurmağın ilk addımıdır. Sosial şəbəkələrdə və onlayn oyun platformalarında uşaqlara qarşı təhqir, təzyiq, alçaldıcı ifadələr və mənfi rəylər kiberbullinq hesab olunur. Bu cür davranış uşağın psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər. Eyni zamanda, uşaqlar internetdə yaşlarına uyğun olmayan şiddət, qorxu və etik normalara zidd məzmunlarla qarşılaşa bilərlər.

Digər ciddi təhlükələrdən biri onlayn tanışlıq və "grooming"dir. Bəzi şəxslər uşaqlarla dostluq quraraq onların etimadını qazanmağa, daha sonra isə onları manipulyasiya etməyə çalışa bilərlər. Bundan başqa, uşağın ünvanını, məktəbinin adını, telefon nömrəsini, şəxsi fotolarını və digər məlumatlarını tanımadığı şəxslərlə paylaşması da ciddi təhlükələr yarada bilər.

Uşağı internetdən tamamilə uzaq tutmaq nə realdır, nə də doğru yanaşmadır. Əksinə, bu, onun gələcəkdə rəqəmsal bacarıqlarının inkişafına mane ola bilər. Əsas məqsəd uşağı yalnız məhdudlaşdırmaq deyil, ona internetdən təhlükəsiz və şüurlu istifadə etməyi öyrətməkdir.

Bu baxımdan valideynlər ilk növbədə uşaqları ilə güvən əsaslı ünsiyyət qurmalıdırlar. Ən vacib qaydalardan biri uşağın internetdə hər hansı problemlə qarşılaşdığı zaman ilk olaraq valideyninə müraciət edə bilməsidir. Uşaq cəzalandırılacağından qorxarsa, qarşılaşdığı problemi gizlətməyə üstünlük verə bilər.

Valideyn nəzarəti funksiyalarından, o cümlədən "Google Family Link" kimi vasitələrdən istifadə etməklə uşağın ekran vaxtını idarə etmək, yaşına uyğun olmayan məzmunlara girişini məhdudlaşdırmaq mümkündür. Bununla yanaşı, ailə daxilində telefon və planşetdən istifadə müddəti, yataq otağında cihazlardan istifadəyə icazə verilib-verilməməsi, sosial media hesablarının məxfilik parametrləri ilə bağlı əvvəlcədən müəyyən edilmiş qaydaların olması da faydalıdır.

Uşağın rəqəmsal dünyada təhlükəsiz davranması üçün ona bir neçə əsas prinsip aşılanmalıdır. İlk növbədə, "Tanımadığın şəxsə etibar etmə" qaydası izah edilməlidir. Bu prinsip real həyatda olduğu kimi, onlayn mühitdə də keçərlidir. Tanımadığı şəxsdən gələn mesaj və ya dostluq təklifi ehtiyatla qarşılanmalıdır.

Digər vacib qayda isə "Düşün və paylaş" prinsipidir. Uşaq hər hansı şəkil və ya məlumatı paylaşmazdan əvvəl düşünməlidir: "Bu məlumat mənim və ya dostlarımın təhlükəsizliyi üçün risk yarada bilərmi?" Uşağa həmçinin izah edilməlidir ki, internetdə qarşılaşdığı hər hansı məzmun onu narahat edir, qorxudur və ya qəribə görünürsə, bunu gizlətmədən dərhal valideyninə deməlidir.

Nəticə etibarilə, rəqəmsal təhlükəsizlik bir dəfə tətbiq edilən tədbir deyil, davamlı prosesdir. Məqsəd uşağı internetdən uzaqlaşdırmaq və ya onu rəqəmsal dünyadan qorxutmaq deyil. Əsas məqsəd uşağa internetdən şüurlu, təhlükəsiz və faydalı şəkildə istifadə etməyi öyrətməkdir. Valideynin nəzarəti ilə yanaşı, uşağın özünün rəqəmsal təhlükələri tanıması və düzgün qərar vermək bacarığı qazanması da olduqca vacibdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 757   Tarix: 08 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi

10:13 52
.

Ronaldo karyerasını başa vurdu

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i

05.11.2026 368
.

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli

05.11.2026 330
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

05.11.2026 400
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

05.11.2026 475
.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

05.11.2026 412
.

Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark

05.11.2026 264
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində

05.11.2026 406
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 308
.