Uğurlu qadının arxasında niyə həmişə "varlı kişi" axtarılır? - Cəmiyyətin psixoloji yanaşması - PSİXOLOQDAN AÇIQLAMA

Uğurlu qadının arxasında niyə həmişə "varlı kişi" axtarılır? - Cəmiyyətin psixoloji yanaşması - PSİXOLOQDAN AÇIQLAMAAzərbaycanda uğurlu karyera quran, biznesdə tanınan və ya dövlət qurumlarında yüksək vəzifələrə yüksələn qadınlarla bağlı cəmiyyətdə bəzən peşəkarlıqdan çox onların şəxsi həyatı müzakirə olunur. Hətta belə qadınların əldə etdiyi mövqelərin arxasında mütləq imkanlı və ya nüfuzlu kişi olduğu, "sevgilisi hesabına irəlilədiyi" kimi əsassız iddialar səsləndirilir. Halbuki psixologiya və gender araşdırmaları qadınların xüsusilə ənənəvi olaraq kişilərin üstünlük təşkil etdiyi sahələrdə uğur qazandıqda əlavə sosial stereotiplərlə üzləşə bildiyini göstərir. Araşdırmalarda uğurlu qadınların eyni uğuru göstərən kişilərlə müqayisədə daha çox şəxsi mühakiməyə məruz qala bildiyi də qeyd olunur. Bəs niyə cəmiyyət qadının zəhməti, təhsili, bacarığı və peşəkarlığı əvəzinə onun şəxsi münasibətlərini uğurunun səbəbi kimi görməyə meyllidir?

Bu yanaşmanın arxasında qadın liderliyinə dair stereotiplər, uğurlu qadının "ənənəvi qadın obrazından" kənara çıxması və onun yüksək statusunu qəbul etməkdə yaranan psixoloji müqavimət dayana bilər. Elmi ədəbiyyatda qadınların rəhbər vəzifələrdə həm kompetent görünmək, həm də sosial gözləntilərə uyğun davranmaq məcburiyyətində qalması "ikiqat standart" problemi kimi araşdırılır. Bəs bu stereotiplər haradan yaranır və cəmiyyət niyə uğurlu qadının arxasında mütləq bir kişi axtarır?
Uğurlu qadının arxasında niyə həmişə "varlı kişi" axtarılır? - Cəmiyyətin psixoloji yanaşması - PSİXOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, ümumiyyətlə Azərbaycan cəmiyyətində istənilən sahədə uğur əldə edən şəxsin peşəkarlığı yox, şəxsi həyatı müzakirə olunur. Bəs cəmiyyətimizdə niyə uzun zaman çərçivəsində insanları gördüyü işə görə deyil, şəxsi həyatına görə qiymətləndirirlər? Onun sözlərinə görə, çünki intellekti müzakirə etmək üçün, bilik, arqument və ən azından həmin sahəni anlamaq lazımdır: "İntellektual insana kiminsə şəxsi həyat maraqsızdır. Şəxsi həyatı müzakirə etmək isə daha asandır. İnsan bilmədiyi sahədə fikir yürütməkdənsə, hamının fikir bildirə biləcəyi mövzuya, yəni şəxsi həyata keçid edir. Məqsəd həmin insanı sadələşdirmək cəhdidir. Məhz uğurlu qadınların məsələsinə gəlincə isə, bunun kökündə əsrlərlə formalaşmış sosial düşüncə dayanır. Tarix boyu qadının təhsil alması,müstəqillik qazanması, qərarverici mövqelərə yüksəlməsi məhdudlaşdırılıb. Bu düşüncə o qədər dərin kök salıb ki, bu gün müasir qaydalara keçid etsək də, bir qadının öz zəhməti, biliyi və bacarığı ilə uğur qazana biləcəyini qəbul etmək, bir çox qadınlar üçün hələ də çətindir. Eyni zamanda burada qısqanclıq və sosial müqayisə də rol oynayır. Əslində bir qadının yüksəlişi başqa qadın üçün ilham mənbəyi olmaq əvəzinə, azərbaycan qadınları bunu özünə təhdid kimi qəbul edir.

Çünki daxili sualı oyqnır; " o bacardısa, bəs mən niyə bacarmadım? " Belə bir sual ilə üzləşmək isə narahatlıq yaradır. Asan yola əl atılır, həmin qadının uğurunu kiçiltmək, onun əməyini görünməz etmək və nailiyyətini hansısa kişinin adı ilə izah etmək. Məsələ tək bu deyil. Azərbaycan cəmiyyətində bir insanın şəxsi kimliyi, statusu qanundan üstündür. Və əgər bir ölkədə qanundan, qaydadan və institusional prinsiplərdən çox insanların kimliyi, tanışlığı və əlaqələri rol oynayırsa, bu, sistemin zəif olduğunu göstərir. Bu səbəbdən belə bir cəmiyyətdə qadın öz peşəkarlığına görə hər hansı bir vəzifəyə təyin olunsa da, bu şübhə doğurur. Sistem dəyişməlidir. Köhnə düşüncə istehsal edən təhsil sistemi sıfırlanmalı, yeni şüur səviyyəsinin formalaşması üçün yeni, dəyər sistemi yaradılmalıdır. Köhnə düşüncə tərzi ilə yeni cəmiyyət qurmaq mümkün deyil, olmayacaq da".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 930   Tarix: 08 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi

10:13 52
.

Ronaldo karyerasını başa vurdu

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i

05.11.2026 368
.

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli

05.11.2026 330
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

05.11.2026 400
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

05.11.2026 475
.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

05.11.2026 412
.

Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark

05.11.2026 264
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində

05.11.2026 406
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 308
.