"Siyasi məhbus" ritorikası: ölkəyə qarşı qarayaxma kampaniyasına kimlər yanacaq verir?

"Siyasi məhbus" ritorikası: ölkəyə qarşı qarayaxma kampaniyasına kimlər yanacaq verir?Bəzi şəxslərin illərdir dəyişməyən bir ritorikası var: Azərbaycanda hər bir hüquqi məsələni siyasi rəngə boyamaq, hər bir cinayət işini "siyasi məhbus" kimi təqdim etmək və sonra da bu "məhbusların azad edilməsini" özlərinin siyasi xidməti kimi cəmiyyətə sırımaq.

Novella Cəfəroğlu və Çingiz Qənizadə kimi şəxslərin "onlarla siyasi məhbusu azad etdik" məzmunlu açıqlamaları da məhz bu kontekstdə ciddi suallar doğurur.Ortada sadə sual var: Kim, nə vaxt, hansı hüquqi əsasla siyasi məhbus elan edilib və məhz bu şəxslərin fəaliyyəti nəticəsində kim azadlığa buraxılıb?Əgər konkret cavab yoxdursa, deməli, ortada hüquqi fakt deyil, siyasi ritorika var.

.
Bir şəxsin "mən siyasi məhbusları azad etmişəm" deməsi hələ onun həqiqətən siyasi məhbus azad etdiyini sübut etmir.Dövlət əfv edir - bunu dövlət edir. Məhkəmə qərar qəbul edir - bunu məhkəmə edir. İstintaq qərar verir - bunu hüquq-mühafizə orqanları həyata keçirir.Bütün bunların üzərinə sonradan şəxsi siyasi xidmət etiketi yapışdırmaq isə tamamilə başqa məsələdir.

İctimaiyyətə sual vermək lazımdır: Bu insanlar konkret olaraq hansı məhbusu, hansı hüquqi mexanizmlə və hansı səlahiyyət əsasında azad etdiriblər?Cavab yoxdursa, "onlarla siyasi məhbusu azad etdik" ifadəsi sadəcə siyasi piardır.

Ən təhlükəli məqam isə bundan sonra başlayır.Ölkə daxilində səsləndirilən belə iddialar xarici informasiya məkanında Azərbaycanın əleyhinə istifadə olunur. Xarici media üçün bir cümlə kifayətdir: "Azərbaycanlı hüquq müdafiəçiləri ölkədə siyasi məhbusların olduğunu bildirirlər".Sonra həmin cümlə hesabatlara düşür, başqa materiallarda təkrar olunur və illər sonra artıq "beynəlxalq qiymətləndirmə" kimi təqdim edilir.Beləliklə, ölkə daxilində siyasi polemika kimi səsləndirilən fikir xaricdə Azərbaycanın dövlət imicinə qarşı informasiya silahına çevrilir.
Bunu bilməmək sadəlövhlükdür.Bunu bilə-bilə etmək isə daha ciddi məsuliyyət məsələsidir.

Əgər bir şəxs qanun pozuntusuna görə məsuliyyətə cəlb olunubsa, onun siyasi baxışlarının olması həmin şəxsi avtomatik olaraq "siyasi məhbus" etmir.Əks halda hüquqi dövlət anlayışının özü mənasını itirər.Siyasi fəaliyyət göstərən şəxs də qanun qarşısında məsuliyyət daşımalıdır. Jurnalist də, hüquq müdafiəçisi də, siyasətçi də, biznesmen də.Əgər konkret işdə hüquq pozuntusu olduğunu düşünənlər varsa, bunun yolu ittihamların səsləndirilməsi deyil, hüquqi sübutların ortaya qoyulmasıdır.

Burada söhbət hökumətin tənqid olunmasından getmir. Tənqid demokratik cəmiyyətin ayrılmaz hissəsidir.Söhbət başqa şeydən gedir: ölkənin bütün problemlərini bilərəkdən və ya bilmədən xarici auditoriyaya yalnız ən neqativ formada təqdim etməkdən.Azərbaycanın əleyhinə aparılan informasiya kampaniyalarında ölkə daxilindən verilən açıqlamaların istinad mənbəyinə çevrilməsi yeni məsələ deyil.Bu baxımdan ictimai-siyasi fəaliyyət göstərən şəxslərin məsuliyyəti xüsusilə böyükdür.Çünki xarici media Azərbaycanın daxili siyasi polemikasını Azərbaycanın öz vətəndaşlarının dili ilə təqdim edir.Bu zaman ortaya acı mənzərə çıxır: Azərbaycanı tənqid edən xarici dairələrə bəzən ən hazır materialı elə Azərbaycanın özündən olan şəxslər verir.

Əslində burada daha dərin problem var. Bəzi şəxslər hüquq müdafiəsi fəaliyyətini ictimai missiyadan siyasi brendə çevirirlər. Hər azadlıq qərarı şəxsi uğur kimi təqdim edilir, hər mübahisəli iş "siyasi məhbus" adlandırılır, hər beynəlxalq tənqid isə həmin şəxslərin haqlı olduğunun sübutu kimi göstərilir.Bu, hüquq müdafiəsi deyil, siyasi manipulyasiya riskidir.

Əgər doğrudan da məqsəd insan hüquqlarını qorumaqdırsa, onda konkret faktlar ortaya qoyulsun.
Adlar açıqlansın.
İşlər göstərilsin.
Məhkəmə qərarları təhlil edilsin.
Hansı hüququn pozulduğu izah edilsin.
Kim və nə vaxt azad edilib - sənədlə göstərilsin.Əks halda "onlarla siyasi məhbusu azad etdik" tipli bəyanatlar cəmiyyət üçün məlumat deyil, siyasi reklamdır.

Heç kəs Azərbaycanın adından danışmaq üçün xalqdan mandat almayıb.Heç bir hüquq müdafiəçisi, QHT rəhbəri və ya keçmiş siyasi fəal bütün Azərbaycan cəmiyyətinin mövqeyini öz adına çıxara bilməz.
Onların fikirləri şəxsi mövqedir.

Azərbaycanın beynəlxalq imicinə münasibətdə isə məsuliyyətli davranmaq lazımdır.
Ölkədə problem varsa, onun həlli üçün hüquqi mexanizmlərdən istifadə edilməlidir. Dövlət qurumlarında qanunsuzluq varsa, konkret faktlarla ifşa edilməlidir. Məhkəmə qərarında problem varsa, hüquqi qaydada mübahisələndirilməlidir.
Amma bütün bunların əvəzinə xarici mediaya "Azərbaycanda siyasi məhbuslar var" tezisini ixrac etmək və sonra həmin ritorikanı ölkəyə qarşı hesabatların əsas materialına çevirmək artıq sadə hüquq müdafiəsi məsələsi deyil.

Bu ölkədə öz vətəndaşını tənqid edən jurnalist də, hakimiyyəti tənqid edən hüquq müdafiəçisi də, hökuməti müdafiə edən vətəndaş da eyni hüquqi mühitdə yaşamalıdır.Qanun hamı üçün eyni olmalıdır. Amma eyni zamanda heç kim siyasi fəaliyyəti özünə hüquqi toxunulmazlıq kimi təqdim etməməlidir. "Siyasi məhbus" anlayışı da şəxsi siyasi kapital toplamaq üçün istifadə ediləcək etiketə çevrilməməlidir.Azərbaycanın problemləri varsa, onları demək lazımdır.
Amma Azərbaycanın olmayan problemini varmış kimi təqdim etmək, yaxud hüquqi mübahisələri avtomatik olaraq siyasi təqib kimi qələmə vermək də qəbuledilməzdir.Çünki dövlətçilik təkcə hakimiyyəti müdafiə etmək deyil.Dövlətçilik həm də öz ölkəsinin adından danışarkən məsuliyyətli olmaqdır. Əgər həqiqətən "onlarla siyasi məhbusu azad etmisinizsə, adlarını, işlərini və hansı hüquqi əsasla siyasi məhbus hesab etdiyinizi ortaya qoyun.Söz yox - sənəd göstərin!

David Seliverstov
"Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1079   Tarix: 08 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi

10:13 52
.

Ronaldo karyerasını başa vurdu

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i

05.11.2026 368
.

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli

05.11.2026 330
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

05.11.2026 400
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

05.11.2026 475
.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

05.11.2026 412
.

Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark

05.11.2026 264
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində

05.11.2026 406
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 308
.