Azərbaycanlı jurnalistlərin İsrail səfəri: Media sahəsində yeni əməkdaşlıq

Azərbaycanlı jurnalistlərin İsrail səfəri: Media sahəsində yeni əməkdaşlıqAzərbaycanlı jurnalistlərin İsrailə səfəri iki ölkə arasında münasibətlərin yalnız siyasi, iqtisadi və təhlükəsizlik sahələri ilə məhdudlaşmadığını, media istiqamətində də əlaqələrin inkişaf etdiyini bir daha göstərib. Media-tur çərçivəsində İsrailə səfər edən azərbaycanlı jurnalistlər bir sıra yerli media qurumlarında olub, ölkədəki ictimai-siyasi və təhlükəsizlik vəziyyəti ilə yerində tanış olublar. Səfər çərçivəsində i24NEWS telekanalının redaksiyasında keçirilən görüşdə müasir media mühiti və beynəlxalq xəbərlərin hazırlanması məsələləri də müzakirə olunub.

Bəs Azərbaycan-İsrail münasibətlərində medianın rolu nədir? İsrail-Azərbaycan əlaqələrinin media sahəsində inkişafı iki ölkənin bir-birini daha yaxından tanımasına necə təsir göstərə bilər? Regionda Azərbaycan-İsrail yaxınlaşmasına fərqli münasibətlərin olduğu bir vaxtda bu əməkdaşlığın əhəmiyyəti nədən ibarətdir?
Azərbaycanlı jurnalistlərin İsrail səfəri: Media sahəsində yeni əməkdaşlıqMövzu ilə bağlı bağlı beynəlxalq ekspert, Azərbaycan Jewish Media-nın İsraildəki Büro rəhbəri İqor Roytapel BiG.AZ-a açıqlamasında bildirdi ki, mən azərbaycanlı jurnalistlərin İsrailə səfərini çox mühüm hadisə hesab edirəm. Onun sözlərinə görə, bu gün İsrail və Azərbaycan arasında münasibətlər diplomatiya və iqtisadiyyat çərçivəsindən çox-çox kənara çıxır: "Bu, qarşılıqlı hörmətə, etimada və regionda mövcud olan ümumi çağırışların anlaşılmasına əsaslanan iki cəmiyyət arasında münasibətlərdir.
Xüsusilə vacib olan odur ki, jurnalistlər İsraili öz gözləri ilə görmək, israilli həmkarları ilə görüşmək və baş verənlərlə bağlı öz təsəvvürlərini formalaşdırmaq imkanı əldə edirlər.

Mənim üçün jurnalist kimi bu, ilk növbədə peşəkar dialoq məsələsidir. Jurnalistlər arasında birbaşa əlaqələr stereotiplərin aradan qaldırılmasına və auditoriyaya baş verənlərin real mənzərəsini göstərməyə kömək edir.

İsrail və Azərbaycan bu gün regionda mühüm tərəfdaşlardır. Əgər kimlərinsə bu münasibətlərin möhkəmlənməsi xoşuna gəlmirsə, bu, əslində, tərəfdaşlığın nə qədər əhəmiyyətli olduğunu göstərir. Mən əminəm ki, iki ölkə arasında əməkdaşlıq media, texnologiya və digər sahələrdə də davam edəcək. Ən əsası isə budur: əsl dostluq yüksək səslənən bəyanatlarla deyil, çətin günlərdə bir-birinə dəstək olmaqla sübut olunur".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 865   Tarix: 08 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi

10:13 52
.

Ronaldo karyerasını başa vurdu

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i

05.11.2026 368
.

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli

05.11.2026 330
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

05.11.2026 400
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

05.11.2026 475
.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

05.11.2026 412
.

Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark

05.11.2026 264
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində

05.11.2026 406
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 308
.