ÜDM artır, sənaye yerində sayır - Azərbaycan iqtisadiyyatında nə baş verir? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycan iqtisadiyyatında artım qeydə alınsa da, bu dinamikanın əsas sahələr üzrə eyni tempdə formalaşmadığı görünür. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında ÜDM 1,4 faiz artaraq 76,8 milyard manata çatıb. Eyni dövrdə sənaye məhsulu istehsalındakı artım isə cəmi 0,3 faiz təşkil edib. Maraqlıdır ki, qeyri-neft-qaz sənayesində artım 4,4 faiz olsa da, ümumi sənaye göstəricisinin zəif qalması iqtisadi artımın strukturunu gündəmə gətirir.
Bu mənzərə fonunda əsas sual ortaya çıxır: ÜDM artırsa, sənaye niyə eyni tempdə böyümür və iqtisadi artımın real sektora daha güclü şəkildə ötürülməsinə hansı amillər mane olur? Digər tərəfdən, sənayedə artımın zəif olması Azərbaycan iqtisadiyyatının gələcək inkişafı və qeyri-neft sektorunun genişləndirilməsi baxımından hansı riskləri yaradır?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, burada əsas məsələ odur ki, iqtisadi artımın bütün sahələr üzrə eyni sürətlə getməsi vacib deyil. Onun sözlərinə görə, 2026-cı ilin yanvar-iyulunda ÜDM 1,4% artsa da, artım əsasən ticarət, nəqliyyat, informasiya-rabitə və kənd təsərrüfatı kimi sahələrdən gəlib: "Sənayedə artım isə çox zəif olub. Sənayenin zəif artmasının əsas səbəblərindən biri neft-qaz sektorundakı geriləmədir. Bu sektor iqtisadiyyatda hələ də böyük paya malikdir və yanvar-iyulda burada əlavə dəyər 0,6% azalıb. Eyni zamanda sənayedə elektrik enerjisi, qaz və buxar istehsalında da azalma qeydə alınıb. Emal sənayesinin 2,7% artması isə ümumi sənaye artımını əhəmiyyətli dərəcədə sürətləndirməyə kifayət etməyib.
Digər tərəfdən, iqtisadi artımın xidmət və ticarət sahələrində formalaşması göstərir ki, iqtisadi aktivlik artır, amma bu artım hələ kifayət qədər investisiya, yeni istehsal gücü və yüksək əlavə dəyər yaradan sənaye müəssisələrinə çevrilmir. Yəni iqtisadiyyat böyüyür, amma artımın strukturu hələ sənayeləşməni sürətləndirəcək səviyyədə deyil.
Məncə, əsas məsələ ÜDM-in neçə faiz artmasından çox, bu artımın hansı sahələr hesabına formalaşmasıdır. Azərbaycan üçün daha dayanıqlı iqtisadi artımın göstəricisi xidmət və ticarətin böyüməsindən daha çox, emal sənayesinin, qeyri-neft istehsalının, məhsuldarlığın və ixrac yönümlü istehsalın sürətli artımı olmalıdır".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 773 Tarix: 08 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi
10:13 52 Ronaldo karyerasını başa vurdu
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i
05.11.2026 368 Sumqayıtda aptekdən 35 min manat oğurlanıb
Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli
05.11.2026 330 Ərdoğan Azərbaycana gələcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək
05.11.2026 400 Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?
Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti
05.11.2026 475 Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?
ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə
05.11.2026 412 Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı
Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark
05.11.2026 264 Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində
05.11.2026 406 XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik
05.11.2026 308