"Tramp hakimiyyətinin xarici siyasətində ABŞ-ın öz təsir dairəsini yenidən müəyyənləşdirmək cəhdi açıq şəkildə görünür" - BƏHRUZ QULİYEV

"Tramp hakimiyyətinin xarici siyasətində ABŞ-ın öz təsir dairəsini yenidən müəyyənləşdirmək cəhdi açıq şəkildə görünür" - BƏHRUZ QULİYEV"ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə İslandiyanı, Qrenlandiyanı, Kanadanı, Meksikanı, Mərkəzi Amerika və Karib hövzəsini ABŞ bayrağı altında göstərən xəritə paylaşması ilk baxışda adi bir sosial media paylaşımı təsiri bağışlaya bilər. Amma beynəlxalq siyasətdə xəritələr heç vaxt sadəcə xəritə olmur. Xüsusilə də bunu dünyanın ən güclü dövlətlərindən birinin prezidenti paylaşırsa.

Təsadüfi deyil ki, İslandiya ABŞ səfirini Xarici İşlər Nazirliyinə çağıraraq bu paylaşımı "tamamilə yolverilməz" adlandırıb. Bu artıq sosial şəbəkə mübahisəsi deyil, diplomatik reaksiyadır.

Məncə, burada daha böyük bir prosesə diqqət yetirmək lazımdır.

Tramp hakimiyyətinin xarici siyasətində ABŞ-ın öz təsir dairəsini yenidən müəyyənləşdirmək cəhdi açıq şəkildə görünür. Qrenlandiya məsələsi bunun ən bariz nümunəsidir. Vaşinqton Qrenlandiyaya nəzarəti milli təhlükəsizlik, Arktikanın strateji əhəmiyyəti, resurslar və geosiyasi rəqabətlə izah edir. Amma məsələ bununla bitmir.

Burada əsas sual budur: Amerika nə istəyir?

Mənim fikrimcə, məqsəd sadəcə ayrı-ayrı əraziləri ABŞ-a birləşdirmək deyil. Daha fundamental məqsəd Amerikanın XXI əsrdə qlobal güc sistemini öz maraqları əsasında yenidən qurmasıdır." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"Tramp hakimiyyətinin xarici siyasətində ABŞ-ın öz təsir dairəsini yenidən müəyyənləşdirmək cəhdi açıq şəkildə görünür" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, Vaşinqton bir tərəfdən Çin və Rusiyanın təsir imkanlarının qarşısını almağa çalışır, digər tərəfdən isə Şimal qütbü, Atlantik və Şimali Amerika ətrafında strateji nəzarəti möhkəmləndirmək istəyir. Bu baxımdan Qrenlandiya və İslandiya məsələləri bir-birindən ayrı hadisələr deyil. Arktika getdikcə daha böyük geosiyasi rəqabət meydanına çevrilir.

Amma burada daha mühüm bir məqam var.

Əgər ABŞ öz müttəfiqlərinə belə davranırsa, onda dünya ölkələri haqlı olaraq soruşurlar ki, "Amerikanın təhlükəsizlik çətiri altında olmaq həqiqətən təhlükəsizlikdirmi, yoxsa müəyyən mənada siyasi asılılıqdır?"

Çünki söhbət NATO üzvü olan Danimarkadan, NATO üzvü olan İslandiyadan və ABŞ-ın ənənəvi strateji tərəfdaşı Kanadadan gedir. Yəni Vaşinqtonun təzyiq dili yalnız rəqiblərinə deyil, müəyyən hallarda müttəfiqlərinə də yönələ bilir.

Bu, dünya siyasətində çox ciddi transformasiyadır.

Əvvəllər ABŞ daha çox "mənimlə əməkdaşlıq et" deyirdisə, Trampın yanaşmasında bəzən "mənim müəyyən etdiyim çərçivəyə uyğunlaş" mesajı daha qabarıq görünür.

"Buna görə də mən hesab edirəm ki, dünyada yeni bir proses başlayır. Dövlətlər ABŞ-la münasibətlərində öz təhlükəsizliklərinin yalnız Vaşinqtondan asılı olmasının nə dərəcədə doğru olduğunu yenidən qiymətləndirirlər.

Avropanın Qrenlandiyaya maliyyə və siyasi dəstəyini artırması da bunun göstəricilərindən biridir. Avropa İttifaqı Qrenlandiya ilə 200 milyon avroluq tərəfdaşlıq paketi elan edib və Arktikada mövqelərini gücləndirməyə çalışır.

Deməli, məsələ artıq təkcə Qrenlandiya və İslandiya məsələsi deyil.

Məsələ dünyanın güc balansının dəyişməsidir.

ABŞ özünün qlobal hegemon mövqeyini qorumaq və yeni geosiyasi reallıqda təsir dairələrini yenidən formalaşdırmaq istəyir. Çin yüksəlir, Rusiya öz təsir imkanlarını qorumağa çalışır, Avropa isə artıq ABŞ-dan müəyyən strateji məsafədə daha müstəqil davranmaq zərurəti ilə üzləşir.

Trampın paylaşdığı xəritə məhz bu baxımdan simvolik əhəmiyyət daşıyır.

Xəritədə başqa dövlətlərin üzərində ABŞ bayrağının göstərilməsi, istər siyasi jest, istərsə də psixoloji mesaj olsun, dünyaya çox aydın bir siqnal verir ki, Vaşinqton özünün təsir dairəsini daraltmaq niyyətində deyil. Əksinə, onu genişləndirmək istəyir.

Amma XXI əsrin dünyasında dövlətləri zorla "vassal" vəziyyətinə salmaq əvvəlki dövrlər qədər asan deyil. Çünki alternativ güc mərkəzləri formalaşıb, regional dövlətlərin imkanları artıb və ən əsası, milli suverenlik məsələsi beynəlxalq münasibətlərdə yenidən ön plana çıxıb.

Ona görə də ABŞ qarşısında çox ciddi seçim dayanır: dünyaya tərəfdaş kimi liderlik etmək, yoxsa güc nümayiş etdirərək öz təsir dairəsini genişləndirmək?

İkinci yol qısa müddətdə nəticə verə bilər. Amma uzunmüddətli perspektivdə Amerikanın ən böyük probleminə çevrilə bilər. Çünki müttəfiqləriniz belə özlərini təzyiq altında hiss etməyə başlayırlarsa, onlar alternativ təhlükəsizlik və siyasi mexanizmlər axtarmağa məcbur olurlar.

Və bu proses artıq başlayıb.

Bu mənada, İslandiyanın ABŞ səfirini çağırması sadəcə diplomatik protokol hadisəsi deyil. Bu, kiçik bir dövlətin böyük dövlətə verdiyi siyasi mesajdır ki,
Suverenlik ölçü ilə müəyyən olunmur. Dövlət kiçik ola bilər, amma onun suverenliyi böyük dövlətinkindən daha az dəyərli deyil." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 744   Tarix: 08 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi

10:13 52
.

Ronaldo karyerasını başa vurdu

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i

05.11.2026 368
.

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli

05.11.2026 330
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

05.11.2026 400
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

05.11.2026 475
.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

05.11.2026 412
.

Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark

05.11.2026 264
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində

05.11.2026 406
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 308
.