Britaniyadan Ukraynaya 130 milyon hərbi yardım - HHM sistemləri verilir

Britaniyadan Ukraynaya 130 milyon hərbi yardım - HHM sistemləri verilirBöyük Britaniya hökuməti yaxınlaşan qış mövsümü ərəfəsində Ukraynaya 100 milyon funt sterling (təxminən 130 milyon dollar) dəyərində yeni hərbi yardım paketinin ayrıldığını elan edib. Bu barədə Britaniya Müdafiə Nazirliyinin və nazir Ues Stritinqin (Wes Streeting) sentyabrın 8-də yaydığı rəsmi bəyanatda bildirilir.

Yardım paketinin əsas məqsədi Ukraynanın mülki infrastruktur obyektlərini və energetika sistemini Rusiyanın gözlənilən hava zərbələrindən qorumaqdır. Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, yeni dəstək çərçivəsində Kiyevə aşağıdakı hərbi sursat və texnikalar göndəriləcək:

Ukrayna rəhbərliyinin son zamanlar müttəfiqlərindən təcili tələb etdiyi "Patriot" hava hücumundan müdafiə raketləri;

-Artilleriya mərmiləri, böyük kalibrli sursatlar;

-Müxtəlif tipli pilotsuz uçuş aparatları;

-Səma hücumundan müdafiə vasitələri: Müxtəlif tipli raket tutucuları.

Xüsusilə vurğulanır ki, silahlar Ukraynanın tərəfdaşları tərəfindən ABŞ-dən satınalmaları nəzərdə tutan PURL mexanizmi vasitəsilə əldə ediləcək və sursatlar hava soyuyana qədər Ukraynaya çatdırılacaq.

Britaniyanın müdafiə naziri Ues Stritinq bildirib ki, London Ukraynanın qış aylarında üzləşə biləcəyi kritik təhlükələri dəqiq qiymətləndirir: "Həm Baş nazir, həm də mən Kiyevə ilk səfərlərimiz zamanı bu qış Ukraynaya dəstək verməyin nə qədər həyati əhəmiyyət kəsb etdiyini aydın dərk etdik. Putin mülki obyektlərə və energetika infrastrukturlarına barbarcasına hücumlarını davam etdirərək qışı yenidən silah kimi istifadə etməyə hazırlaşır".

Qeyd edək ki, Ues Stritinq sentyabrın 8-də Ukraynaya Dəstək üzrə Kontakt Qrupunun ("Ramştayn" formatı) distant formatda keçirilən 36-cı iclasına həmsədrlik edir. İclasda 50-yə yaxın ölkənin nümayəndəsi iştirak edir. Bir gün əvvəl isə analoji hərbi yardım məsələləri Brüsseldə Ukrayna-NATO Şurasının iclasında müzakirə olunub.

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 7-də "Axios" nəşrinə verdiyi müsahibədə Rusiyanın qış aylarında ölkənin energetika sisteminə zərbələri artıraraq Ukraynanı "sındırmağa" çalışacağını bildirib. Kiyev xüsusilə balistik raketləri dəf edə biləcək müasir HHM sistemlərinin təcili çatdırılması üçün Qərb müttəfiqlərinə müraciətlərini davam etdirir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 771   Tarix: 08 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi

10:13 52
.

Ronaldo karyerasını başa vurdu

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i

05.11.2026 368
.

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli

05.11.2026 330
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

05.11.2026 400
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

05.11.2026 475
.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

05.11.2026 412
.

Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark

05.11.2026 264
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində

05.11.2026 406
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 308
.