İltihabla mübarizə aparan 8 çay növü - Diyetoloqların seçimi
Xroniki iltihab diabet, ürək-damar xəstəlikləri və artritlə əlaqələndirilir. Diyetoloq Bonni Taub-Diks "Good Housekeeping"ə açıqlamasında bildirib ki, adi bir fincan çay tərkibindəki faydalı maddələr sayəsində sağlamlığı dəstəkləməyin sadə və dadlı üsuluna çevrilə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Good Housekeeping" yazıb.
Bunun əsas səbəbi çay yarpaqlarında olan polifenollardır. Bunlar hüceyrələri iltihabi proseslərdən qoruyan təbii birləşmələrdir. Lakin dietoloq xəbərdarlıq edir ki, qida rasionunun qalan hissəsi şirin, yağlı və duzlu məhsullardan ibarətdirsə, yuxu və fiziki aktivlik kifayət qədər deyilsə, heç bir möcüzəvi içki təkbaşına effekt verməyəcək.
Mütəxəssislər oxşar xüsusiyyətlərə malik səkkiz çay növünü sadalayıblar.
Yaşıl çay
Ən məşhur "sağlamlıq çayı" katexin EGCG ilə zəngindir. Dietoloq Alisa Paçekonun sözlərinə görə, bu maddə "iltihabı azaltmaqda təsirlidir". Lakin çayı ölçülü şəkildə içmək tövsiyə olunur.
Sarıkök çayı ("qızıl süd")
Əsas komponent kurkumindir. Nutrioloq Meri Sabat qeyd edir ki, bu içki iltihabı azaltmağa və artrit əlamətlərini yüngülləşdirməyə kömək edə bilər.
Qara çay
Tərkibində teaflavinlər var. Diyetoloq Syuzan Şaxterin sözlərinə görə, bu maddələr damarların fəaliyyətini yaxşılaşdıraraq ürək sağlamlığını dəstəkləyir. Tərkibində kofein olduğuna görə qara çayı səhərlər içmək daha məqsədəuyğundur.
Zəncəfil çayı
Ənənəvi olaraq mədəni sakitləşdirmək və ürəkbulanmanı azaltmaq üçün istifadə olunur. Araşdırmalar onun antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik olduğunu təsdiqləyir.
Ulunq çayı
Xüsusiyyətlərinə görə yaşıl və qara çayın arasında yer alır. Sabatın sözlərinə görə, bu çay iltihablı vəziyyətlər zamanı ağrı və şişkinliyi azaltmağa kömək edə bilən polifenollarla zəngindir.
Çobanyastığı çayı
Axşam saatları üçün ideal seçimdir: sakitləşdirici təsir göstərir və eyni zamanda, Sabatın sözlərinə görə, iltihabı və həzm sistemi ilə bağlı narahatlığı azaltmağa kömək edir.
Ağ çay
Bütün çay növləri arasında ən az emal olunanlardan biridir. Buna görə də sərbəst radikalları neytrallaşdıran antioksidantların böyük hissəsini qoruyub saxlayır.
Ruybos (qırmızı çay)
Kofein ehtiva etmir və buna görə kofeinə həssas insanlar üçün də uyğundur. Şaxterin sözlərinə görə, ruybos həmçinin təzyiq və xolesterinə təsir göstərərək ürək sağlamlığını dəstəkləyir.
Çayı maksimum fayda ilə necə içmək olar?
Diyetoloqlar şəkərdən uzaq durmağı məsləhət görürlər. Şəkər iltihabı artıran əsas amillərdən biridir. Çaya az miqdarda bitki mənşəli və ya yağsız süd, bir dilim limon əlavə etmək olar. Limonun tərkibindəki C vitamini də antioksidantdır. Təbii şirinlik üçün çaya alma və ya portağal dilimi də əlavə etmək mümkündür.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 430 Tarix: 11 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGözlərə də soyuq olur
Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his
10.10.2026 212 Qadınlarda "supergörmə" geni ola bilər, amma adətən "yatmış vəziyyətdə" qalır
Qadınların 12 faizə qədəri potensial olaraq əlavə rəng reseptoru verən genlərin daşıyıcısı ola bilər. Bu isə onlara digər insanların görə bilmədiyi rəngləri ayırd etmək imkanı verə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Popular Mechanics" məlumat yayıb. İnsanların adi görmə qabiliyyət
22.09.2026 328 Qan təzyiqini və qan laxtalanması riskini azaldan içkinin adı açıqlandı
Zəncəfil çayı qan təzyiqini və qan laxtalanma riskini azaldır. " "ya istinadən xəbər verir ki, Akademik Roytberq Klinikasının qastroenteroloqu Yevgeni Belousov bu barədə məlumat paylaşıb. Onun sözlərinə görə, içki qan təzyiqini aşağı salmağa, qan laxtalarını azaltmağa və qan dövranını yaxşılaşdırmağ
29.09.2026 392 Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. Qaynarinfo xəbər veri
07.10.2026 420 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu
D vitamini orqanizmdə sümük sağlamlığından immun sisteminin fəaliyyətinə qədər bir sıra mühüm proseslərdə iştirak edir. Lakin bu maddənin qəbulu ilə bağlı cəmiyyətdə hələ də müxtəlif fikirlər mövcuddur. Qaynarinfo xəbər verir ki, endokrinoloq Karin Amrayn D vitamini çatışmazlığı baxımından daha yüksə
23.09.2026 474 Bir çox xəstəliyinizin dərmanıdır
Zəncəfil həm ədviyyat, həm də təbii müalicə vasitəsi kimi uzun illərdir istifadə olunur. Tərkibindəki antioksidant və iltihabəleyhinə maddələr sayəsində orqanizm üçün bir çox faydası var. Axşam.az xəbər verir ki, mütəxəssislər bundan miqdarında istifadə etməyi məsləhət görür. Həzm sistemini yaxşılaşdırı
26.09.2026 283 Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı
"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad
12:00 155 Alimlər beş saniyə qaydasını yoxladı: Hansı qida ən çox bakteriya topladı?
Bir çox insan yerə düşən qidanı məşhur "beş saniyə qaydası"na güvənərək götürüb yeməyə davam edir. Bəs bu qayda həqiqətən işləyirmi? Alimlər bunu eksperiment yolu ilə yoxlamağa qərar veriblər və nəticələr sadəcə "bəli" və ya "xeyr" cavabından daha maraqlı olub. Qaynarinf
29.09.2026 430 Bu xəstəliklər illər sonra XƏRÇƏNGƏ APARIR - DİQQƏT
Dünyada hər il milyonlarla yeni xərçəng hadisəsinin bəzi infeksiyalarla əlaqəli olduğu açıqlanıb. Mütəxəssislər bir sıra infeksiyaların uzunmüddətli davam etdiyi halda müəyyən xərçəng növlərinin yaranma riskini artıra bildiyini bildirirlər. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) 2026-c
04.10.2026 363