"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub.

Panel sessiyada Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Sunniya Durrani-Camal, "Technip Energies", "Limak Holding", "Green Spark" və "Kazakhstan Insulator Plant" şirkətlərinin rəhbər nümayəndələri iştirak ediblər.

Sessiyada kritik xammalın qlobal enerji keçidi, yüksək texnologiyalı sənaye və iqtisadi təhlükəsizlik baxımından artan strateji əhəmiyyəti, dayanıqlı təchizat və emal zəncirlərinin formalaşdırılması, beynəlxalq tərəfdaşlıq və investisiya imkanları müzakirə olunub.

Paneldə çıxış edən ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Azərbaycanın yanaşmasının uzunmüddətli əməkdaşlığa, resurslardan səmərəli istifadəyə və qarşılıqlı faydaya əsaslandığını bildirib. O qeyd edib ki, "Azərbaycan 2030" Milli Prioritetləri çərçivəsində dairəvi iqtisadiyyata əsaslanan biznes modellərinin inkişafı, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və mineral ehtiyatların səmərəli dövriyyəyə cəlb edilməsi əsas hədəflərdəndir. Nazir, həmçinin Kiçik Qafqaz, Naxçıvan və Balakən-Zaqatala bölgələrinin kritik mineral potensial baxımından əhəmiyyətini və layihələrdə ekoloji tələblərin nəzərə alınmasının vacibliyini vurğulayıb.

"AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov kritik mineralların artıq yalnız dağ-mədən sənayesinin deyil, qlobal iqtisadi təhlükəsizliyin də mühüm elementinə çevrildiyini bildirib. Onun sözlərinə görə, enerji keçidi, rəqəmsal texnologiyalar və süni intellektin inkişafı metallara tələbatı artırır, geosiyasi proseslər isə təchizat zəncirlərinin dayanıqlılığını daha da aktuallaşdırır.

Zakir İbrahimov qeyd edib ki, bu baxımdan əsas məsələ yalnız resursların mövcudluğu deyil, onların harada emal edilə bilməsi və dünya bazarlarına təhlükəsiz və etibarlı şəkildə çatdırılmasıdır. O, Azərbaycanın zəngin mineral resursları, enerji və sənaye infrastrukturu, eləcə də Mərkəzi Asiyanı Avropa və qlobal bazarlarla birləşdirən Orta Dəhliz üzərində yerləşməsi ilə bu sahədə mühüm imkanlara malik olduğunu vurğulayıb.

İdarə Heyətinin sədri Filizçay polimetal yatağını nümunə göstərərək, yatağın zəngin sink, qurğuşun və mis resurslarına malik olduğunu və belə layihələrin Azərbaycanın regional təchizat zəncirlərində rolunu gücləndirə biləcəyini qeyd edib.

Zakir İbrahimov, həmçinin Ələt Kritik Minerallar Mərkəzinin inkişafı istiqamətində aparılan işlərə toxunaraq, təşəbbüsün Azərbaycanın mineral resurslarını və emal imkanlarını Mərkəzi Asiya resursları ilə birləşdirərək Avropa və digər qlobal bazarlara çıxış imkanlarını genişləndirə biləcəyini bildirib.

Beynəlxalq tərəfdaşlığın əhəmiyyətinə diqqət çəkən Zakir İbrahimov "AzerGold" QSC ilə Birləşmiş Ərəb Əmirliklərinin "International Resources Holding" şirkəti arasında Naxçıvanda həyata keçirilən əməkdaşlığı nümunə göstərib. O bildirib ki, əməkdaşlıq çərçivəsində kritik metalların da daxil olduğu mineral-xammal potensialının öyrənilməsi və perspektivli faydalı qazıntı yataqlarının müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Panel sessiyası sual-cavab formatında davam edib. Müzakirələr zamanı kritik xammalın iqtisadi təhlükəsizlik baxımından əhəmiyyəti, dayanıqlı təchizat zəncirlərinin formalaşdırılması, mineral resursların məsuliyyətli mənimsənilməsi, emal imkanlarının genişləndirilməsi və beynəlxalq əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 196   Tarix: 26 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan mebel idxalına çəkdiyi xərci 20 %-ə yaxın azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 80 milyon 89,14 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin 8 ayı ilə müqayisədə 19 milyon 602 min ABŞ dolları və yaxud 19,7 % azdır. Ötən dövr ərzind

20:45 46
.

İtkin düşən 5 nəfər ötən gün tapılıb

İtkin düşən 5 nəfər ötən gün tapılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirib ki, sentyabrın 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfə

20:30 66
.

"İstəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək"

"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik". "Qafqazinfo" xəbər verir ki, bunu Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə deyib. Azərbaycanın neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, gübrələ

12:59 150
.

"Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir" - Video

"İndi dünyada digər önəmli amil təhlükəsizlikdir. Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir". "Qafqazinfo" xəbər verir ki, bu fikriləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib. "Bizdə kriminogen vəziyyə

12:54 166
.

İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO+YENİLƏNİB

Sentyabrın 26-da Bakı şəhər halqasında "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışı keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı izləyiblər. Qeyd edək ki, "Formula-1"

19:33 195
.

Laçında traktor minaya düşdü

İşğaldan azad edilmiş Laçın rayonunun Fingə kəndi ərazisində sentyabrın 25-də mina partlayışı hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb

13:22 172
.

Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqladı

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə investorlar üçün Azərbaycanda maraq doğuran məqamları açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib:. "Transmilli maraqlara xidmət edən infrastruktur. İlk növbədə

12:47 178
.

Prezidentin sosial media hesablarında "Formula-1"ə dair videoçarx paylaşılıb - VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Bakıda keçirilən "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışını izləməsi ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ xəbər verir ki, paylaşımda deyilir:. "Sentyabrın 26-da Bakı şəhər halqasında "Formula-1" Azərbaycan Qran-prisini

20:25 94
.

Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək

"Bakı şəhəri 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək". BİG.AZ "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, bu, rəqabətədavaml

20:00 95
.