2027-ci ildə tətil üçün dünyanın ən yaxşı yerləri açıqlandı (SİYAHI)

2027-ci ildə tətil üçün dünyanın ən yaxşı yerləri açıqlandı (SİYAHI)Dünyanın ən böyük səyahət nəşriyyatlarından biri olan "Lonely Planet" ənənəvi olaraq payız aylarında növbəti il ziyarət edilməyə dəyər ən yaxşı məkanların siyahısını hazırlayır.

Qaynarinfo xəbər verir ki, bu il "Best in Travel list 2027" siyahısında dünyanın müxtəlif yerlərindən 50 istiqamət yer alıb.

"Hər il özümüzə sual veririk: növbəti dəfə hara səyahət edək? Bu dəfə cavab bizi planetin 50 fərqli guşəsinə aparır: Venetodakı möhtəşəm dağ silsilələrinə, vulkanik mənzərələri ilə seçilən Montserrat sahillərinə, Avstraliyanın Qırmızı Mərkəzinə, Qucaratın duz düzənliklərinə və bir çox başqa məkana", deyə siyahının müəllifləri bildiriblər.

Onların sözlərinə görə, siyahı nəşriyyatın müəlliflərinin şəxsi təcrübəsi əsasında hazırlanıb. Müəlliflər bu məkanlarda olublar, onları öz gözləri ilə görüblər və digər səyahətçilərə tövsiyə etmək üçün kifayət qədər əsas əldə ediblər.

Avropada 2027-ci il üçün tövsiyə olunan istiqamətlər

"Lonely Planet" 2027-ci ildə Avropada aşağıdakı istiqamətlərə diqqət yetirməyi tövsiyə edir:

* Veneto regionu, İtaliya;
* Skener-med-Falsterbu şəhəri, İsveç;
* Killarni fiyordu, İrlandiya;
* Leon şəhəri, İspaniya;
* Dessau şəhəri, Almaniya;
* Napoleon yolu, Fransa;
* Şibenik şəhəri, Xorvatiya;
* Egey dənizi, Yunanıstan;
* Lipari adaları, İtaliya;
* Müqəddəs Katbert yolu, Böyük Britaniya.

Digər tövsiyə olunan istiqamətlər

Reytinqin müəllifləri gələn il Avstraliyanın Qırmızı Mərkəzini, Kanadadakı Şahzadə Eduard adasını, ABŞ-ın Nyu-Meksiko ştatını, Argentinanın Bariloçe şəhərini və Göllər diyarını, Nikaraquanın Qranada şəhərini, Keniyanın Tsavo-Şərq və Tsavo-Qərb milli parklarını, Meksikanın Qvadalupe vadisini, Hindistanın Darciliq şəhərini, Vyetnamın Dananq şəhərini, Yaponiyanın Tohoku regionunu, Antarktida yarımadasını, Tanzaniyanın Qombe-Strim Milli Parkını və bir sıra digər istiqamətləri də ziyarət etməyi tövsiyə edirlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 118   Tarix: 25 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Miri Yusif "Tanrı"nı təqdim etdi

Xalq artisti Miri Yusif "Tanrı" adlı yeni sinqlını təqdim edib. xəbər verir ki, sənətçinin yeni layihəsi fərqli musiqi üslubu, düşündürücü sözləri və duyğusal ab-havası ilə diqqət çəkib. Mahnının musiqisi Miri Yusifə, sözləri isə Abbas İsmayılova (Asoundady) məxsusdur. Sinqlın aranjimanın

25.09.2026 190
.

Məktəblərdə bullinqə qarşı hansı hüquqi mexanizmlər var? - VƏKİLDƏN AÇIQLAMA

Məktəbdə bullinq yalnız şagirdlər arasında yaranan mübahisə kimi qiymətləndirilmir. Davamlı təzyiq, aqressiv davranış, fiziki və psixoloji zorakılıq uşağın hüquqlarının pozulmasına səbəb ola bilər. Azərbaycan qanunvericiliyində isə belə halların qarşısının alınması və uşağın müdafiəsi üçün məktəblərin

25.09.2026 207
.

Tramp Szinpinə bunu hədiyyə etdi

ABŞ Prezidenti Donald Tramp Çin sədri Si Szinpinə ABŞ-ın simvollarından biri olan ağbaş qartal heykəlini hədiyyə edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Dünyanın ən görkəmli heykəltəraşı tərəfindən hazırlanmış hədiyyəni Çin Xalq Respublikasının sədri Si Szinpinə təqdim etmək mənim üçü

25.09.2026 105
.

İlham Əliyev onları təltif etdi - Siyahı

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Xüsusi Rabitə və İnformasiy

25.09.2026 318
.

"Mehdi" adlı it mətni etiraz doğurdu: Tədris vəsaitinə kim nəzarət edir?

"Nadanlığın da bir həddi var, məsuliyyətsizliyin də. Xüsusilə söhbət uşaqlar üçün hazırlanmış tədris vəsaitindən gedirsə, bu hədd daha da aydın olmalıdır. Amma görünür, bizdə bəziləri üçün kitab yazmaq və çap etmək o qədər adiləşib ki, artıq orada hansı sözün, hansı adın və hansı mənanın yer aldığın

25.09.2026 250
.

Bakıya gətirmək istədiyi 10 milyon əlindən alındı - Azərbaycanlı qadına qarşı QAÇAQMALÇILIQ İDDİASI

Rusiyada külli miqdarda valyuta qaçaqmalçılığında ittiham olunan qadına hökm oxunub. yerli mediaya istinadla bildirir ki, proses Yekaterinburqun Oktyabrski Rayon Məhkəməsində keçirilib. Hakim heyəti Samara vilayətinin sakini Lyubov Əsədullayevaya 10,4 milyon rublun qaçaqmalçılığına görə bir il müddətin

25.09.2026 235
.

Süni intellektlə bağlı yeni təhlükə: qanunlarda dəyişiklik gündəmə gəldi

Süni intellekt sistemlərinin getdikcə daha çox müstəqil qərarlar qəbul etməsi hüquqi məsuliyyət məsələsini də ön plana çıxarır. Avstraliyada süni intellekt agentinin dövlət səhiyyə sisteminə aid məlumat bazasına müdaxiləsi ilə bağlı yaranan vəziyyət ölkənin mövcud qanunvericiliyinin bu cür hallara n

25.09.2026 198
.

AB Çindən günəş enerjisi avadanlığına yeni məhdudiyyət qoyur

Avropa Komissiyası AB maliyyəsi hesabına həyata keçirilən enerji layihələrində Çin istehsalı günəş invertorlarından istifadədən imtina müddətini uzatmayıb. Euronewsun məlumatına görə, yeni qaydalar noyabrın 1-dən qüvvəyə minəcək. İnvertorlar günəş panellərinin istehsal etdiyi elektrik enerjisinin şəbəkəd

25.09.2026 175
.

Slovakiya liderinə ölüm təhdidləri ünvanlanıb

Slovakiyanın Baş naziri Robert Fitsoya və onun qohumlarına qarşı təhdidlər ünvanlanıb. Bu barədə DennikN xəbər portalı Slovakiya hökumətinin aparatına istinadən məlumat yayıb. Məlumata görə, təhdidlər anonim xarakter daşıyır. "Daxil olmuş təhdidlərin məzmunu və onların təhlili ilə müvafiq qurumla

25.09.2026 109
.