Məktəblərin maliyyələşməsində YENİ DÖVR: Prezidentdən mühüm FƏRMAN - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərin maliyyələşməsində YENİ DÖVR: Prezidentdən mühüm FƏRMAN - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMADövlət məktəblərinin maliyyələşdirilməsində yeni mərhələ başlayır. Prezident İlham Əliyevin imzaladığı yeni Fərmanla 2026-2027-ci tədris ilindən etibarən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsinin mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsi nəzərdə tutulub. Yeni mexanizm çərçivəsində məktəblərdə hər bir təhsilalana düşən illik təhsil xərcləri hesablanacaq və ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalları tətbiq ediləcək.

Nazirlər Kabinetinə isə bu maliyyələşdirmənin qaydalarını və hər bir şagirdə düşən illik xərcin məbləğini müəyyənləşdirmək tapşırılıb. Bəs adambaşına maliyyələşdirmə sistemi məktəblərin maliyyə imkanlarına və şagirdlərin təhsil şəraitinə necə təsir göstərəcək?
Məktəblərin maliyyələşməsində YENİ DÖVR: Prezidentdən mühüm FƏRMAN - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Əlmusa Atamaliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, prezidentin məktəblərin maliyyələşdirilməsi ilə bağlı imzaladığı fərman təhsil sistemi baxımından kifayət qədər ciddi yenilikdir. Burada xüsusilə diqqət çəkən məqam məktəblərin maliyyələşdirilməsində adambaşına maliyyələşmə prinsipinə keçidin nəzərdə tutulmasıdır.

Əslində, bu dəyişiklik məktəblərin maliyyələşdirilməsinə yanaşmanın dəyişməsi deməkdir. Sadə şəkildə desək, bundan sonra məktəbdə neçə şagirdin təhsil alması maliyyələşmənin müəyyənləşdirilməsində daha əsas göstəricilərdən biri olacaq.

Mən burada müsbət tərəf görürəm. Çünki 300 şagirdi olan məktəblə 1500 şagirdi olan məktəbin ehtiyacı təbii ki, eyni deyil. Şagird sayı artdıqca məktəbin bir çox xərcləri də artır. Ona görə də maliyyələşmənin şagird sayına əsaslanması müəyyən mənada daha real ehtiyaclara uyğun yanaşma yarada bilər.

Bu sistemin başqa bir maraqlı tərəfi də odur ki, artıq şagird məktəb üçün yalnız təhsilalan deyil, müəyyən mənada məktəbin maliyyə imkanlarına təsir edən dəyərə çevrilir. Bu da məktəbləri şagird cəlb etmək üçün öz imkanlarını, tədris mühitini və təklif etdiyi təhsil imkanlarını yaxşılaşdırmağa sövq edə bilər. Yəni məktəblər arasında sağlam və müsbət rəqabətin yaranması mümkündür. Şagirdlərin bir məktəbdən digərinə keçidinə də məktəblər əvvəlkindən daha ciddi yanaşa bilərlər. Məktəb rəhbərliyi şagirdin niyə başqa məktəbə getdiyini, nə üçün həmin məktəbi seçdiyini daha çox düşünməli olacaq. Çünki hər bir şagirdin məktəbin maliyyə imkanlarının və maddi-texniki bazasının formalaşmasında müəyyən payı olacaq.

Amma bir məsələni də nəzərdən qaçırmaq olmaz. Bütün məktəblər eyni şəraitdə deyil. Məsələn, Bakıda yerləşən böyük bir məktəblə Kürdəmir rayonu Sığırlı kəndində yerləşən məktəbin xərclərini eyni meyarla hesablamaq düzgün olmaz. Buna görə də fərmanda müxtəlif təhsil səviyyələri və məktəblərin növləri üzrə artım əmsallarının tətbiqi nəzərdə tutulur. Məncə, bu hissə xüsusilə vacibdir.
İndi əsas məsələ həmin sistemin praktikada necə işləyəcəyidir. Yəni bir şagird üçün nə qədər vəsait ayrılacaq, hansı məktəbə hansı əmsal tətbiq olunacaq, bu vəsait hansı xərcləri əhatə edəcək - bütün bunlar növbəti mərhələdə daha aydın olacaq.

Burada mənim üçün ən vacib məsələ yalnız məktəblərə nə qədər pul ayrılması deyil. Əsas məsələ həmin pulun hara xərclənməsidir. Ayrılan vəsait məktəbin maddi-texniki bazasına, tədris imkanlarına, şagirdlərin və müəllimlərin şəraitinə real şəkildə təsir etməlidir.

Əgər məktəbə əlavə maliyyə ayrılırsa, bunun nəticəsini də görməliyik. Məsələn, məktəbdə hansısa problem həll olunur, tədris üçün yeni imkan yaranır, maddi-texniki baza yaxşılaşır. Yəni vəsait sadəcə ayrılmış rəqəm kimi qalmamalıdır.

Digər tərəfdən, məktəblərin maliyyə imkanlarının artırılması onların məsuliyyətini də artırmalıdır. Məktəb rəhbərliyi ayrılan vəsaitdən necə istifadə etdiyini əsaslandırmağı bacarmalıdır. Burada şəffaflıq və nəzarət məsələsi də kifayət qədər önəmlidir.

Mən hesab edirəm ki, hazırda bu fərmana yalnız "məktəblərə daha çox pul veriləcək" kimi yanaşmaq düzgün deyil. Əsas dəyişiklik maliyyələşmə mexanizminin özündədir. Bu mexanizmin necə işləyəcəyini isə Nazirlər Kabinetinin müəyyən edəcəyi qaydalar və konkret maliyyə göstəriciləri göstərəcək.

Ümumilikdə, bu dəyişiklik məktəblərin real ehtiyaclarının daha dəqiq nəzərə alınmasına və məktəblər arasında sağlam rəqabətin yaranmasına imkan verə bilər. Amma nəticəni indidən deməkdənsə, sistemin necə tətbiq olunmasını və məktəblərə praktikada nə verdiyini görmək daha doğru olar.

Əsas gözləntimiz odur ki, yeni maliyyələşmə mexanizmi sonda şagirdə və təhsilin keyfiyyətinə real fayda versin. Çünki istənilən maliyyə modelinin əsas nəticəsi məktəbdə yaradılan təhsil imkanlarında özünü göstərməlidir.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 216   Tarix: 25 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ermənistanın NATO standartlarına keçidi böyük xərc tələb edəcək

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini, ordu generalı Oleq Salyukov mediaya açıqlamasında Ermənistan ordusunun NATO standartlarına keçidi ilə bağlı bəyanatların hazırda deklarativ xarakter daşıdığını bildirib. xəbər verir ki, Rusiya hərbi iqtisadçılarının fikrincə, belə bir proses xeyli maliyy

11:04 147
.

Prezident Kobaxidzeyə zəng etdi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev İrakli Kobaxidzeni ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində uğurlar

12:23 161
.

Məktəblərin maliyyələşməsində YENİ DÖVR: Prezidentdən mühüm FƏRMAN - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Dövlət məktəblərinin maliyyələşdirilməsində yeni mərhələ başlayır. Prezident İlham Əliyevin imzaladığı yeni Fərmanla 2026-2027-ci tədris ilindən etibarən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsinin mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyat

11:04 215
.

Təhsilin Rəqəmsal Transformasiyası: Robotlar və Süni İntellekt - İnkişaf, yoxsa İnsan Faktorunun İtirilməsi?

"Müasir dövrdə texnoloji inqilab təhsilin fundamental prinsiplərinə də ciddi təsir göstərir. Özəl məktəblərdə robotların müəllim funksiyasını yerinə yetirməsi və dərslərin süni intellekt vasitəsilə fərdiləşdirilməsi artıq uzaq gələcəyin fantastik ssenarisi deyil. Bu istiqamətdə atılan addımlar təhsili

14:24 225
.

Bank kartlarının sayına limit qoyuldu: Səbəbi nədir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda bank kartlarının sayına tətbiq edilən məhdudiyyət ictimaiyyətin diqqətini çəkib. Yeni yanaşmaya əsasən, müəyyən istisnalar nəzərə alınmaqla, vətəndaşa eyni bankda eyni kart məhsulu üzrə milli valyutada bir ödəniş kartının təqdim edilməsi nəzərdə tutulur. Xarici valyuta üzrə də ayrıca kar

11:53 248
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

11:09 146
.

Şənbə günü hava necə olacaq?

Sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi il

12:55 184
.

Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı

Bakıda keçirilən Formula 2 yarışında ağır qəza baş verib. "Qafqazinfo"nun məlumatına görə, bir neçə bolid bir-birinə dəyib. Hazırda yarış dayandırılıb

15:07 231
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən P.C (ad-soyad şərti verilib - red.) vətəndaş bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşı

17:02 171
.