Bank kartlarının sayına limit qoyuldu: Səbəbi nədir? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda bank kartlarının sayına tətbiq edilən məhdudiyyət ictimaiyyətin diqqətini çəkib. Yeni yanaşmaya əsasən, müəyyən istisnalar nəzərə alınmaqla, vətəndaşa eyni bankda eyni kart məhsulu üzrə milli valyutada bir ödəniş kartının təqdim edilməsi nəzərdə tutulur. Xarici valyuta üzrə də ayrıca kart əldə etmək mümkündür.
Bununla belə, bank müştərinin əlavə karta real ehtiyacını əsaslandırdığı və əməliyyatların qanuni məqsədlə həyata keçirildiyinə əmin olduğu halda əlavə kart təqdim edə bilər. Bəs kartların sayına məhdudiyyət qoyulmasının əsas səbəbi nədir və bu yanaşma vətəndaşların gündəlik maliyyə əməliyyatlarına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, bank kartlarına tətbiq edilən bu yanaşmanın əsas səbəbi kartların sayını kütləvi şəkildə azaltmaq deyil, maliyyə və əməliyyat risklərini idarə etməkdir. Onun sözlərinə görə, Azərbaycan Banklar Assosiasiyasının açıqlamasına görə, məqsəd ödəniş sistemində təhlükəsizliyi və dayanıqlılığı artırmaq, kartların qeyri-qanuni məqsədlərlə istifadəsi riskini azaltmaqdır: "Burada əsas narahatlıqlardan biri eyni şəxsin ehtiyacdan artıq sayda kart hesabına malik olması və həmin kartların müxtəlif maliyyə əməliyyatlarında istifadəsidir. Ona görə banklar müştərinin kartdan istifadə məqsədini, əməliyyatlarının müştəri profili ilə uyğunluğunu və qeyri-qanuni fəaliyyət riskinin olub-olmamasını nəzərə alacaqlar. Əlavə karta real ehtiyac əsaslandırılarsa, bank onu təqdim edə bilər.
Yəni söhbət adi vətəndaşın "çox kartı varsa, hamısı bağlanacaq" prinsipi ilə məhdudlaşdırılmasından getmir. Əsas yanaşma kartların sayından çox, onların necə və hansı məqsədlə istifadə edilməsinə nəzarətin gücləndirilməsidir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 254 Tarix: 25 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608