İlham Əliyev Forum iştirakçılarına müraciət etdi - Yenilənib

İlham Əliyev Forum iştirakçılarına müraciət etdi - YenilənibPrezident İlham Əliyev bu gün Bakıda öz işinə başlayan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

"Qafqazinfo" xəbər verir ki, dövlət başçısının müraciətini Baş nazirin müavini Samir Şərifov səsləndirib.

***

Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətində deyilir:

"Hörmətli Forum iştirakçıları!

Sizi 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səmimi-qəlbdən salamlayıram.

Bu Forumun dünyanın müxtəlif ölkələrindən hökumətləri, beynəlxalq təşkilatları, maliyyə institutlarını, aparıcı şirkətləri, investorları və biznes dairələrini bir daha Bakıda bir araya gətirməsi dərin məmnunluq doğurur.

Builki Forumun mövzusu - "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal əlaqəliliyin və investisiya sabitliyinin dayağı kimi" - bu gün xüsusilə aktualdır. Qlobal iqtisadi münasibətlər sürətlə dəyişir, təchizat zəncirləri yenidən formalaşır, yeni nəqliyyat, enerji və texnoloji əlaqələr yaranır. Belə bir şəraitdə sabitlik, əlaqəlilik və etibarlı tərəfdaşlıqlar investisiyalar üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir. Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional əməkdaşlıq, əlaqəlilik, ticarət və investisiyalar üçün yeni imkanlar yaradır, eyni zamanda daha dərin iqtisadi inteqrasiyaya və diversifikasiyaya dəstək verir.

Azərbaycan iqtisadiyyatı qlobal qeyri-müəyyənlik və geosiyasi çağırışlar fonunda yüksək dayanıqlıq nümayiş etdirmişdir. İqtisadiyyatın şaxələndirilməsi strateji hədəflərimizin əsasını təşkil edir və qeyri-neft sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilmişdir. 2020-ci ildən etibarən qeyri-neft sektorunda real ÜDM artımı orta hesabla ildə 5 faiz təşkil etmiş, qeyri-neft sənayesi 1,5 dəfə artmış, qeyri-neft ixracı isə təxminən iki dəfə yüksəlmişdir. Nəticədə 2025-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 72 faizə çatmışdır.

Bu dinamika sabit və proqnozlaşdırıla bilən biznes mühitinə əsaslanır. Ölkəmizdə təmin edilmiş makroiqtisadi sabitlik, investisiyaların qorunması və əlverişli sahibkarlıq mühiti investorların uzunmüddətli etimadı üçün möhkəm zəmin yaradır. Azərbaycanın strateji coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, iqtisadi zonalarda yaradılmış müasir infrastruktur, vergi və gömrük güzəştləri, habelə dövlət-özəl tərəfdaşlığı mexanizmləri və tərəfdaş ölkələrlə təsis edilmiş birgə investisiya fondları investorlara dayanıqlı layihələrdə iştirak etmək və bütün regiona texnologiya, kapital və təcrübə gətirən tərəfdaşlıqlar qurmaq üçün geniş imkanlar açır.

Ölkəmizin qlobal strateji tərəfdaşlıqları və qeyri-neft sektoruna artan xarici investisiyalar emal sənayesi, ticarət, enerji, rəqəmsal transformasiya, süni intellekt və qabaqcıl texnologiyalar kimi sahələrdə qlobal dəyər zəncirlərinə daha dərin inteqrasiyaya yol açır.

Bu müsbət meyillər beynəlxalq reytinq agentlikləri tərəfindən də etiraf olunmuşdur. "Fitch" və "Moody's" agentlikləri Azərbaycanın suveren kredit reytinqlərini investisiya səviyyəsinə yüksəltmiş, növbəti dövr üzrə proqnozu müvafiq olaraq "sabit" və "müsbət" kimi qiymətləndirmişdir. Maliyyə dayanıqlığımız 2025-ci ilin sonunda ÜDM-in 110 faizini ötmüş strateji valyuta ehtiyatlarımızla da bir daha təsdiqlənir.

Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilmişdir. Orta Dəhliz Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirir; formalaşmaqda olan Zəngəzur dəhlizi - TRIPP əlaqəlilik marşrutu kimi də tanınır - isə Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək və bütün Avrasiya məkanında ticarət, investisiya və sənaye əməkdaşlığı üçün yeni imkanlar yaradacaqdır.

Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır. Baxışımız enerji təchizatından kənara çıxaraq yaşıl enerji dəhlizlərinin inkişafını da əhatə edir ki, bu da bərpa olunan enerjinin regional bazarlara inteqrasiyasına və Azərbaycan, geniş Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa arasında əlaqəliliyin möhkəmlənməsinə imkan verir.

Ənənəvi enerji sektoru ilə yanaşı, Azərbaycan emal sənayesi, nəqliyyat və logistika, bərpa olunan enerji, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı və qida emalı, turizm, infrastruktur və digər yüksək əlavə dəyərli sahələrdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yaranan bərpa və inkişaf imkanları da daxil olmaqla, mühüm imkanlar təklif edir. Qabaqcıl texnologiyalar gətirən, məhsuldarlığı artıran, ixtisaslı iş yerləri yaradan və regional və qlobal dəyər zəncirlərinə inteqrasiyamızı gücləndirən layihələrə xüsusi önəm verilir.

Müasir infrastruktur, sənaye parkları, Ələt Azad İqtisadi Zonası və dövlət-özəl tərəfdaşlığı mexanizmləri belə əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Biz bu alətləri təkmilləşdirməyə və investorlara uzunmüddətli layihələri əminliklə həyata keçirməyə imkan verən şərait yaratmağa davam edəcəyik.

İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır. Biz texnologiyanı, təcrübəni, innovasiyanı və yeni bazarlara çıxışı yüksək qiymətləndirir, investorlar üçün dayanıqlı dəyər yaradan, eyni zamanda Azərbaycan iqtisadiyyatının modernləşməsini və rəqabətqabiliyyətliliyini gücləndirən tərəfdaşlıqlara üstünlük veririk. 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bu tərəfdaşlıqların inkişafı üçün mühüm platformadır.

1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun nəticələri Azərbaycana artan marağı aydın şəkildə nümayiş etdirdi. Ötən il ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanmış, bunun 7 milyarddan çoxu qeyri-neft sektorunun payına düşmüşdür.

Bu il iştirakçıların coğrafiyası daha da genişlənmiş, beynəlxalq institutlar, investorlar və aparıcı şirkətlər daha geniş şəkildə təmsil olunmuşdur ki, bu da həm Azərbaycana olan etimadı, həm də geniş regionun artan iqtisadi əhəmiyyətini əks etdirir. Ümid edirəm ki, 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə mühüm investisiya layihələrinə start veriləcəkdir.

Əminəm ki, Bakıdakı müzakirələr konkret təşəbbüslərə və uzunmüddətli əməkdaşlığa təkan verəcək, regionda iqtisadi əlaqələrin möhkəmlənməsinə, əlaqəliliyin artmasına və ümumi rifaha töhfə verəcəkdir.

2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna uğurlar, bütün iştirakçılara səmərəli müzakirələr və qarşılıqlı faydalı tərəfdaşlıqlar arzulayıram".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 300   Tarix: 25 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.