Qarabağa qayıdışdan Böyük Qayıdışa: Zəfərin 6 ili

Qarabağa qayıdışdan Böyük Qayıdışa: Zəfərin 6 ili2012-ci ildə daim oxuduğum qəzetlərdən birində belə bir başlığa rast gəlmişdim: "Biz Qarabağa qayıdacağıq!". 2020-ci ilin payızında isə Azərbaycan xalqı qürurla "Qarabağ, biz qayıtdıq!", "Qarabağ, sən azadsan!" dedi.

Bir atalar sözü var: "Özgə atına minən tez düşər". Özgə torpağında hökmranlıq etmək, yurd-yuva qurmaq, ondan bəhrələnmək də uzunmüddətli ola bilməz. İşğalçılıq siyasəti ilə başqalarının torpaqlarını mənimsəmək, özgə Vətənində özünə məskən salmaq istəyənlərin aqibəti tarixə qanlı səhifələrlə yazılıb.

27 sentyabr 2020-ci il tarixi də Qarabağı işğal altında saxlayan Ermənistan üçün dönüş nöqtəsinə çevrildi. Həmin gün yeni əraziləri zəbt etmək məqsədilə Azərbaycan mövqelərinə hücumların başlaması 44 günlük Vətən müharibəsinin başlanmasına səbəb oldu.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsindən əvvəl çıxışlarının birində Azərbaycanın güclü dövlət və güclü Orduya malik olduğunu, Silahlı Qüvvələrin istənilən vaxt işğal edilmiş əraziləri azad etmək imkanında olduğunu bildirmişdi. O, məsələnin sülh yolu ilə həllinə üstünlük verildiyini, əsas məqsədin qan tökülməsinin qarşısını almaq olduğunu vurğulayaraq Qarabağ məsələsinin Azərbaycan üçün milli və tarixi əhəmiyyət daşıdığını qeyd etmişdi.

Bu mövqe Azərbaycanın uzun illər ərzində sülh yolu ilə həllə üstünlük verdiyini göstərirdi. Lakin 27 sentyabr 2020-ci ildə başlayan hərbi əməliyyatlar yeni mərhələnin başlanmasına səbəb oldu.

Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatı başlaması 44 günlük Vətən müharibəsinə yol açdı. Xalq və dövlət birliyi, Ordunun döyüş qabiliyyəti nəticəsində işğal altında olan ərazilərin böyük hissəsi azad edildi. Azərbaycan bayrağı Qarabağın şəhər, qəsəbə və kəndlərində yenidən dalğalanmağa başladı.

Üçrəngli bayrağımız bu gün sanki daha böyük qürurla göz önündədir. Bunun əsas səbəblərindən biri xalqımızın yaşadığı tarixi Zəfərdir. Azərbaycan xalqı uzun illər ərzində pozulmuş hüquqlarının və ərazi bütövlüyünün bərpasına nail oldu. 27 ildən artıq davam edən işğalın başa çatması Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcını qoydu.

Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan ərazilərinin işğal olunması xalqımızın yaddaşında ağır izlər buraxmışdı. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra isə ölkənin siyasi, iqtisadi və hərbi imkanlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Azərbaycan məhz bu mərhələdə inkişaf və güclənmə yoluna qədəm qoydu.

İkinci Qarabağ müharibəsində əldə olunan Zəfər Azərbaycan xalqının və dövlətinin birliyini nümayiş etdirdi. Müharibədən sonra ölkə qarşısında yeni mərhələ - işğaldan azad edilmiş ərazilərin bərpası və quruculuğu dövrü başladı.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan ərazi bütövlüyünü bərpa edib, sərhədlərinə çıxıb və quruculuq işlərinə başlayıb.

Bu gün Qarabağda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. "Böyük Qayıdış" proqramı çərçivəsində müasir texnologiyalara əsaslanan "ağıllı şəhər" və "ağıllı kənd" layihələri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda yeni elektrik şəbəkələri yaradılır, yol infrastrukturunun bərpasına xüsusi diqqət yetirilir.

Bərpa-quruculuq prosesinin mühüm istiqamətlərindən biri də nəqliyyat infrastrukturunun inkişafıdır. İşğaldan azad edilmiş ərazilərdə hava limanlarının inşası həm bölgənin nəqliyyat imkanlarının genişləndirilməsinə, həm də insanların öz doğma yurdlarına qayıdışına xidmət edir.

Vətən müharibəsində Azərbaycan Ordusu yalnız işğal olunmuş ərazilərin azad edilməsinə nail olmadı, həm də Naxçıvanın gələcək inkişafı üçün yeni imkanların yaranmasına şərait yaratdı.

Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixli "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması da postmünaqişə dövründə ölkənin iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən birinə çevrildi.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi daim ehtiramla yad edilir. Müharibədən sonra qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir. Döyüşlərdə qəhrəmanlıq və şücaət göstərən hərbçilər dövlət tərəfindən müxtəlif orden və medallarla təltif ediliblər.

Azərbaycan xalqının Böyük Zəfərə gedən yolunda ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs mühüm rol oynadı. 2020-ci ildə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi Zəfərə imza atdı. Bu Zəfərdən sonra Qarabağda yeni həyatın, quruculuğun və Böyük Qayıdışın mərhələsi başladı.

NURAY NƏZƏROVA


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 152   Tarix: 25 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.