Altı ay yolu bağlanan qəsəbə: Sakinlər qışa necə hazırlaşırlar?
Alyaskanın kiçik İql qəsəbəsində payızın gəlişi təkcə sərt soyuqlara hazırlıq demək deyil. Sakinlər qışda avtomobil yolu keçilməz hala düşdüyü üçün təxminən altı aylıq ərzaq ehtiyatı da toplamalı olurlar.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, qəsəbədə yaşayan Oliviya Consun ailəsinin qış hazırlığından yazıb. Əri və dörd uşağı ilə birlikdə yaşayan qadın hər il ərzaq ehtiyatı toplamaq üçün təxminən 4 min dollar xərcləyir.
Altı aylıq ərzağı əvvəlcədən alırlar
Əhalisi 100 nəfərdən az olan İql ucqar yaşayış məntəqəsidir. Sərt qış başlayanda qəsəbədən avtomobillə çıxıb alış-verişə getmək mümkün olmur. Buna görə ailə sentyabrda bir neçə aylıq ət, kərə yağı, pendir, xama və uzun müddət saxlanıla bilən digər ərzaqları alır.
Oliviya lazım olan məhsulların miqdarını "Excel" cədvəli vasitəsilə hesablayır. Ehtiyatları aylar üzrə bölür, bir hissəsini isə gözlənilməz hallar üçün saxlayır.
Bununla belə, qəsəbə sakinlərinin xarici dünya ilə əlaqəsi tam kəsilmir. Həftəiçi günlərdə poçt təyyarəsi qəsəbəyə enərək zəruri ərzaqları çatdıra bilir. Lakin çatdırılma haqqı yükün çəkisindən asılı olduğu üçün bu üsul xeyli baha başa gəlir.
Tərəvəz yetişdirir, ov edirlər
Mağazalardan və bahalı hava daşımalarından asılılığı azaltmaq üçün Cons ailəsi ərzağın bir hissəsini özü yetişdirir. Həyətyanı sahədə kartof, kahı, şalğam və kələm əkirlər.
Ailə üzvləri ovçuluqla da məşğul olurlar. Ovdan əldə edilən ət qış boyunca əlavə qida mənbəyinə çevrilir.
Oliviyanın sözlərinə görə, bütün bunlar hansısa ərzaq tükənəndə və ya çatışmayanda ailəyə vəziyyətdən çıxmağa kömək edir.
Yol bağlansa da, həyat davam edir
Qışda qəsəbədə temperatur sıfırdan xeyli aşağı düşür, gündüzlər isə çox qısalır. Buna baxmayaraq, İqldə gündəlik həyat dayanmır.
Məktəblər işləyir, sakinlər bir-birinə qonaq gedir, oyun axşamları təşkil edir və xizəklə sürüşürlər. Birlikdə vaxt keçirmək uzun və sərt qışı daha rahat keçirməyə kömək edir.
Oliviya bildirib ki, ağır qış şəraitində insanların bir-birinə yaxın olması və ünsiyyət saxlaması xüsusilə vacibdir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 70 Tarix: 24 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPedaqoji şura iclas yox, nəticə yaradan idarəetmə mexanizmi olmalıdır
"Məktəbdə pedaqoji şuranın keçirilməsi təqvimdə nəzərdə tutulan növbəti tədbirin icrası kimi qəbul edilirsə, burada ciddi idarəetmə problemi var. Çünki pedaqoji şura sadəcə müəllimlərin bir otaqda toplaşdığı, çıxışların dinlənildiyi və sonda protokolun yazıldığı toplantı deyil. Bu qurum məktəbi
11:02 161 Altı ay yolu bağlanan qəsəbə: Sakinlər qışa necə hazırlaşırlar?
Alyaskanın kiçik İql qəsəbəsində payızın gəlişi təkcə sərt soyuqlara hazırlıq demək deyil. Sakinlər qışda avtomobil yolu keçilməz hala düşdüyü üçün təxminən altı aylıq ərzaq ehtiyatı da toplamalı olurlar. xarici mediaya istinadla xəbər verir ki, qəsəbədə yaşayan Oliviya Consun ailəsinin qış hazırlığında
18:15 1 Ölkəmizin şanlı tarixi
200 ildən çox bir müddətdir ki, Ermənistan tərəfindən Azərbaycana qarşı düşmənçilik və etnik dözümsüzlük siyasəti həyata keçirilib. Çar Rusiyası tərəfindən imperiyanın cənub sərhədlərinin möhkəmləndirilməsi məqsədi ilə ermənilərin əzəli Azərbaycan torpaqları olan Qarabağa köçürülməsindən sonra xalqımız
15:46 125 Rəqsanə İsmayılovaya ağır itki
Müğənni Rəqsanə İsmayılovaya ağır itki üz verib. Axşam.az xəbər verir ki, onun atası İsmayıl İsmayılov dünyasını dəyişib. Bu barədə şair Nazilə Səfərli sosial şəbəkədə paylaşım edib:. "Əziz dostum Rəqsanə İsmayılovaya atasının vəfatı ilə bağlı baş sağlığı verirəm. Allah rəhmət eləsin. Allah günahların
10:29 351 "World War Z" filminin ardı çəkilir
Baş rolda Bred Pittin oynadığı, uğur qazanan zombi filmi - "World War Z"nin ardı gəlir. Bred Pitt illərdir gözlənilən "World War Z 2" filmi üçün geri qayıdır. Filmin rejissoru Edvard Berqer olacaq. Ekran əsərinin süjeti və kinoteatrlarda nümayiş tarixi isə hələ açıqlanmayıb. Paramount-u
16:36 108 Xəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib
11:47 162 Rusiya Kiyevi ballistik raketlər və dronlarla vurdu, iki nəfər həlak oldu
Rusiya cümə axşamı səhər saatlarında Ukraynanın paytaxtı Kiyevi ballistik raketlər və dronlarla vurub, nəticədə iki nəfər həlak olub, onlardan biri zədələnmiş doğum evinin dayanacağında olub, rəsmilər bildiriblər. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, son aylarda Rusiya Ukraynaya qarşı hava müharibəsin
12:26 198 "Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
15:30 131 Vətəndaşlarla təhsil sektorunun işçisi arasında insident - Video
Goranboyda vətəndaşlarla təhsil sektorunun əməkdaşı arasında insident yaşanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə bu günlərdə vətəndaş tərəfindən lentə alınıb. İlkin məlumata görə, hadisə Goranboy rayon təhsil sektorunun inzibati binasında qeydə alınıb. Sektor müdiri Vüsal Cəfərovun qəbulun
16:11 119