Pünhan Piriyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Müğənni Pünhan Priyevin toyunda 4 mindən çox qonağın iştirak etdiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib.
Bədii qiraətçi Pünhan İsmayıl Qaynarinfo-ya açıqlamasında sözügedən məclisin tamadası olduğunu bildirib.
O, Pünhan Priyevin toyunda 2 minə yaxın qonağın iştirak etdiyini deyib:
"Toy Pünhan Priyevin ata evində keçirilib. Böyük həyətləri var. Məclisə 2 minə yaxın qonaq dəvət olunmuşdu. Bundan əlavə, musiqi aləminə uyğun dekorasiyalar quraşdırılmışdı. Toy dekorasiya baxımından da zəngin idi. Dəvət olunanlar arasında müğənninin həmkarları da var idi. Bakıdan 40-dan çox müğənni dəvət olunmuşdu. Onların hər biri öz ifaları ilə məclisə rəng qatdı".
Qeyd edək ki, müğənni Pünhan Priyevin toyu sentyabrın 23-də baş tutub. Sosial şəbəkələrdə gündəm olan məclis Hacıqabul rayonunun Meyniman kəndində, sənətçinin ata evində keçirilib. Məclisdə 4 mindən çox şəxsin iştirak etdiyi barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş9 illik evlilikləri bitir
Türkiyəli müğənni Niran Ünsal həyat yoldaşı, keçmiş jurnalist İbrahim Gugunla boşanır. Axşam.az xəbər verir ki, cütlük 9 illik evliliklərini rəsmi şəkildə bitirmək üçün məhkəməyə müraciət edib. İfaçı bu barədə paylaşım edərək İbrahimlə yollarını qarşılıqlı anlaşma və dost şəklində ayırdıqlarını açıqlayıb
13.09.2026 330 Bu dəfə "Şaban"ı oğlu canlandıracaq
"Şabanoğlu Şaban" filminin davamı çəkilir. Axşam.az xəbər verir ki, ekran işinin baş rolu mərhum aktyor Kemal Sunalın oğlu Ali Sunala həvalə olunub. Qeyd edək ki, filmin ilk versiyası 1977-ci ildə lentə alınıb
12.09.2026 294 Bu da Gülay Zeynallının MAKİYAJSIZ HALI - FOTOLAR
Müğənni Gülay Zeynallı yeni görüntüləri ilə gündəmə gəlib. xəbər verir ki, müğənni İnstaqram hesabında paylaşım edib. Görüntülərdə Gülay makiyajsız halı ilə diqqət çəkib. Onun təbii görünüşü izləyicilərin marağına səbəb olub. Həmin fotoları təqdim edirik:
20.09.2026 516 Almaxanım HƏYAT YOLDAŞI İLƏ - YENİ GÖRÜNTÜLƏRİ
Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədlidən xəbər var. xəbər verir ki, Almaxanımın sosial mediada yeni görüntüsü yayımlanıb. Fotoda onu
20.09.2026 245 "Məhkəməyə onun qardaşı yox, Güllünün oğlu kimi gedəcəyəm"
Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) oğlu Tuğberk Yağız Gülter uzun aradan sonra səssizliyini pozub. Axşam.az xəbər verir ki, Tuğberk məhkəmədə Güllünün qızı Tuğyan Ülkem Gülterin qardaşı kimi yox, anasının oğlu kimi iştirak edəcəyini vurğulayıb:. "Məhkəməy
13.09.2026 401 Nigeriyada məşhur aktrisa 26 yaşında öldü
"Nimmi Ferrari" təxəllüsü ilə məşhurlaşan nigeriyalı aktrisa Adesanya Nimota Omotolani 26 yaşında ölüb. xəbər verir ki, bu barədə aktrisanın ailə üzvlərinə istinadən Böyük Britaniyanın "Need To Know" portalı xəbər yayıb. Məlumata əsasən, gənc sənətçi sentyabrın 6-da dünyasını dəyişib
12.09.2026 509 Rusiyada uşaqlara Burak adını verirlər
Türk seriallarının xaricdəki təsirinə daha bir yenisi əlavə olunub. Moskva Sosial İnkişaf Nazirliyinin açıqladığı 2026-cı il məlumatlarında, yeni doğulan uşaqlara verilən adlar arasında türk seriallarından tanınan Burak və Neslihan da yer alıb. Nazirlik bu adların sevilən aktyor və aktrisalara duyula
19.09.2026 257 Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadə ötən gün yeni duet təqdim ediblər. Mahnı yayımlandıqdan sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib və duet tənqid olunub. xəbər verir ki, tənqidlərə cavab olaraq Alim Qasımov News.24-ə açıqlamasında mahnının zövq və əhvali-ruhiyyədə
20.09.2026 272 Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Tanınmış müğənni Tacir Şahmaloğlu xəstəxanaya yerləşdirilib. Bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Görüntülərdə sənətçi özünü yaxşı hiss etdiyini bildirib. ( )
20.09.2026 762