"Mehdi" adlı it mətni etiraz doğurdu: Tədris vəsaitinə kim nəzarət edir?

"Mehdi" adlı it mətni etiraz doğurdu: Tədris vəsaitinə kim nəzarət edir?"Nadanlığın da bir həddi var, məsuliyyətsizliyin də. Xüsusilə söhbət uşaqlar üçün hazırlanmış tədris vəsaitindən gedirsə, bu hədd daha da aydın olmalıdır. Amma görünür, bizdə bəziləri üçün kitab yazmaq və çap etmək o qədər adiləşib ki, artıq orada hansı sözün, hansı adın və hansı mənanın yer aldığını düşünməyə ehtiyac qalmır".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

O, qeyd edib ki, "Pak Xəbər" TikTok kanalında yayılan videoda iddia edilir ki, 9-10-cu siniflər üçün nəzərdə tutulan ingilis dili əlavə vəsaitində yer alan mətn sosial şəbəkələrdə ciddi etirazlara səbəb olub. 2025-ci ildə "Azəri Poliqrafiya" nəşriyyatında çap olunan vəsaitin 56-cı səhifəsindəki 4-cü çalışmada 42 yaşlı Hüseyn adlı çobandan və onun Mehdi adlı itindən bəhs edilir. Mətnə görə, Hüseyn iti ilə ova gedir, Mehdi dovşanı gətirir, daha sonra isə Hüseyn itin başını sığallayır:

"İlk baxışdan bunu adi dil tapşırığı kimi təqdim etmək olar. Lakin burada əsas sual ortaya çıxır: itin adı niyə məhz Mehdi seçilib?

Azərbaycan dilində it adı kimi istifadə edilə biləcək çoxsaylı adlar var. Alabaş, Toplan, Çapar, Duman, Bozdar, Qarabaş və digər adlar buna nümunədir. İngilis dili öyrətmək məqsədi daşıyan bir çalışmada müəlliflərin qarşısında istənilən adı seçmək imkanı olduğu halda, məhz bu adın seçilməsi təbii olaraq suallar doğurur.

Üstəlik, söhbət bir dəfə adı çəkilən təsadüfi obrazdan getmir. Mətnin süjetində Hüseyn adlı çoban və Mehdi adlı iti birlikdə ova gedir, it dovşanı gətirir və daha sonra onun başının sığallanması təsvir olunur. Yəni ad mətnin əsas obrazlarından birinə verilib və həmin obrazın davranışı ayrıca təqdim edilib.

Bu halda müəlliflərdən soruşmaq lazımdır: Bu adı seçərkən nə düşünülüb?

Əgər cavab "təsadüf idi"sə, onda növbəti sual yaranır: belə bir "təsadüf" redaktorun, nəşriyyatın və digər nəzarət mərhələlərinin diqqətindən necə yayınıb? Əgər müəlliflər bunu fərq etməyiblərsə, bu, peşəkar məsuliyyət məsələsini gündəmə gətirir. Əgər fərq ediblər, lakin problem görməyiblərsə, bu halda da ayrıca izaha ehtiyac var.

Çünki söhbət müəllifin şəxsi qaralama mətnindən getmir. Bu, şagirdlər üçün nəzərdə tutulmuş, müəlliflərin adı altında təqdim olunan və nəşriyyat tərəfindən çap edilən tədris vəsaitidir. Belə material mətnin yazılması ilə işini bitirmir: redaktə olunur, yoxlanılır, nəşrə hazırlanır və yalnız bundan sonra çap edilir.

Nəşriyyatın işi yalnız mətni kağıza köçürməkdən ibarət deyil. Xüsusilə məktəb vəsaitlərində məzmunun keyfiyyəti, uyğunluğu və pedaqoji baxımdan qəbul edilə bilən olması da nəzərə alınmalıdır.

Əgər redaktor bu mətni görüb və heç bir problem aşkar etməyibsə, bu, redaktə prosesinin səviyyəsi ilə bağlı sual yaradır. Əgər ümumiyyətlə görməyibsə, məsələ daha da ciddiləşir. Hər iki halda ortada cavablandırılmalı suallar var: müəllif nə düşünüb, redaktor nə düşünüb, nəşriyyat nə düşünüb?

Məsələni sadəcə "tərcümə xətası" kimi təqdim etmək də doğru yanaşma deyil. Tərcümə xətası bir sözün və ya ifadənin yanlış çevrilməsi ola bilər. Burada isə söhbət bütöv mətnin hazırlanmasından, obrazların yaradılmasından, adların seçilməsindən və həmin mətnin tədris vəsaitinə daxil edilməsindən gedir.

Bununla yanaşı, cəmiyyətin başqa suallar verməyə də haqqı var: Bu mətn müəlliflərin şəxsi seçimi olub, yoxsa hazırlanma prosesində hansısa tapşırıq və ya göstəriş verilib?

Burada heç kimi sübutsuz şəkildə hansısa sifarişin icraçısı elan etmək olmaz. Əksinə, məhz bu səbəbdən məsələnin araşdırılması vacibdir. Mətnin ilkin variantı varmı? Onu kim hazırlayıb? Kim redaktə edib? Kim təsdiqləyib? Adların seçilməsi ilə bağlı hər hansı göstəriş olubmu? Nəşriyyatın redaksiya mərhələsində mətnə dəyişiklik edilibmi?

Bunlar legitim suallardır. Çünki söhbət məktəblilər üçün nəzərdə tutulmuş tədris materialından gedir.

Məsələnin milli-mənəvi tərəfi də diqqətdən kənarda qalmamalıdır. Hüseyn və Mehdi kimi adlar Azərbaycan cəmiyyətində müəyyən tarixi, dini və mənəvi məna daşıyan adlardır. Bu səbəbdən belə adların tədris materialında hansı kontekstdə işlədilməsi müəlliflərdən əlavə həssaslıq tələb edir.

Burada şagird psixologiyası da nəzərə alınmalıdır. Təsəvvür edək ki, şagird öz adını, atasının və ya yaxınlarından birinin adını belə bir mətnin içində görür. Bunun onda hansı assosiasiya yaradacağı müəllifin və redaktorun diqqət etməli olduğu məsələlərdən biridir. Tədris vəsaitinin əsas məqsədi şagirdə dil öyrətməkdir, onda xoşagəlməz assosiasiyalar yaratmaq deyil.

Ona görə də məsələni sadəcə "müəllif səhvi" adlandırıb keçmək düzgün olmaz. Burada müəlliflə yanaşı, redaktorun, nəşriyyatın, nəşrə hazırlıq prosesinin və vəsaitin istifadəyə buraxılması mexanizminin də məsuliyyəti müzakirə olunmalıdır.

Nadanlıq bir insanın səhvi ola bilər. Amma həmin səhvin redaktədən keçib kitab halına gəlməsi artıq sistemin məsuliyyət məsələsini ortaya qoyur.

İndi əsas sual budur: belə bir vəsait hansı meyarlarla nəşrə buraxılıb? Məktəblilər üçün nəzərdə tutulan materialların etik və pedaqoji baxımdan uyğunluğu yoxlanılırmı? Yoxlanılırsa, bu mətn necə həmin mərhələdən keçib?

Məqsəd əvvəlcədən kimisə günahkar elan etmək deyil. Məqsəd mətnin necə hazırlandığını, hansı mərhələlərdən keçdiyini və ad seçiminin arxasında hər hansı məqsəd, tapşırıq və ya kənar müdaxilənin olub-olmadığını aydınlaşdırmaqdır.

Əgər ortada sadəcə peşəkar səhlənkarlıq varsa, bunun məsuliyyəti müəyyənləşdirilməlidir. Əgər araşdırma nəticəsində başqa hal aşkarlanarsa, ona da aidiyyəti qurumlar tərəfindən hüquqi qiymət verilməlidir.

Ən təhlükəli yanaşma isə heç nə olmamış kimi susmaqdır. Belə bir hadisədən sonra vəsaitin müəllifləri və nəşriyyat məsələyə aydınlıq gətirməli, mətnin necə hazırlandığını, kim tərəfindən redaktə edildiyini, nəşrə kim tərəfindən təsdiq verildiyini və həmin adların hansı əsasla seçildiyini izah etməlidirlər.

Çünki söhbət bir kitabın bir səhifəsindən daha böyük məsələdən gedir. Söhbət təhsil materialına münasibətdən, milli-mənəvi həssaslıqdan və uşaqların qarşısına qoyulan mətnə verilən məsuliyyətdən gedir.

Kitab çap etmək asandır. Çətin olan isə insanlara, xüsusən də uşaqlara təqdim etdiyin hər sözün məsuliyyətini daşımaqdır.

Tədris vəsaiti müəllifin şəxsi qaralama dəftəri deyil. Orada cəmiyyətin övladları üçün söz seçilir. Buna görə də müəllifdən tutmuş redaktora və nəşriyyata qədər hər bir mərhələdə məsuliyyət olmalıdır.

İndi cavablandırılmalı suallar aydındır: İtin adı niyə məhz Mehdi seçilib? Bu seçim kimin olub? Mətnə kim baxıb? Kim redaktə edib? Kim təsdiqləyib? Kim çap edib? Və ən başlıcası, belə bir mətnin şagirdlərin qarşısına çıxmasına kim məsuliyyət daşıyır?

Bu suallar cavabsız qalmamalıdır. Çünki təhsil vəsaitində məsuliyyətsizliyin bəhanəsi olmamalıdır".

"Mehdi" adlı it mətni etiraz doğurdu: Tədris vəsaitinə kim nəzarət edir?"Mehdi" adlı it mətni etiraz doğurdu: Tədris vəsaitinə kim nəzarət edir?"Mehdi" adlı it mətni etiraz doğurdu: Tədris vəsaitinə kim nəzarət edir?


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 182   Tarix: 25 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.