Məktəblərdə bullinqə qarşı hansı hüquqi mexanizmlər var? - VƏKİLDƏN AÇIQLAMA
Məktəbdə bullinq yalnız şagirdlər arasında yaranan mübahisə kimi qiymətləndirilmir. Davamlı təzyiq, aqressiv davranış, fiziki və psixoloji zorakılıq uşağın hüquqlarının pozulmasına səbəb ola bilər. Azərbaycan qanunvericiliyində isə belə halların qarşısının alınması və uşağın müdafiəsi üçün məktəblərin, valideynlərin və aidiyyəti qurumların üzərinə konkret öhdəliklər qoyulur.
Bəs məktəbdə bullinq baş verdikdə şagird və valideyn hansı hüquqi mexanizmlərdən istifadə edə bilər, məktəb rəhbərliyi hadisə barədə məlumat aldıqdan sonra hansı addımları atmalıdır və bullinq törədən şagirdlə bağlı hansı tədbirlər görülə bilər?
Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Cavanşir Qasımzadə BiG.AZ-a açıqlamasında bildirdi ki, məktəblərdə şagirdlərin bir-birinə qarşı tətbiq etdiyi bullinq, yəni psixoloji və ya fiziki zorakılıq halları ciddi hüquqi cavabdehlik yaradır. Övladı bullinqə Məruz qalan valideyn ilk növbədə faktları təsbit etməli, müvafiq sübutları toplayaraq məktəb rəhbərliyinə rəsmi qaydada müraciət etməlidir. Məktəb administrasiyası bu cür halların qarşısını almaq, təhlükəsiz təhsil mühitini təmin etmək və zəruri halda psixoloji dəstək mexanizmlərini işə salmaqla mükəlləfdir. Əgər məsələ məktəb daxilində həllini tapmazsa və ya təzyiqlər davam edərsə, valideyn hüquq-mühafizə orqanlarına və Elm və Təhsil Nazirliyinin müvafiq qurumlarına müraciət etmək hüququna malikdir.
Qanunvericiliyə əsasən, bullinq əməllərinin xarakterindən asılı olaraq mənəvi, inzibati və ya cinayət məsuliyyəti nəzərdə tutulur. Təhqir, təhdid, şərəf və ləyaqətin alçaldılması, şəxsi həyata müdaxilə və ya fiziki xəsarət yetirmə halı varsa, bu, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə qiymətləndirilir. Yetkinlik yaşına çatmayanların törətdiyi hüquqazidd əməllərə görə onların valideynləri və ya qanuni nümayəndələri inzibati qaydada məsuliyyət daşıyır, həmçinin dəymiş mənəvi və maddi ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər.
Məktəb rəhbərliyi və müəllimlər də öz vəzifə səlahiyyətlərini lazımi qaydada yerinə yetirmədikdə, səhlənkarlıq nümayiş etdirdikdə hüquqi cavabdehlik daşıyırlar.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 170 Tarix: 25 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev onları təltif etdi - Siyahı
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Xüsusi Rabitə və İnformasiy
15:59 217 Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan "Neuberger Berman"ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin keçən il Nyu-Yorkda Corc Volkerlə görüşü məmnunluql
12:21 230 Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
Bakıda keçirilən Formula 2 yarışında ağır qəza baş verib. "Qafqazinfo"nun məlumatına görə, bir neçə bolid bir-birinə dəyib. Hazırda yarış dayandırılıb
15:07 204 Melaniyadan əri ilə bağlı etiraf: "O, bəzən məni eşitmək istəmir"
ABŞ-nin birinci xanımı Melaniya Tramp həyat yoldaşı, ABŞ Prezidenti Donald Trampın onun fikirlərini hər zaman eşitməyə hazır olmadığını, buna baxmayaraq öz düşüncələrini ona həmişə açıq şəkildə söylədiyini bildirib. xəbər verir ki, 56 yaşlı Melaniya "Fox & Friends" proqramının qonağı olub
24.09.2026 261 Hava məkanımızı dörd PUA pozub - Maya Sandu
Cümə axşamına keçən gecə Rusiyaya məxsus dörd pilotsuz uçuş aparatı (PUA) ölkənin hava məkanını pozub. Bunu Moldova Prezidenti Maya Sandu öz rəsmi "X" səhifəsində bildirib. "Rusiyanın Ukraynaya kütləvi hücumu bu gün səhər yenidən Moldovaya da təsirsiz ötüşməyib: Rusiyaya məxsus dörd PU
24.09.2026 220 Şənbə günü hava necə olacaq?
Sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi il
12:55 168 Azərbaycanlılar Aktaudakı xilasedicilərə isti yemək və su paylayıb - Video
Qazaxıstanın Aktau şəhərində yaşayan Azərbaycan diasporunun nümayəndələri Xəzər dənizində axtarış-xilasetmə əməliyyatı aparan hərbçi və xilasedicilərə yardım göstəriblər. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə onların əraziyə isti yemək, su və müxtəlif içkilər gətirdiklərini əks etdirə
17:32 83 ABŞ-İran müharibəsi: Tramp İrana sərt xəbərdarlıq etdi
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin dayandırılması üçün razılaşma əldə olunmadığı təqdirdə Tehrana qarşı daha sərt hərbi addımların atıla biləcəyini açıqlayıb. Tramp sentyabrın 22-də BMT Baş Assambleyasındakı çıxışında İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasını ABŞ-ın əsas məqsədlərində
12:42 158 Miri Yusif "Tanrı"nı təqdim etdi
Xalq artisti Miri Yusif "Tanrı" adlı yeni sinqlını təqdim edib. xəbər verir ki, sənətçinin yeni layihəsi fərqli musiqi üslubu, düşündürücü sözləri və duyğusal ab-havası ilə diqqət çəkib. Mahnının musiqisi Miri Yusifə, sözləri isə Abbas İsmayılova (Asoundady) məxsusdur. Sinqlın aranjimanın
13:11 168