Azərbaycanlılar Aktaudakı xilasedicilərə isti yemək və su paylayıb - Video

Azərbaycanlılar Aktaudakı xilasedicilərə isti yemək və su paylayıb - VideoQazaxıstanın Aktau şəhərində yaşayan Azərbaycan diasporunun nümayəndələri Xəzər dənizində axtarış-xilasetmə əməliyyatı aparan hərbçi və xilasedicilərə yardım göstəriblər.

"Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə onların əraziyə isti yemək, su və müxtəlif içkilər gətirdiklərini əks etdirən görüntülər yayılıb.

Yardım diaspor nümayəndələri, restoran sahibləri və digər şəxslərin şəxsi vəsaiti hesabına təşkil edilib.

Qazaxıstandakı Azərbaycan icmasının nümayəndəsi Elmir Şahsuvarov azərbaycanlıların axtarış-xilasetmə işləri başa çatanadək ərazidə qalmağa və lazımi dəstəyi göstərməyə hazır olduqlarını bildirib.

Azərbaycan icmasının bu çətin və həssas məqamda nümayiş etdirdiyi həmrəylik yerli ictimaiyyət arasında böyük rəğbətlə qarşılanıb, iki xalq arasında tarixən formalaşmış dostluq, qarşılıqlı hörmət və qardaşlıq münasibətlərinin daha bir nümunəsi kimi qiymətləndirilib.

Xatırladaq ki, sentyabrın 24-də Qazaxıstanın Xəzər dənizində keçirdiyi təlimlər zamanı hava şəraitinin kəskin pisləşməsi səbəbindən dalğa 19 hərbçini dənizə aparıb. Hadisə nəticəsində 12 hərbi qulluqçu həlak olub. Xəzər dənizində hərbi qulluqçuların həlak olması ilə əlaqədar 25 sentyabr tarixi Qazaxıstanda milli matəm günü elan edilib. Faktla bağlı Qazaxıstan Silahlı Qüvvələrinin 5 məsul şəxsi saxlanılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 125   Tarix: 25 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanlılar Aktaudakı xilasedicilərə isti yemək və su paylayıb - Video

Qazaxıstanın Aktau şəhərində yaşayan Azərbaycan diasporunun nümayəndələri Xəzər dənizində axtarış-xilasetmə əməliyyatı aparan hərbçi və xilasedicilərə yardım göstəriblər. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə onların əraziyə isti yemək, su və müxtəlif içkilər gətirdiklərini əks etdirə

17:32 83
.

Miri Yusif "Tanrı"nı təqdim etdi

Xalq artisti Miri Yusif "Tanrı" adlı yeni sinqlını təqdim edib. xəbər verir ki, sənətçinin yeni layihəsi fərqli musiqi üslubu, düşündürücü sözləri və duyğusal ab-havası ilə diqqət çəkib. Mahnının musiqisi Miri Yusifə, sözləri isə Abbas İsmayılova (Asoundady) məxsusdur. Sinqlın aranjimanın

13:11 168
.

Paşinyan partiyasına xəbərdarlıq etdi: "Rusiya ilə bağlı mövzuları az müzakirə edin"

Ermənistanın Baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyasının Rusiyanı tənqid edən qanadından Moskvaya qarşı tənqidi dayandırmağı xahiş edib. xəbər verir ki, bu barədə Ermənistan parlamentindəki mənbə məlumat verib. "İndilik Rusiya ilə bağlı mövzuları daha az müzakir

11:43 152
.

Netanyahu BMT-də: İsrailin səsi dünyaya bir daha çatdı

Bəzən siyasi tribunada deyilən sözlər sadəcə söz olaraq qalmır. Bəzən bir çıxış bütöv bir dövlətin iradəsini, gücünü və öz yolundan dönməmək əzmini nümayiş etdirir. Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı da məhz belə məqamlarla yadda qaldı. Qardaş İsrail dövləti bu gün öz təhlükəsizliyini

10:19 212
.

Bank kartlarının sayına limit qoyuldu: Səbəbi nədir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda bank kartlarının sayına tətbiq edilən məhdudiyyət ictimaiyyətin diqqətini çəkib. Yeni yanaşmaya əsasən, müəyyən istisnalar nəzərə alınmaqla, vətəndaşa eyni bankda eyni kart məhsulu üzrə milli valyutada bir ödəniş kartının təqdim edilməsi nəzərdə tutulur. Xarici valyuta üzrə də ayrıca kar

11:53 242
.

Məktəblərin maliyyələşməsində YENİ DÖVR: Prezidentdən mühüm FƏRMAN - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Dövlət məktəblərinin maliyyələşdirilməsində yeni mərhələ başlayır. Prezident İlham Əliyevin imzaladığı yeni Fərmanla 2026-2027-ci tədris ilindən etibarən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsinin mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyat

11:04 212
.

Ülviyyə Əliyevaya ağır itki

Akademik Musiqili Teatrın aparıcı aktrisası Ülviyyə Əliyevaya ağır itki üz verib. " "a istinadən xəbər verir ki, aktrisanın atası dünyasını dəyişib. Ülviyyə Əliyeva açıqlamasında atasının ikinci dəfə insult keçirdiyini və bunun nəticəsində vəfat etdiyini bildirib:. "İkinci dəfə insul

14:28 234
.

Süni intellektlə bağlı yeni təhlükə: qanunlarda dəyişiklik gündəmə gəldi

Süni intellekt sistemlərinin getdikcə daha çox müstəqil qərarlar qəbul etməsi hüquqi məsuliyyət məsələsini də ön plana çıxarır. Avstraliyada süni intellekt agentinin dövlət səhiyyə sisteminə aid məlumat bazasına müdaxiləsi ilə bağlı yaranan vəziyyət ölkənin mövcud qanunvericiliyinin bu cür hallara n

14:14 175
.

Orta əsr qalası əsrlər boyu universitet binasının içində gizlənib: Onu necə tapdılar?

Dublin Universitet Kollecinin (UCD) kampusundakı binanın daxilində əsrlər əvvəl dağıldığı düşünülən orta əsr qalası aşkarlanıb. Norman qalasının Roebuckdakı divarlarının müasir binanın suvağının altında bu günə qədər qorunduğu müəyyənləşdirilib. Qaynarinfo xəbər verir ki, bu barədə "Historia"

24.09.2026 241
.