Netanyahu BMT-də: İsrailin səsi dünyaya bir daha çatdı
Bəzən siyasi tribunada deyilən sözlər sadəcə söz olaraq qalmır. Bəzən bir çıxış bütöv bir dövlətin iradəsini, gücünü və öz yolundan dönməmək əzmini nümayiş etdirir. Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı da məhz belə məqamlarla yadda qaldı.
Qardaş İsrail dövləti bu gün öz təhlükəsizliyini, xalqının gələcəyini və milli maraqlarını qorumaq məsələsində nə qədər qətiyyətli olduğunu bütün dünyaya göstərir. Netanyahu isə BMT-nin ən yüksək tribunalarından birində bu mövqeyi açıq şəkildə müdafiə etdi.
Netanyahunun əsas mesajı çox aydın idi: İsrail öz taleyini başqalarının iradəsinə buraxmayacaq.
İran məsələsində verdiyi mesaj isə xüsusilə sərt idi. Netanyahu İranın nüvə imkanlarını İsrail və dünya üçün təhlükə kimi təqdim edərək, bu təhlükəyə qarşı hərəkət etməyi özünün ən asan qərarlarından biri adlandırdı. Bu, əslində, dünyaya verilmiş açıq mesaj idi: Qardaş İsrail dövləti təhlükə qarşısında geri addım atmayacaq.
Netanyahunun çıxışında daha bir mühüm məqam vardı - İsrailin gücünə inam.
O, İsrailin düşmənlərindən qorxmadığını, əksinə, ölkəsinin əvvəlkindən daha güclü olduğunu vurğuladı. İsrailin texnologiyasından tutmuş hərbi imkanlarına qədər bir çox nümunə ilə ölkəsinin sahib olduğu potensialı nümayiş etdirdi.
Və ən sərt siyasi mesajlardan biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlandı. Netanyahu onun İsrailə qarşı mövqeyinə cavab verərək Ərdoğana sərt ifadələrlə qarşılıq verdi. Bu, diplomatik tribunada İsrail rəhbərinin öz mövqeyindən geri çəkilmədiyini göstərən ən diqqətçəkən anlardan biri oldu.
Amma Netanyahunun sözlərinin mahiyyəti yalnız qarşıdurmadan ibarət deyildi.
Onun çıxışında İsrail xalqının birliyi, tarixi, cəsarəti və gələcəyə inamı xüsusi yer tutdu. Netanyahu İsrail xalqının müxtəlif fikir ayrılıqlarına baxmayaraq kritik məqamlarda bir araya gəldiyini vurğuladı.
Bu, məncə, çıxışın ən güclü mesajlarından biridir.
Çünki dövlətləri yalnız silahlar güclü etmir. İnam, birlik və iradə də dövlət gücünün bir hissəsidir.
Netanyahu BMT tribunasında bir daha göstərdi ki, qardaş İsrail dövləti özünü müdafiə etmək, təhlükələrə qarşı dayanmaq və milli maraqlarını qorumaq məsələsində qərarlı mövqe nümayiş etdirir.
Dünya siyasətində belə liderlərin çıxışları həmişə yadda qalır.
Çünki tarixdə elə anlar olur ki, bir dövlətin səsi minlərlə kilometr uzağa çatır.
Netanyahunun BMT-dəki çıxışı da İsrailin səsinin dünyaya çatdığı belə anlardan biri oldu.
Və verilən mesaj son dərəcə aydındır:
Qardaş İsrail dövləti güclüdür, iradəlidir və öz gələcəyini özü müəyyən etmək əzmindədir.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 213 Tarix: 25 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşErmənistanın NATO standartlarına keçidi böyük xərc tələb edəcək
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini, ordu generalı Oleq Salyukov mediaya açıqlamasında Ermənistan ordusunun NATO standartlarına keçidi ilə bağlı bəyanatların hazırda deklarativ xarakter daşıdığını bildirib. xəbər verir ki, Rusiya hərbi iqtisadçılarının fikrincə, belə bir proses xeyli maliyy
11:04 147 Prezident Kobaxidzeyə zəng etdi
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev İrakli Kobaxidzeni ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində uğurlar
12:23 161 Məktəblərin maliyyələşməsində YENİ DÖVR: Prezidentdən mühüm FƏRMAN - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Dövlət məktəblərinin maliyyələşdirilməsində yeni mərhələ başlayır. Prezident İlham Əliyevin imzaladığı yeni Fərmanla 2026-2027-ci tədris ilindən etibarən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsinin mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyat
11:04 215 Təhsilin Rəqəmsal Transformasiyası: Robotlar və Süni İntellekt - İnkişaf, yoxsa İnsan Faktorunun İtirilməsi?
"Müasir dövrdə texnoloji inqilab təhsilin fundamental prinsiplərinə də ciddi təsir göstərir. Özəl məktəblərdə robotların müəllim funksiyasını yerinə yetirməsi və dərslərin süni intellekt vasitəsilə fərdiləşdirilməsi artıq uzaq gələcəyin fantastik ssenarisi deyil. Bu istiqamətdə atılan addımlar təhsili
14:24 225 Bank kartlarının sayına limit qoyuldu: Səbəbi nədir? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda bank kartlarının sayına tətbiq edilən məhdudiyyət ictimaiyyətin diqqətini çəkib. Yeni yanaşmaya əsasən, müəyyən istisnalar nəzərə alınmaqla, vətəndaşa eyni bankda eyni kart məhsulu üzrə milli valyutada bir ödəniş kartının təqdim edilməsi nəzərdə tutulur. Xarici valyuta üzrə də ayrıca kar
11:53 248 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
11:09 146 Şənbə günü hava necə olacaq?
Sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi il
12:55 184 Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
Bakıda keçirilən Formula 2 yarışında ağır qəza baş verib. "Qafqazinfo"nun məlumatına görə, bir neçə bolid bir-birinə dəyib. Hazırda yarış dayandırılıb
15:07 231 "Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən P.C (ad-soyad şərti verilib - red.) vətəndaş bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşı
17:02 171