Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib

Əliyev qəbullar keçirdi - Fotolar - YenilənibBu gün Azərbaycan Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan "Neuberger Berman"ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin keçən il Nyu-Yorkda Corc Volkerlə görüşü məmnunluqla xatırlanıb.

Dövlət başçısı bu ilin fevralında "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalandığını xatırladaraq, ölkələrimizin qarşılıqlı münasibətlərinin yeni səhifəsinin açıldığını deyib.

Görüşdə Azərbaycan ilə "Neuberger Berman" şirkəti arasında investisiya əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, qlobal investisiya bazarlarında yaranan yeni imkanlar, qarşılıqlı maraq doğuran layihələr və uzunmüddətli tərəfdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

2016-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə "Neuberger Berman" arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. ARDNF-nin şirkətlə özəl kapital, özəl borc və digər investisiya istiqamətlərini əhatə edən tərəfdaşlığı çərçivəsində əldə olunmuş nəticələr və yeni layihələrdə iştirak imkanları müzakirə edilib.

Qeyd edək ki, 1939-cu ildə Nyu-Yorkda yaradılmış "Neuberger Berman" dünyanın iri müstəqil investisiya şirkətlərindən biridir. 613 milyard ABŞ dolları məbləğində aktivlərə malik olan şirkətin özəl bazarlar üzrə qlobal investisiya platforması 170 milyard ABŞ dollarından artıq investisiya öhdəliklərini idarə edir. Platformanın investisiya etdiyi fondların portfelləri 10 min 400-dən çox şirkəti əhatə edir ki, bu da "Neuberger Berman"ın qlobal investisiya fəaliyyətinin miqyasını göstərir.

*

Azərbaycan Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan "Brookfield Asset Management"in baş icraçı direktoru Konnor Teskini qəbul edib.

Söhbət zamanı dövlət başçısının bu ilin yanvarında Davosda Konnor Teski ilə görüşü məmnunluqla xatırlanıb. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə "Brookfield Asset Management" arasında imzalanmış uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolunun əhəmiyyəti qeyd edilib.

Görüşdə ölkəmizlə şirkət arasında investisiya əməkdaşlığının genişləndirilməsi, xüsusilə enerji keçidi, bərpaolunan enerji, enerji saxlanc sistemləri və rəqəmsal infrastruktur sahələrində potensial layihələr müzakirə olunub. Azərbaycanın enerji potensialının ölkəmizin regional enerji mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətinə toxunulub.

Xatırladaq ki, idarə etdiyi aktivlərin həcmi 1 trilyon ABŞ dollarını ötən "Brookfield" qlobal miqyasda enerji, telekommunikasiya, rəqəmsal infrastruktur, nəqliyyat və digər real aktivlərin iri sahibi və operatorlarından biridir. Şirkətin infrastruktur platforması 308 mindən çox telekommunikasiya obyektini, 77 min kilometr fiber-optik şəbəkəni, 150 data mərkəzini, 36 min 300 kilometrlik dəmir yolu şəbəkəsini və 3200 kilometr ödənişli avtomobil yolunu əhatə edir. Onun kommunal infrastruktur biznesləri dünyada 10 milyondan çox istehlakçıya xidmət göstərir.

*

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "BlackRock"un tərkibində fəaliyyət göstərən qlobal infrastruktur investisiya şirkəti - "Global Infrastructure Partners"in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesini qəbul edib.

Söhbət zamanı dövlət başçısının bu ilin yanvarında Adebayo Oqunlesi ilə Davosda görüşü xatırlanıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), "BlackRock" və "Global Infrastructure Partners" (GIP) şirkəti arasında Davosda imzalanmış uzunmüddətli əməkdaşlığa dair niyyət protokolunun əhəmiyyətinə toxunulub.

Görüşdə Azərbaycan ilə şirkət arasında investisiya əməkdaşlığının inkişafından məmnunluq ifadə edilib, əldə olunmuş nəticələr və tərəfdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə "Global Infrastructure Partners" (GIP) arasında formalaşmış tərəfdaşlığın artıq konkret beynəlxalq investisiya layihələrini əhatə etdiyi vurğulanıb. Bu xüsusda Fondun İtaliyanın yüksəksürətli qatar operatoru "Italo"ya və Londonun Qatvik hava limanına bu şirkətlə birgə investisiya yatırdığı qeyd olunub.

Ölkəmizin infrastruktur sahəsində investisiya imkanları, o cümlədən rəqəmsal və nəqliyyat infrastrukturu istiqamətlərində potensial əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Prezident İlham Əliyevin himayəsi altında Bakıda təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu və bu çərçivədə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və "BlackRock" şirkətinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqunun əhəmiyyətinə toxunulub. Bu tədbirlərdə 30 trilyon ABŞ dolları məbləğində aktivləri idarə edən şirkətlərin iştirak etdiyi vurğulanıb.

Qeyd edək ki, "Global Infrastructure Partners" şirkəti 2024-cü ildən dünyanın ən böyük investisiya idarəetmə şirkəti olan "BlackRock"un tərkibində fəaliyyət göstərir. İdarə olunan aktivlərinin həcmi 15,3 trilyon ABŞ dolları təşkil edən "BlackRock" enerji, nəqliyyat, rəqəmsal infrastruktur, su və tullantıların idarə olunması sahələrində ixtisaslaşmış qlobal investisiya şirkətidir. "Global Infrastructure Partners"in (GIP) idarə etdiyi aktivlərin həcmi isə 170 milyard ABŞ dollarıdır. Bu şirkət, həmçinin "BlackRock", "Microsoft" və "MGX" ilə birlikdə qlobal Süni İntellekt İnfrastruktur Fondunun əsas təsisçilərindəndir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 248   Tarix: 25 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanlılar Aktaudakı xilasedicilərə isti yemək və su paylayıb - Video

Qazaxıstanın Aktau şəhərində yaşayan Azərbaycan diasporunun nümayəndələri Xəzər dənizində axtarış-xilasetmə əməliyyatı aparan hərbçi və xilasedicilərə yardım göstəriblər. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə onların əraziyə isti yemək, su və müxtəlif içkilər gətirdiklərini əks etdirə

17:32 83
.

Orta əsr qalası əsrlər boyu universitet binasının içində gizlənib: Onu necə tapdılar?

Dublin Universitet Kollecinin (UCD) kampusundakı binanın daxilində əsrlər əvvəl dağıldığı düşünülən orta əsr qalası aşkarlanıb. Norman qalasının Roebuckdakı divarlarının müasir binanın suvağının altında bu günə qədər qorunduğu müəyyənləşdirilib. Qaynarinfo xəbər verir ki, bu barədə "Historia"

24.09.2026 241
.

Prezident Kobaxidzeyə zəng etdi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev İrakli Kobaxidzeni ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində uğurlar

12:23 154
.

Fransa Avropa üçün yeni hərbi addımlar elan edir - Makron: "Boğazı açmaq üçün hər şeyi edəcəyik"

Fransa Prezidenti Emmanuel Makron ölkəsinin beynəlxalq böhranlar və yanacaq qiymətlərinin artması fonunda hərbi imkanlarından istifadə edəcəyini açıqlayıb. BİG.AZ Le Monde-a istinadən xəbər verir ki, Makron müsahibəsində Hörmüz boğazının yenidən açılması üçün "hər şeyi edəcəyini" bildirib

14:20 144
.

Bayramov Nyu-Yordka Mirzoyanla görüşdü: Nələr müzakirə edildi? (FOTO)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində sentyabrın 24-də Nyu-Yorkda görüş keçirib. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd olunub ki

10:16 132
.

"Daxili istehsalı artırmasaq, ətin qiymətində sabitlik olmayacaq" - NATİQ CƏFƏRLİ

Ətin qiymətində artımın davam edəcəyi ilə bağlı narahatlıqlar artır. Son 5 ildə heyvanların və kənd təsərrüfatı ilə məşğul olanların sayının azalması, yem və örüş problemləri daxili istehsala təzyiq göstərir. Bu tendensiya davam edərsə, ət bazarında qiymət sabitliyini təmin etmək çətin olacaq. İqtisadç

11:24 160
.

AB Çindən günəş enerjisi avadanlığına yeni məhdudiyyət qoyur

Avropa Komissiyası AB maliyyəsi hesabına həyata keçirilən enerji layihələrində Çin istehsalı günəş invertorlarından istifadədən imtina müddətini uzatmayıb. Euronewsun məlumatına görə, yeni qaydalar noyabrın 1-dən qüvvəyə minəcək. İnvertorlar günəş panellərinin istehsal etdiyi elektrik enerjisinin şəbəkəd

15:44 137
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

11:09 144
.

Təhsilin Rəqəmsal Transformasiyası: Robotlar və Süni İntellekt - İnkişaf, yoxsa İnsan Faktorunun İtirilməsi?

"Müasir dövrdə texnoloji inqilab təhsilin fundamental prinsiplərinə də ciddi təsir göstərir. Özəl məktəblərdə robotların müəllim funksiyasını yerinə yetirməsi və dərslərin süni intellekt vasitəsilə fərdiləşdirilməsi artıq uzaq gələcəyin fantastik ssenarisi deyil. Bu istiqamətdə atılan addımlar təhsili

14:24 207
.