Alla Puqaçova "Modern Talking"in ulduzu ilə görüşdü

Alla Puqaçova "Modern Talking"in ulduzu ilə görüşdüUkraynadakı müharibəyə qarşı çıxan Alla Puqaçova, Limasolda Modern Talking qrupunun keçmiş solisti Tomas Andersin böyük konsertində iştirak edib.

Genişmiqyaslı işğalın başlamasından sonra Ukraynaya dəstəyini bildirən rusiyalı müğənni Alla Puqaçova, məşhur Modern Talking duetinin keçmiş solisti Tomas Andersin böyük konsertində iştirak edərək axşamı Limasolda keçirib. Müğənni sənətçi ilə birlikdə çəkdirdiyi şəkli "Instagram" səhifəsində paylaşıb.

Puqaçova tədbirə 13 yaşlı qızı Liza Qalkina ilə birlikdə qatılıb. Tədbir üçün diva belində kəmərli, qara çiyin çantası və cəsarətli makiyajla bəzədilmiş tünd göy rəngli don seçib. Qızı Liza isə çiyinləri açıq qara mini don geyinib.

Konsertdən sonra 63 yaşlı alman musiqiçisi Alla Borisovna və qızı ilə səhnə arxasında görüşüb. Anders ifaçıya heyranlığını gizlətmədən sosial mediada onların birlikdə çəkdirdiyi şəklini paylaşıb.

"Çox xüsusi bir şərəf! Əfsanəvi Alla Puqaçovanın Kiprdəki konsertimə qızı Liza ilə birlikdə qatılmasından və şəxsən görüşməyimizdən inanılmaz dərəcədə qürur duyuram. Son 50 ildə Şərqi Avropanın ən görkəmli sənətçilərindən biri ilə çox xüsusi bir görüş. Hörmətim! Bu unudulmaz an üçün təşəkkür edirəm, əziz Alla və əziz Liza", - musiqiçi yazıb.

Bu paylaşım dərhal abunəçilər və şou-biznes həmkarları arasında böyük ajiotaj yaradıb. Pərəstişkarları primadonna və qızına təriflər yağdırıblar, müğənninin görünüşünə şərhlər yazıblar və birlikdə çəkdirdikləri şəkli tarixi adlandırıblar.

"İki əfsanə, iki ulduz görüşür!"

"Alla möhtəşəmdir!"

"Nə gözəl görüş! Nə qədər şanslısan!"

Xatırladaq ki, dörd ildən çox əvvəl müğənni Rusiyanı tərk edərək ailəsi ilə birlikdə xaricə köçüb. Hazırda Puqaçova kifayət qədər gizli həyat sürür, lakin bəzən mədəni tədbirlərdə iştirak edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 99   Tarix: 25 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ermənistanın NATO standartlarına keçidi böyük xərc tələb edəcək

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini, ordu generalı Oleq Salyukov mediaya açıqlamasında Ermənistan ordusunun NATO standartlarına keçidi ilə bağlı bəyanatların hazırda deklarativ xarakter daşıdığını bildirib. xəbər verir ki, Rusiya hərbi iqtisadçılarının fikrincə, belə bir proses xeyli maliyy

11:04 147
.

Prezident Kobaxidzeyə zəng etdi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev İrakli Kobaxidzeni ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində uğurlar

12:23 161
.

Məktəblərin maliyyələşməsində YENİ DÖVR: Prezidentdən mühüm FƏRMAN - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Dövlət məktəblərinin maliyyələşdirilməsində yeni mərhələ başlayır. Prezident İlham Əliyevin imzaladığı yeni Fərmanla 2026-2027-ci tədris ilindən etibarən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsinin mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyat

11:04 215
.

Təhsilin Rəqəmsal Transformasiyası: Robotlar və Süni İntellekt - İnkişaf, yoxsa İnsan Faktorunun İtirilməsi?

"Müasir dövrdə texnoloji inqilab təhsilin fundamental prinsiplərinə də ciddi təsir göstərir. Özəl məktəblərdə robotların müəllim funksiyasını yerinə yetirməsi və dərslərin süni intellekt vasitəsilə fərdiləşdirilməsi artıq uzaq gələcəyin fantastik ssenarisi deyil. Bu istiqamətdə atılan addımlar təhsili

14:24 225
.

Bank kartlarının sayına limit qoyuldu: Səbəbi nədir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda bank kartlarının sayına tətbiq edilən məhdudiyyət ictimaiyyətin diqqətini çəkib. Yeni yanaşmaya əsasən, müəyyən istisnalar nəzərə alınmaqla, vətəndaşa eyni bankda eyni kart məhsulu üzrə milli valyutada bir ödəniş kartının təqdim edilməsi nəzərdə tutulur. Xarici valyuta üzrə də ayrıca kar

11:53 248
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

11:09 146
.

Şənbə günü hava necə olacaq?

Sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi il

12:55 184
.

Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı

Bakıda keçirilən Formula 2 yarışında ağır qəza baş verib. "Qafqazinfo"nun məlumatına görə, bir neçə bolid bir-birinə dəyib. Hazırda yarış dayandırılıb

15:07 231
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən P.C (ad-soyad şərti verilib - red.) vətəndaş bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşı

17:02 171
.