Naxçıvanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb
Naxçıvanda yeni doğulan körpəni öldürən 1974-cü il təvəllüdlü K.S.-nin məhkəmə prosesi başa çatıb.
Oxu.Az Xitab24.az-a istinadla xəbər verir ki, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dəhşətli faktlar üzə çıxıb.
Məlum olub ki, qadının öldürdüyü körpəni onun öz qızı dünyaya gətirib. 52 yaşlı təqsirləndirilən şəxsin cinayət törətməsinə səbəb isə körpənin nikahdankənar doğulması olub.
Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində doğulan uşaq evə aparılarkən avtomobildə boğularaq öldürülüb. Qadın uşağın səsinin eşidilməməsi üçün sürücüdən maqnitofonun səsini artırmasını istəyib.
Körpəni üzüstə çevirən qadın uşağın ağız və burun nahiyəsini sağ qolunun iç səthinə sıxmaqla onun nəfəs almasına mane olub, təxminən 10-15 dəqiqə həmin vəziyyətdə saxlayaraq cinayət əməlini həyata keçirib.
Babək rayonundakı kəndə çatdıqdan sonra isə təqsirləndirilən şəxs uşağın meyitini əvvəlcə yardımçı tikilidə gizlədib, daha sonra həyətdəki tualet quyusuna atıb.
Sonradan əməli ifşa olunan qadın el içində rüsvay olmamaq üçün bu yola əl atdığını bildirib.
Sonda K.S. Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi üzrə təqsirli bilinib. Oğlan nəvəsini qəsdən öldürən nənə 14 il müddətinə azadlıqdan məhrum edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 142 Tarix: 23 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda qızıl neçəyədir?
Azərbaycan bazarında qızılın son qiymət göstəriciləri bəlli olub. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7380.76 manat, 1 qram qızılın ümumi dəyəri isə 237.3 manat təşkil edib. Əyyarlara və mənşəyə görə 1 qram qızılın qiyməti 99 əyyar təmiz qızıl üçün 237.3 manat, 750 əyyar İtalya
20:15 72 Regionların inkişafı davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın regionlarının sosial-iqtisadi inkişafı istiqamətində mühüm nəticələr əldə olunub. Hazırda regional iqtisadi siyasətin əsas hədəfləri bölgələrdə iqtisadi aktivliyin artırılması, yeni iş yerlərinin açılması, bölgələrə daxili və xaric
14:30 210 ATATÜRK UNİVERSİTETİNDƏN HƏYAT RESEPTİ
Elm sərhədləri aşdı, Ərzurumun sabahları təminat altına alındı!. Tədqiqat Universitetlərinin Performans Qiymətləndirilməsində 13-cü sıraya yüksələn və Keyfiyyət göstəricisində Türkiyədə 3-cü olan Atatürk Universiteti təkcə akademik uğura deyil, həm də Ərzurum, Şərqi Anadolu və bütün Türkiyə adına stratej
13:23 171 "Həkim səhlənkarlığı ucbatından bu günə qaldım"
"Həkimlər sümüyümdən analiz götürəndə ombamı sındırdılar. Həm onkoloji xəstəlik, həm də sınıq üst-üstə gəldi. Məni onlar xəstə etdi. Həkim səhlənkarlığı ucbatından bu günə qaldım. Sümüyümdən 3 dəfə sümük qopartdılar. Yaşlı adamam da, sümük nə qədər tab gətirə bilər?! Bu mənim canımdan qopur da
14:57 248 Prezident Dubay Hakiminə başsağlı verdi
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu göndərib. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Qardaşınız - görkəmli dövlət xadimi Şeyx Əhməd bin Rəşid Al Məktumu
17:16 153 Tramp süni intellektin adını "super intellekt" olaraq dəyişdirmək istəyir
ABŞ Prezidenti Donald Tramp süni intellektin (AI) adının dəyişdirilərək bundan sonra "super intellekt" (SI) adlandırılmasını təklif edib. Tramp bu fikri BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında çıxışı zamanı səsləndirib. O bildirib ki, "süni" sözü texnologiyanı olduğunda
21:15 1 Hörmüzdə gəmi vuruldu, yanğın başladı
Hörmüz boğazından keçən tanker naməlum obyekt tərəfindən vurulub. xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Dəniz Ticarəti Əməliyyatları (UKMTO) təşkilatı məlumat yayıb. Bildirilib ki, karqo gəmisinə hücumdan sonra yanğın başlayıb. Nəticədə iki nəfər xəsarət alıb, gəmi heyəti təxliyə edilib. Ətra
20:45 1 Martin Ryan azadlığa buraxıldı
Prezident İlham Əliyevin Sərəncamı ilə əfv edilmiş fransalı məhkum Martin Ryan azadlığa buraxılıb. "Qafqazinfo" xəbər verir ki, xarici məhkum bir az əvvəl Lənkərandakı cəzaçəkmə müəssisəsindən azad edilib. Qeyd edək ki, M.Ryan bu ilin martında casusluqda təqsirli bilinərək 10 il müddətinə azadlıqda
16:30 164 Qonşunun həyətindəki səs-küy narahat edirsə, qanuni nə etmək olar? - CAVAB
ın "Bir sual, bir cavab" rubrikasının bu dəfəki mövzusu qonşuunn həyətindəki səs-küyün digər qonşunu narahat etməsi ilə bağlıdır. Qonşunun həyətindəki səs-küy bizi narahat edirsə, qanuni olaraq nə etmək olar? . Mülki Məcəllənin 171.1-ci maddəsinə əsasən, torpaq sahəsinin və ya digər daşınma
19:15 112