"Layihənin geosiyasi və regional aspektləri xüsusilə diqqətəlayiqdir" - BƏHRUZ MƏHƏRRƏMOV

"Layihənin geosiyasi və regional aspektləri xüsusilə diqqətəlayiqdir" - BƏHRUZ MƏHƏRRƏMOV"Məlumdur ki, Azərbaycanın iqtisadi inkişaf modeli son illərdə yalnız mövcud resursların idarə olunması ilə kifayətlənməyib, gələcəyin qlobal çağırışlarına cavab verən, çevik və yüksək əlavə dəyər yaradan yeni sənaye sütunlarının inşasına yönəlmişdir. Prezident İlham Əliyevin "2027-2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədəki nitqi ölkəmizin postneft erasındakı strateji yol xəritəsinin keyfiyyətcə yeni və iddialı bir mərhələsini şərtləndirir". Bu sözləri BiG.AZ-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov bildirib.
"Layihənin geosiyasi və regional aspektləri xüsusilə diqqətəlayiqdir" - BƏHRUZ MƏHƏRRƏMOVOnun sözlərinə görə, günün qlobal mənzərəsinə nəzər saldıqda, dünyada enerji və xammal təhlükəsizliyi məsələlərinin kəskinləşdiyi, təchizat zəncirlərinin pozulduğu bir şəraitdə Azərbaycanın öz təbii potensialını dəqiq planlaşdıraraq fəaliyyətə keçməsi mühüm strateji gedişdir: "Dövlət başçısının vurğuladığı kimi, son 20 ildə reallaşdırılan təməl infrastruktur layihələri - ölkədə qazlaşdırmanın 96 faizə çatdırılması, ehtiyat elektrik generasiya güclərinin yaradılması və güclü nəqliyyat logistikasının qurulması olmasaydı, bu gün dağ-mədən və metallurgiya kimi maliyyə və enerji tutumlu sahələrin inkişafından söz açmaq mümkün olmazdı. Azərbaycan məhz cənab İlham Əliyevin müdrik yanaşması və qətiyyəti ilə çoxsaylı maneələrə baxmayaraq vaxtında atdığı addımlarla özünü enerji qıtlığından nəinki sığortalamış, üstəlik enerji təhlükəsizliyinin təminatçısı kimi bir çox ölkələr üçün etibarlı tərəfdaşa çevrilmişdir.

Bu çərçivədə təqdim olunan yeni Dövlət Proqramının analitik mahiyyəti ilk növbədə onun cəmi 4 illik müddəti əhatə edən, olduqca konkret, icra və nəzarət mexanizmləri dəqiq müəyyənləşdirilmiş çevik strategiya olmasındadır. Əsas neft yataqlarında hasilatın təbii azalması fonunda qeyri-neft sənayesinin 5,4 faizlik artım nümayiş etdirməsi, iqtisadiyyatın ağırlıq mərkəzinin məhz sənayeləşməyə doğru uğurla sürüşdüyünü göstərir. Lakin dövlətin hədəfi yalnız yerüstü və ya yeraltı resursları sadə xammal kimi xaricə satmaq deyil, ölkə daxilində tam emal və dəyər zənciri formalaşdırmaqdır.

Layihənin geosiyasi və regional aspektləri xüsusilə diqqətəlayiqdir. İşğaldan azad edilmiş Kəlbəcər, Laçın, Zəngilan və Ağdərə rayonlarında yerləşən, 30 il boyunca talana məruz qalmış qızıl, mis və molibden yataqlarının müasir geoloji metodu ilə reanimasiyası, eləcə də Naxçıvan Muxtar Respublikasında yeni kəşfiyyat dalğasının başlaması milli inkişafın, habelə Böyük Qayıdışın iqtisadi dayağını təşkil edəcək. Eynilə Qərb Sənaye Parkının yaradılması, Daşkəsən filiz yatağı bazasında pelet və briketlənmiş dəmir zavodlarının qurulması, Balakəndə Avropanın en zəngin yataqlarından olan "Filizçay" polimetal layihəsinin işə salınması və alüminium istehsalının 100 min tona çatdırılması ölkənin sənaye xəritəsini köklü şəkildə dəyişəcəkdir. İllik 1 milyard manatdan çox müsbət maliyyə effekti gözlənilən bu strategiya, 5 mindən çox yeni, daimi və yüksəkixtisaslı iş yerinin yaradılması deməkdir. Eyni zamanda dövlətin "AzerGold" vasitəsilə strateji yataqlarda nəzarəti saxlaması, özəl və xarici kapital üçün qapıları açıq elan etməsi balanslaşdırılmış investisiya mühitinin varlığından xəbər verir. Bütün bu nəhəng sənayeləşmə addımlarının mərkəzində isə ekoloji standartlara cavab vermək tələbinin qoyulması - "ən böyük sərvətimiz təbiətimizdir" prinsipi - dayanıqlı inkişafın təminatıdır.

Bu mənada, Prezident İlham Əliyevin rəhbərliyi altında təsdiqlənən bu proqram Azərbaycanın milli imkanlarını, texnoloji suverenliyini və iqtisadi müstəqilliyini maksimum dərəcədə genişləndirən, regionun ağır sənaye xəritəsində ölkəmizi mərkəzi aktora çevirən tarixi bir addımdır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 166   Tarix: 23 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"

Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi

22.09.2026 339
.

Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Avtomobillər aşdı - Video

Bu gün Bakı-Sumqayıt yolunun Abşeron rayonundan keçən hissəsində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, "Masazır dairəsi" adlanan yol qovşağının üzərindəki körpüdə minik avtomobili ilə yük maşını toqquşub. Zərbənin təsirindən avtomobillər metal arakəsmələrə çırpılara

12:52 64
.

Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar

12:16 105
.

Azərbaycana payız gəldi

Azərbaycanda astronomik payız başlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu an "payız bərabərliyi" adlanır. Beləliklə, Şimal yarımkürəsində astronomik payız, Cənub yarımkürəsində isə astronomi

10:13 136
.

Rubio: Tramp BMT-də Pezeşkianla görüşə hazırdır

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində müxtəlif ölkələrin liderləri ilə görüşməyə hazırdır. Bunu ABŞ dövlət katibi Marko Rubio NBC kanalına müsahibəsində bildirib. O, ABŞ tərəfinin İran Prezidenti Məsud Pezeşkianla da görüşə hazır olduğunu deyib. "Hazırd

22.09.2026 225
.

"Təbii ehtiyatların səmərəli istifadə olunması, qeyri-neft sektorunun inkişafı dövlətin əsas prioritetlərindən biridir" - RASİM QULİYEV

"Azərbaycanın həm verimli torpaqları, həm təbii ehtiyatları baxımından çox zəngin bir hissəsi artıq qırx ilə yaxın bir müddətdə istifadəmizden kənarda qalmışdı. Zəfər qələbəmizə qədərki müddətdə təbii sərvətlərimiz Ermənistan və beynəlxalq şirkətlər tərəfindən vəhşicəsinə istismar edilmiş, qiymətl

12:45 105
.

Vahid məktəbli forması: məqsəd, qaydalar və yanaşmalar - ARAŞDIRMA

Yeni tədris ilinin başlanması ilə şagirdlərin məktəb geyimi məsələsi yenidən diqqət mərkəzinə çevrilir. Vahid məktəbli formasının tətbiqi ilə bağlı həm valideynlər, həm də təhsil ictimaiyyəti arasında müxtəlif fikirlər mövcuddur. Məktəbli forması ilə bağlı əsas qaydalar Nazirlər Kabinetinin 17 mart 2022-c

09:28 147
.

Rusiyada təyyarə qəzaya uğrayıb, pilot xəsarət alıb

Rusiyanın Ulyanovsk vilayətində X-32 "Bekas" tipli yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə gündüz vaxtı Annenkovo-Lesnoye kəndi yaxınlığında baş verib. Hava gəmisi yaşayış binalarından uzaq əraziyə, açıq sahəyə düşüb v

22.09.2026 236
.

Öldüyü bilinən qadın qəfil dirildi

Çinin şimalındakı Hebey əyalətində qeyri-adi hadisə baş verib. Ailəsi tərəfindən öldüyü düşünülən 70 yaşlı qadın qəfil dirilib. xarici mediaya istinadla xəbər verir ki, qadın uzun illər beyin trombozu və xərçəng xəstəliyindən əziyyət çəkib. Həkimlər şişin müalicəsinin mümkün olmadığını bildirdikdən sonr

22.09.2026 268
.