Məktəbli forması ilə bağlı yeni tələblər: Hansı geyimlərə icazə verilməyəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblərdə şagirdlərin geyimi ilə bağlı yeni qaydalar müəyyənləşdirilib. Nazirlər Kabinetinin son qərarı ilə məktəbli formasının vahidliyini pozan və təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilməyəcək.
Yeni tələblər valideynlərin də üzərinə müəyyən məsuliyyət qoyur. Bəs yeni qaydalar konkret olaraq hansı geyimlərə şamil olunacaq və məktəblərdə bu tələblərə əməl olunmasına kim nəzarət edəcək?
Mövzu ilə bağlı təhsil eksperti Çingiz Səfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, məktəbli formasına yalnız geyim məsələsi kimi yanaşmaq doğru olmaz. Burada əsas məqsəd məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim mədəniyyətinin formalaşdırılmasıdır. Eyni zamanda vahid məktəbli forması məktəbin ümumi mühitinə, şagirdlər arasında münasibətlərə və sosial adaptasiyaya təsir edən amillərdən biridir. Onun sözlərinə görə, məktəbin əsas prinsiplərindən biri bərabərlik olmalıdır: "Uşaqlar ailələrinin maddi imkanlarından, sosial statusundan, etnik və ya dini mənşəyindən asılı olmayaraq məktəbə ilk növbədə şagird kimi gəlirlər. Eyni parta arxasında əyləşən uşaqlar arasında geyim və xarici görünüş üzərindən sosial fərqlərin qabardılmaması xüsusilə vacibdir. Vahid forma bu fərqlərin məktəb mühitinə daşınmasını müəyyən qədər məhdudlaşdırır və uşaqların geyim üzərindən müqayisə və ayrı-seçkiliklə üzləşməsi riskinin azalmasına xidmət edir. Digər mühüm məsələ dövlət təhsil sisteminin dünyəvi xarakter daşımasıdır. Məktəb müxtəlif ailələrdən və fərqli sosial-mədəni mühitlərdən gələn uşaqlar üçün ortaq, neytral və inklüziv məkan olmalıdır. Vahid geyim qaydaları da bu ümumi məktəb mühitinin qorunmasına xidmət edən vasitələrdən biri kimi qiymətləndirilə bilər.
Məktəbli forması, eyni zamanda, uşaqlarda məktəbə və kollektivə aidlik hissinin formalaşmasına, müəyyən qaydalara əməl etmək vərdişinin yaranmasına və məsuliyyət hissinin güclənməsinə kömək edir. Təbii ki, burada əsas şərt formanın uşaqların yaş xüsusiyyətlərinə uyğun, rahat, praktik və gündəlik istifadə üçün əlverişli olmasıdır. Forma uşağa əlavə çətinlik yaratmamalı, əksinə, onun məktəb həyatını daha rahat etməlidir.
Bu məsələdə məktəb və valideyn əməkdaşlığı da xüsusi əhəmiyyət daşıyır. Məktəbdə müəyyən edilmiş daxili nizam-intizam və geyim qaydalarına əməl olunması yalnız şagirddən tələb edilən məsuliyyət deyil. Valideyn, məktəb və şagird bu qaydaların məqsədini düzgün anlamalı və qarşılıqlı əməkdaşlıq etməlidir.
Nəticə etibarilə, vahid məktəbli geyiminin mahiyyəti hamını sadəcə eyni geyindirmək deyil. Əsas məqsəd məktəbdə sosial fərqlərin mümkün qədər arxa plana keçdiyi, uşağın özünü kollektivin bərabərhüquqlu üzvü kimi hiss etdiyi, diqqətin geyimə deyil, təhsilə və şagirdin inkişafına yönəldiyi sağlam məktəb mühiti yaratmaqdır".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 145 Tarix: 23 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞəmkirdə 13 il əvvəlki qətlin ÜSTÜ AÇILDI
Prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. DİN və Baş Prokuroruluğun mətbuat xidmətlərindən -a daxil olan birgə məlumata görə, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanı
22.09.2026 265 Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Avtomobillər aşdı - Video
Bu gün Bakı-Sumqayıt yolunun Abşeron rayonundan keçən hissəsində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, "Masazır dairəsi" adlanan yol qovşağının üzərindəki körpüdə minik avtomobili ilə yük maşını toqquşub. Zərbənin təsirindən avtomobillər metal arakəsmələrə çırpılara
12:52 64 Prezident onu təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,. Əziz Qardaşım,. 23 Sentyabr - Krallıq Elan Edilməsi Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınız
11:31 112 "Yaxın Şərqdə yeni güc balansı formalaşır və Türkiyə bu balansın kənarında deyil, bilavasitə içərisindədir" - BƏHRUZ QULİYEV
"Türkiyə Xarici İşlər naziri Hakan Fidanın Səudiyyə Ərəbistanının təhlükəsizliyi ilə bağlı son açıqlamasına yalnız Türkiyə-Səudiyyə münasibətləri çərçivəsində baxmaq düzgün olmazdı. Burada daha böyük və daha ciddi regional proses gedir. Hakan Fidan açıq şəkildə bildirib ki, Səudiyyə Ərəbistanını
12:24 146 Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər
Merkuriyə doğru hərəkət edən "BepiColombo" kosmik missiyasının toplayacağı məlumatlar Ayın yaranması ilə bağlı yeni ipucları verə bilər. Tədqiqatçılar planetlərin formalaşdığı dövrdə baş verən nəhəng toqquşmaların Yerin təbii peykinin yaranmasında hansı rolu oynadığını aydınlaşdırmağa çalışırlar
22.09.2026 232 Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər: aktiv edin
Müasir smartfonlar yalnız zəng etmək və mesaj göndərmək üçün nəzərdə tutulmayıb. Təhlükəli vəziyyətdə bu cihazlar təcili xidmətlərlə əlaqə saxlaya, istifadəçinin yerini ötürə, yaxınlarını məlumatlandıra və mümkün təhlükə barədə xəbərdarlıq edə bilər. xarici mediaya istinadla xəbər verir ki, "Popula
22.09.2026 290 Varşava Ukraynada muzdlu əsgərlər legionu yaratdığını təkzib etdi
Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış Ukraynada döyüşən Polşa muzdlularının iştirakını təkzib edib. xəbər verir ki, RİA Novosti siyasətçinin sözlərini sitat gətirib. Brifinq zamanı jurnalistlər nazirdən Polşanın Ukraynadakı döyüşlərdə iştirak etmək üçün beynəlxalq muzdlu əsgərlər legionu yaradıb-yaratmadığın
12:07 99 Öldüyü bilinən qadın qəfil dirildi
Çinin şimalındakı Hebey əyalətində qeyri-adi hadisə baş verib. Ailəsi tərəfindən öldüyü düşünülən 70 yaşlı qadın qəfil dirilib. xarici mediaya istinadla xəbər verir ki, qadın uzun illər beyin trombozu və xərçəng xəstəliyindən əziyyət çəkib. Həkimlər şişin müalicəsinin mümkün olmadığını bildirdikdən sonr
22.09.2026 268 İlk Homo sapiensin üzü necə görünürdü?
Bir vaxtlar Afrika neandertalı hesab edilən Cəbəl İrhud fosilləri bu gün ən qədim Homo sapiens nümunələri arasında göstərilir. Müxtəlif fərdlərə aid hissələrin rəqəmsal şəkildə birləşdirilməsi ilə hazırlanmış yeni model ilk əcdadlarımızın üzünün necə göründüyünə dair diqqətçəkən təsəvvür yaradır. Qaynarinf
22.09.2026 560