Azərbaycanın metallurgiya strategiyası: xammaldan hazır məhsula

Azərbaycanın metallurgiya strategiyası: xammaldan hazır məhsula"Metallurgiya sahəsinin inkişafına dair Dövlət Proqramının əsas iqtisadi əhəmiyyəti Azərbaycanın xammal ixrac edən ölkədən daha çox əlavə dəyər yaradan sənaye ölkəsinə çevrilməsi baxımından qiymətləndirilə bilər. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə proqramın 2027-2030-cu illəri əhatə etdiyi, dağ-mədən sektorunda geoloji kəşfiyyatın aparılması, yeni yataqların işlənməsi və metallurgiya istehsalının genişləndirilməsinin nəzərdə tutulduğu açıqlanıb".

Bunu BiG.AZ-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

O, qeyd edib ki, burada əsas məsələ filiz və digər mineral xammalın yalnız hasil edilərək xaricə satılması deyil, onun ölkə daxilində emal olunaraq yüksək əlavə dəyərli məhsula çevrilməsidir. Filizin çıxarılmasından polad istehsalına qədər formalaşan dəyər zəncirinin genişləndirilməsi maşınqayırma, tikinti materialları, kabel, metal konstruksiyalar, avadanlıq və digər sənaye sahələrinin inkişafına da əlavə imkanlar yarada bilər:
Azərbaycanın metallurgiya strategiyası: xammaldan hazır məhsula"Metallurgiyanın inkişafı eyni zamanda idxaldan asılılığın azalmasına xidmət edə bilər. Polad və müxtəlif metal məhsullarının daha böyük hissəsinin daxili istehsal hesabına təmin olunması valyuta axınının ölkə daxilində saxlanmasına, sənayenin təchizat imkanlarının genişlənməsinə şərait yarada bilər. Yerli metallurgiya müəssisələrinin tikinti, energetika, nəqliyyat və müdafiə sənayesinin xammal və material təminatında rolunun artması da bu baxımdan əhəmiyyətlidir.

Sahənin inkişafı investisiya və məşğulluq baxımından da yeni imkanlar yarada bilər. Mədənlərin işlənməsi, filiz emalı və metallurgiya müəssisələrinin yaradılması böyük kapital qoyuluşları tələb etməklə yanaşı, nəqliyyat, logistika, mühəndislik, xidmət və podrat sektorlarında əlavə iqtisadi fəallıq formalaşdıra bilər.

Digər tərəfdən, metallurgiyanın inkişafı Azərbaycanın qeyri-neft sənayesinin ixrac potensialının artırılması baxımından da əhəmiyyətlidir. Xammal əvəzinə polad, mis, alüminium və digər emal olunmuş məhsulların ixracının genişləndirilməsi ixrac strukturunun daha şaxələndirilmiş və dayanıqlı olmasına kömək edə bilər.

Bununla belə, əsas məqsəd yalnız istehsal həcminin artırılması deyil, iqtisadi səmərəliliyin təmin edilməsidir. Yataqların istismarı zamanı ekoloji tələblərə əməl olunması, su və enerji resurslarından səmərəli istifadə, müasir texnologiyaların tətbiqi və xammalın ölkə daxilində daha dərin emal edilməsi vacib şərtlərdir. Yalnız hasilatın artırılması iqtisadiyyatda gözlənilən əlavə dəyərin tam formalaşmasına imkan verməyə bilər.

Bu baxımdan metallurgiya sahəsinin inkişafına dair Dövlət Proqramı Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və sənaye potensialının gücləndirilməsi baxımından mühüm istiqamətlərdən biri kimi çıxış edə bilər. Əsas hədəf xammalın hasil edilərək satılması ilə kifayətlənməyən, onun ölkə daxilində emal olunaraq hazır məhsula çevrilməsini və ixrac edilməsini təmin edən daha geniş istehsal zəncirinin formalaşdırılmasıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 95   Tarix: 23 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Dağ-mədən sənayesinin genişlənməsi dövlət büdcəsinə daxilolmalar baxımından əhəmiyyətlidir" - PƏRVANƏ VƏLİYEVA

"Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illəri əhatə edəcək Dövlət Proqramı qısa vaxt ərzində iddialı hədəflərə çatmağı nəzərdə tutur. Bu, ilk növbədə regionların sosial-iqtisadi inkişafı üzrə dövlət strategiyası ilə sinerji təşki

11:19 174
.

Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə ilk məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə iclası zamanı şikayət üzrə prosesə baxılması nəzərdə tutulsa da, Çingiz Qənizadənin məhkəməyə gəlməməs

13:03 78
.

Qızıl neçəyədir?

Azərbaycanda qızılın sentyabrın 22-nə olan rəsmi qiymətləri bəlli olub. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7404.7410 manat təşkil edib. Növlərə və əyyarlara görə 1 qram qızılın satış qiyməti isə 99 əyyar təmiz qızıl üçün 238.07 manat, 750 əyyar İtalyan qızılı üçün 178.7

22.09.2026 235
.

Trampın reytinqi Respublikaçılarda narahatlıq yaradıb

ABŞ Respublikaçılar Partiyasının üzvləri noyabrın 3-də keçiriləcək ara seçkilərdə Konqresin hər iki palatasında çoxluğu qorumağa çalışarkən, prezident Donald Trampdan getdikcə daha çox uzaqlaşırlar. xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, respublikaçıla

11:22 124
.

Prezident daha bir dövlət proqramını təsdiqlədi

"Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, "Azərbaycan Respublikasınd

10:53 132
.

Öldüyü bilinən qadın qəfil dirildi

Çinin şimalındakı Hebey əyalətində qeyri-adi hadisə baş verib. Ailəsi tərəfindən öldüyü düşünülən 70 yaşlı qadın qəfil dirilib. xarici mediaya istinadla xəbər verir ki, qadın uzun illər beyin trombozu və xərçəng xəstəliyindən əziyyət çəkib. Həkimlər şişin müalicəsinin mümkün olmadığını bildirdikdən sonr

22.09.2026 268
.

Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı - Siyahı

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artırılıb. Axşam.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin saytında müvafiq bölmə yenilənib. Hazırda sistemdə olan plastik cərrahların sayı 46-dan 51-ə çatdırılıb. Siyahıya əlavə olunanlar Amin Müzakir oğlu Əliyev, Turab Qurba

22.09.2026 350
.

Tramp ABŞ-də döyüş sursatı istehsalının artırıldığını bəyan edib

ABŞ əhəmiyyətli dərəcədə sursat ehtiyatlarına malikdir və onların istehsalını artırır. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib. "Qorxaqlar və xainlər Birləşmiş Ştatların sursatının tükəndiyini deməyi sevirlər

22.09.2026 234
.

Tramp İran nümayəndələri ilə görüşmək istəyir

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının iclası çərçivəsində İran nümayəndələri ilə görüşməyə ümid edir. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Kanalın məlumatına görə, Tramp müşavirlərinə "şərtlər uyğun olarsa", Nyu-Yorkda İran rəsmiləri ilə görüş təşkil etmək istədiyini bildirib

11:36 118
.