Vahid məktəbli forması: məqsəd, qaydalar və yanaşmalar - ARAŞDIRMA

Vahid məktəbli forması: məqsəd, qaydalar və yanaşmalar - ARAŞDIRMAYeni tədris ilinin başlanması ilə şagirdlərin məktəb geyimi məsələsi yenidən diqqət mərkəzinə çevrilir. Vahid məktəbli formasının tətbiqi ilə bağlı həm valideynlər, həm də təhsil ictimaiyyəti arasında müxtəlif fikirlər mövcuddur. Məktəbli forması ilə bağlı əsas qaydalar Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri" haqqında Qərarı ilə müəyyən edilib.

Qərara əsasən, şagirdlər təsdiq olunmuş nümunələrə uyğun məktəbli forması geyinməli, geyim keyfiyyətli və sağlamlığa zərərli olmayan materialdan hazırlanmalıdır. 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli Qərarla isə bu qaydalara dəyişikliklər edilib. Yeni qaydalara əsasən, məktəbli formasının vahidliyini pozan və dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadə edilməsinə yol verilmir. Milli və mədəni tədbirlər zamanı isə Pedaqoji Şuranın qərarı ilə milli geyim və ya onun elementlərindən istifadə oluna bilər.

Bəs məktəbli geyiminin seçilməsi zamanı nələrə diqqət etmək lazımdır və vahid geyim məktəb meühutinə necə təsir göstərir?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev vahid məktəbli formasının şagirdlər arasında münasibətlərə və məktəb mühitinə təsiri ilə bağlı fikirlərini bölüşüb.
Vahid məktəbli forması: məqsəd, qaydalar və yanaşmalar - ARAŞDIRMA"Vahid məktəbli forması təhsilalanların adaptasiyasını asanlaşdırmaqla yanaşı, inklüzivliyi təmin edir və şagirdlər arasında bullinq və stiqmatik yanaşmaların qarşısını alır. Şagirdlərin hər biri fərqli sosial-iqtisadi imkanlara malik ailələrdəndir. Məktəbdə vahid məktəbli formasının tətbiqi isə şagirdlərin fərqli geyimlərinin ön plana çıxmasına imkan vermir. Bundan əlavə, rahat və səliqəli geyim olduğuna görə şagirdlər özlərini yaxşı hiss eləyir və daha çox dərsə fokuslanır.

Şeyx Nizaminin təbirincə desək, "Qüdrət elmdədir, başqa cür heç kəs heç kəsə üstünlük eyləyə bilməz". Əsas meyar geyim üzərindən fərqliliklər yox; bilik, bacarıq, çalışmaq və zəhmət olmalıdır."-deyə bildirib".

Məktəbli formasının tətbiqi yalnız şagirdlərin xarici görünüşünün vahidliyini təmin etməklə məhdudlaşmır. Təhsil eksperti Əmrah Həsənlinin fikrincə, vahid forma məktəb mühitində nizam-intizamın, birlik və mənsubiyyət hissinin formalaşmasına da təsir göstərir.
Vahid məktəbli forması: məqsəd, qaydalar və yanaşmalar - ARAŞDIRMA"Məktəbli formasını yalnız sadə bir geyim və yaxud vizual görünüş məsələsi kimi qiymətləndirmək prosesə çox səthi yanaşma olardı. Vahid məktəbli forması əslində məktəb mədəniyyətinin, daxili korporativ ruhun və təhsil mühitinin ayrılmaz bir hissəsidir. Şagird bu formanı geyindiyi andan etibarən psixoloji olaraq məktəb divarları arasında olduğunu, müəyyən nizam-intizam qaydalarına riayət etməli olduğunu və müqəddəs bir missiyanı - təhsil almaq missiyasını daşıdığını dərk edir. Bu geyim uşaqda məhz akademik mühit hissiyyatı formalaşdırır."

O qeyd edib ki, digər tərəfdən, geyim forması məktəbin kimliyini və mənsubiyyət duyğusunu təcəssüm etdirir. Şagirdlər eyni formanı daşımaqla özlərini vahid bir kollektivin, böyük bir təhsil ailəsinin bərabərhüquqlu üzvü kimi hiss edirlər. Onun sözlərinə görə, uşaqlarda komanda ruhunu, birgəyaşayış mədəniyyətini və öz təhsil ocağına bağlılığı gücləndirir. Eyni zamanda vahid geyim məktəb mühitində xarici görünüş rəqabətini aradan qaldıraraq, daxili intizama, məsuliyyət hissindən və qaydalara hörmət vərdişlərini formalaşdırır"

Vahid məktəbli formasının tətbiqi ilə bağlı digər mühüm məsələ isə geyimlərin keyfiyyəti və müəyyən edilmiş standartlara uyğunluğudur. Bununla bağlı Bakı Tikiş Evi (BTE) ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov fikir bildirib:
Vahid məktəbli forması: məqsəd, qaydalar və yanaşmalar - ARAŞDIRMA" Bu formaların istehsalı üçün lazım olan bütün parametrlər: dizayn, modeli, onun rəngləri, parçasının tərkibi, her bir şey Nazirlər Kabinetinin qərarında nəzərdə tutulub. Məsələn, məktəb formalarının materialı şalvar, ətək və jaketlər üçün 60% yun, 40% poliester nəzərdə tutulub. Polo köynəklər isə 100% pambıq parçadan olmalıdır. Bu materialları biz Belarusiya, Türkiyə və Özbəkistandan gətiririk. Onların hamısının uyğunluq sertifikatı var. Ona görə də bizim istehsal elədiyimiz məktəbli formaları çox rahatlıqla geyinilir, heç bir, demək, əks təsiri ola bilməz. valideynlərə mən həmişə deyirəm ki, valideynlər qoy, demək, fabrik istehsalı olan mal alsınlar. Fabrik istehsalı malların keyfiyyəti də, bütün parametrlərdə hər şeyi dəqiq yoxlanılır və satışa çıxarılır."

Beləliklə, vahid məktəbli formasının tətbiqi yalnız şagirdlərin xarici görünüşündə vahidliyin təmin olunması ilə deyil, həm də məktəb mühitində bərabərlik, nizam-intizam və mənsubiyyət hissinin formalaşdırılması ilə əlaqələndirilir. Bununla yanaşı, məktəbli geyimlərinin seçilməsi zamanı onların keyfiyyətinə, rahatlığına və müəyyən edilmiş standartlara uyğunluğuna diqqət yetirilməsi vacibdir.

Fidan Ağayeva


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 109   Tarix: 23 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur"

"Ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu gün bizə təqdim ediləcək. Proqramın hazırlanması üçün mən bir müddət bundan əvvəl - aprelin əvvəlində müvafiq Sərəncam imzalamışam". "Qafqazinfo" xəbər veri

22.09.2026 205
.

Məktəbli forması sadəcə geyim deyil: Dövlətçilik mədəniyyəti necə formalaşır?

"Yeni tədris ilinin ilk günlərində məktəblərin qarşısında diqqəti çəkən mənzərələrdən biri məktəbli formasıdır. Eyni məktəbin şagirdləri vahid geyimdə dərsə gəlir, məktəbin həyətində, küçədə və tədbirlərdə bir kollektivin üzvləri kimi görünürlər. İlk baxışda bu, sadəcə geyim məsələsi təsiri bağışlay

22.09.2026 207
.

Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı

Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirili

22.09.2026 322
.

Bakıda ətin qiyməti 19 manat oldu

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin

22.09.2026 212
.

İsraildən Ərdoğana "xəbərdarlıq": Bir israilli əsgər...

Mən buradan HƏMAS terror təşkilatını və onun tərəfdarlarını - İrandan Ərdoğana qədər - xəbərdar edirəm. xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrail Katz deyib. "Əgər hətta bir israilli əsgər və ya mülki şəxs qaçırılarsa, Qəzza şəhəri, oradakı evlər və "terror qüllələri" ilə birlikd

22.09.2026 292
.

Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub

Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidenti Donald Trampın ev sahibliyi keçirilən qəbulda iştirak edib. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb. Qəbul 8 avqustda keçirilmiş Vaşinqton Sammiti və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasında

10:16 57
.

Öldüyü bilinən qadın qəfil dirildi

Çinin şimalındakı Hebey əyalətində qeyri-adi hadisə baş verib. Ailəsi tərəfindən öldüyü düşünülən 70 yaşlı qadın qəfil dirilib. xarici mediaya istinadla xəbər verir ki, qadın uzun illər beyin trombozu və xərçəng xəstəliyindən əziyyət çəkib. Həkimlər şişin müalicəsinin mümkün olmadığını bildirdikdən sonr

22.09.2026 255
.

Prezidentdən forum iştirakçılarına - Müraciət

Azərbaycan Prezidenti İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli Forum iştirakçıları!. Sizi "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlı

22.09.2026 203
.

Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"

Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi

22.09.2026 303
.