Nazirlər Kabinetindən məktəbli formaları ilə bağlı yeni qərar - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblərdə şagirdlərin geyimi ilə bağlı yeni qaydalar müəyyənləşdirilib. Nazirlər Kabinetinin yeni qərarı ilə məktəbli formasının vahidliyini pozan geyim elementlərinin istifadəsinə məhdudiyyət qoyulub.
Qərarda valideynlərin də övladlarının müəyyən edilmiş geyim tələblərinə riayət etməsini təmin etməli olduğu qeyd olunub.
Mövzu ilə bağlı təhsil eksperti Əlmusa Atamaliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, mən hesab edirəm ki, vahid məktəbli forması məsələsinə yalnız geyim məsələsi kimi yanaşmaq düzgün deyil. Burada söhbət, əslində, məktəbdə formalaşdırmaq istədiyimiz mühitdən, uşaqlar arasında münasibətlərdən və təhsil fəlsəfəsindən gedir. Onun sözlərinə görə, məktəb hər şeydən əvvəl uşaqların özlərini rahat, təhlükəsiz və bərabər hiss etdikləri bir mühit olmalıdır: "Şagirdin hansı ailədən gəlməsi, valideynlərinin maddi imkanlarının hansı səviyyədə olması onun məktəbdəki mövqeyinə və digər uşaqlardan fərqlənməsinə səbəb olmamalıdır. Vahid məktəbli forması bu baxımdan müəyyən qədər sosial fərqlərin görünürlüğünü azaltmağa və uşaqlar arasında bərabərlik hissini gücləndirməyə xidmət edə bilər.
Uşaqlar məktəbə təhsil almağa gedirlər. Təbii ki, onların geyim zövqləri və fərdi seçimləri ola bilər, amma məktəb mühitinin də öz qaydaları olmalıdır. Necə ki, məktəbdə dərsə vaxtında gəlmək, daxili intizam qaydalarına riayət etmək tələb olunur, geyim məsələsində də müəyyən ümumi standartın olması normaldır.
Burada başqa vacib məqam da ondan ibarətdir ki, vahid forma uşağın şəxsiyyətini və fərdiliyini aradan qaldırmamalıdır. Məktəbli forması rahat, praktik, uşağın yaş xüsusiyyətlərinə uyğun və gündəlik istifadəyə yararlı olmalıdır. Forma sırf formal tələbə çevrilərsə və uşağın rahatlığı nəzərə alınmazsa, bu zaman onun məqsədi ilə tətbiqi arasında müəyyən ziddiyyət yarana bilər.
Hesab edirəm ki, bu məsələdə valideynlərin sosial və iqtisadi imkanları da mütləq nəzərə alınmalıdır. Məktəbli formasının ailələr üçün əlavə və ağır maliyyə yükünə çevrilməməsi vacibdir. Forma sadə, əlçatan və mümkün qədər ilboyu praktik istifadə edilə bilən prinsiplər əsasında müəyyənləşdirilməlidir.Eyni zamanda, məktəbli geyimi dünyəvi və inklüziv təhsil mühitinin prinsiplərinə uyğun olmalıdır. Məktəb bütün uşaqlar üçün ortaq məkandır və burada əsas məqsəd heç bir şagirdin mənşəyinə, sosial statusuna və ailəsinin imkanlarına görə fərqləndirilməməsidir.
Məncə, ən vacib məsələ qaydanın özündən daha çox onun necə tətbiq olunmasıdır. Uşaqlara forma geyinmək sadəcə "qayda belədir" yanaşması ilə izah edilməməlidir. Onlara bunun məktəb mədəniyyətinin, kollektivə aidliyin və ümumi məsuliyyətin bir hissəsi olduğu izah edilməlidir.
Vahid məktəbli formasını mən təhsil prosesinin əsas məqsədi kimi deyil, məktəb mühitinin təşkilinə xidmət edən vasitələrdən biri kimi qiymətləndirirəm. Əsas olan uşağın məktəbdə özünü təhlükəsiz, rahat və bərabər hiss etməsidir. Forma da məhz bu məqsədə xidmət etdiyi halda öz funksiyasını yerinə yetirir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 183 Tarix: 22 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137