Vahid məktəbli forması nizam-intizama necə təsir edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəbli formaları ilə bağlı yeni qərar qəbul edilib. Yeni qaydalara əsasən, şagirdlərin müəyyən edilmiş geyim formasının vahidliyini pozan geyim elementlərindən istifadəsinə yol verilməyəcək.
Qərarla valideynlərin də övladlarının müəyyən edilmiş məktəbli formasına riayət etməsini təmin etməsi nəzərdə tutulur.
Mövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, məktəbdə nizam-intizam yalnız dərs zamanı sakitliyin qorunması və qaydalara əməl olunması demək deyil. Onun sözlərinə görə, nizam-intizam həm də şagirdin məktəb mühitinə münasibətində, davranışında, məsuliyyətində və ümumi məktəb qaydalarına yanaşmasında özünü göstərir: "Bu baxımdan vahid məktəbli geyim formasının tətbiqi məktəb mühitində müəyyən müsbət dəyişikliklər yarada bilər.
Vahid forma ilk növbədə məktəbdə səliqə və qayda anlayışını gücləndirir. Şagird məktəbə hansı geyimlə gəlməli olduğunu əvvəlcədən bilir və bu məsələdə fərdi yanaşmalar azalır. Geyimlə bağlı qaydaların hamıya eyni tətbiq edilməsi isə məktəbdə ümumi intizamın qorunmasına kömək edir. Şagird müəyyən edir ki, məktəb öz qaydaları olan xüsusi bir məkandır və həmin qaydalara əməl etmək onun gündəlik məsuliyyətlərindən biridir.
Vahid geyim formasının başqa bir əhəmiyyətli tərəfi şagirdlər arasında xarici görünüş və geyim üzərindən yaranan fərqləri azaltmasıdır. Bahalı və ucuz geyimlərin müqayisəsi, marka və dəb yarışması məktəb mühitində bəzən şagirdlər arasında sosial fərqlərin daha qabarıq görünməsinə səbəb olur. Eyni forma bu fərqləri müəyyən qədər aradan qaldırır və diqqəti geyimdən təhsilə, davranışa və məktəb fəaliyyətinə yönəldir.
Forma həm də məktəbə mənsubluq hissini gücləndirə bilər. Eyni geyimdə olan şagirdlər özlərini vahid kollektivin üzvü kimi daha aydın hiss edirlər. Bu, məktəbin daxili mədəniyyətinin formalaşmasına, məktəb qaydalarına hörmətin və kollektiv məsuliyyətin artmasına müsbət təsir göstərə bilər.
Lakin vahid məktəbli formasını nizam-intizamın əsas şərti kimi qəbul etmək də doğru olmaz. Forma yalnız məktəb qaydalarının bir hissəsidir. Əgər məktəbdə müəllim və şagird münasibətləri sağlam qurulmayıbsa, qaydalar bütün şagirdlərə eyni tətbiq edilmirsə və davranışa nəzarət sistemli aparılmırsa, təkcə vahid forma intizam problemini həll edə bilməz.
Ona görə də vahid məktəbli forması məktəb qaydaları, müəllimlərin nümunəvi davranışı, şagirdlərə eyni münasibət, valideynlərlə əməkdaşlıq və düzgün təşkil olunmuş məktəb mühiti ilə birlikdə tətbiq edildikdə daha səmərəli nəticə verə bilər. Belə halda forma sadəcə geyim deyil, məktəb mədəniyyətinin və nizam-intizamın gündəlik görünən elementlərindən birinə çevrilir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 147 Tarix: 22 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVahid məktəbli forması: geyimdən daha böyük məsələ - məktəb mədəniyyəti, bərabərlik və tərbiyə
Məktəbli formasına münasibət cəmiyyətdə zaman-zaman müxtəlif müzakirələrə səbəb olur. Bir tərəfdən uşaqların fərdiliyi, rahatlığı və ailələrin seçim hüququ önə çəkilir, digər tərəfdən isə məktəb mühitində vahid standartın, intizamın, bərabərliyin və təhsil prosesinə uyğun geyim mədəniyyətinin qorunmasını
10:31 150 Paşinyan: Rusiya ilə münasibətlərimiz əvvəlki kimi olmayacaq
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Rusiya arasındakı münasibətlərin "qaçılmaz şəkildə dəyişəcəyini" bildirib. O qeyd edib ki, bu dəyişikliklər heç bir konkret şəxs və ya siyasi qüvvə ilə bağlı deyil. xəbər verir ki, Paşinyan bu barədə "Boon TV"yə müsahibəsində danışıb
10:45 142 Lavrov: Rusiya-Ermənistan dialoqu xalqların maraqlarına xidmət edir
Rusiya və Ermənistan arasında dialoqun davam etdirilməsi hər iki ölkənin xalqlarının maraqlarına xidmət edir. xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanı Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik edib. "Əminəm ki, Rusiya və Ermənistan xaric
10:40 131 Sərnişinlərə bildiriş göndəriləcək - avtobuslarda yeni sistem tətbiq olunur - NƏQLİYYAT EKSPERTİNDƏN AÇIQLAMA
İctimai nəqliyyatda sərnişinlərin rahatlığının artırılması istiqamətində yeni funksiyalar tətbiq edilir. " portalında artıq seçilən reysdə boş yer olmadıqda, yer yarandığı zaman sərnişinə avtomatik bildiriş göndərilməsi mümkündür. Bu yenilik fonunda isə ictimai nəqliyyatın idarə olunması ilə bağl
12:50 132 "Trump TV" fəaliyyətə başladı
ABŞ Prezidentinin Administrasiyası "Trump TV" adlanan xəbər kanalını işə salıb. "Qafqazinfo" "The Washington Sun" nəşrinə istinadən xəbər verir ki, platformada ilk olaraq Prezident Donald Trampın iki ay əvvəlki çıxışının videoçarxı yayımlanıb. ABŞ liderinin mətbuat katib
11:30 125 Şimali Koreya sərhədində partlayış: yaralılar var
Cənubi və Şimali Koreyanı ayıran Demilitarizasiya Zonasında (DMZ) naməlum qurğu partlayıb. xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb. Məlumata görə, partlayış səhər saatlarında DMZ-in qərb sektorunda Hərbi Demarkasiya Xəttinin cənubunda axtarış və kəşfiyyat əməliyyat
21.09.2026 232 Rusiya Ukraynanın bu obyektlərini vurdu
Ukraynada gecə saatlarında bir sıra mühüm obyektlərə zərbələr endirilib. Rusiya tərəfi hücumların logistika mərkəzləri, limanlar və hərbi yüklərin daşındığı gəmilərə qarşı həyata keçirildiyini açıqlayıb. "Yeni Sabah" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın Kiyev və Odessa vilayətlərind
21.09.2026 228 Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi
Bakıda həyat yoldaşını marketdə autizmli övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat
21.09.2026 358 Rus ordusu daha iki kəndi işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Polnaya və Novoaleksandrovka yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
21.09.2026 230