Alim Qasımovdan əl çəkin!
Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir?
Alim Qasımov bir sənətkar üçün vacib olan demək olar ki, hər şeyi edib. O, muğamı Azərbaycanın sərhədlərindən çıxarıb dünyanın ən böyük səhnələrinə aparan sənətkarlardandır. Beynəlxalq festivallarda mükafatlar qazanıb, UNESCO-nun Beynəlxalq Musiqi Mükafatına layiq görülüb, "İpək Yolu" kimi beynəlxalq layihələrdə iştirak edib, Azərbaycanın Xalq artisti və professoru adını daşıyır. Onun yaradıcılıq yolunda elə uğurlar var ki, bu gün bir çox sənətçinin ən böyük arzusu olaraq qalır. İndi isə bütün bunların qarşısına bir duet qoyub Alim Qasımovu mühakimə etmək istəyirlər. Nəyə görə? Çünki Üzeyir Mehdizadə ilə mahnı oxuyub?
Axı sənətkarın kimlə oxuyacağına tamaşaçı yox, sənətkarın özü qərar verir. Alim Qasımov da açıq şəkildə deyib ki, mahnının sözləri onun könlünə yatıb və Üzeyirlə əməkdaşlıq etmək istəyib. Hətta öz sözləri ilə desək, muğamı bir az "gəncləşdirmək" niyyətində olub.
Bəs Üzeyir Mehdizadə? Onu da yalnız zövqümüzə uyğun gəlmədiyi üçün kiçiltmək nə qədər doğrudur? Onun öz auditoriyası, öz musiqi dili və uzun illərdir davam edən yaradıcılıq fəaliyyəti var. Kiminsə musiqisini bəyənməmək tamamilə normaldır. Amma bəyənməmək başqa şeydir, həmin sənətçini dəyərsizləşdirmək tamam başqa.
Üstəlik, burada maraqlı bir məqam var: Alim Qasımov özü bu əməkdaşlığı istəyib. Deməli, söhbət kiminsə böyük sənətkarın adından istifadə etməsindən yox, iki fərqli musiqi dünyasının bir araya gəlməsindən gedir. Alim Qasımov kimi sənətkar Üzeyirin musiqisini bəyənibsə və onunla duet oxumaq istəyibsə, niyə oxumamalıdır?
Sənət tarixində müxtəlif janrların, fərqli nəsillərin və ayrı-ayrı musiqi üslublarının görüşündən çox maraqlı nəticələr doğulub. Bəzən belə əməkdaşlıqlar hamının zövqünə uyğun gəlmir. Bu, normaldır. Mahnını bəyənməmək olar, ifanı tənqid etmək olar, musiqi barədə mübahisə etmək olar. Amma bunun üçün Alim Qasımovun bütün yaradıcılıq yolunu sual altına almağa nə ehtiyac var?
Ən qəribəsi də budur ki, biz illərlə dünyaya təqdim etdiyimiz böyük sənətkarlarımızdan biri yeni nəsillə əməkdaşlıq edəndə bundan narahat oluruq. Halbuki muğamın yaşaması onun yalnız keçmişin repertuarında qalması ilə yox, yeni səslərlə, yeni musiqiçilərlə və yeni auditoriya ilə görüşməsi ilə mümkündür.
Alim Qasımov öz sənət məktəbini, öz adını, öz yerini çoxdan qazanıb. Onun bir duetə görə sənətkar kimi dəyəri nə artır, nə də azalır. İndi bəlkə də ondan əl çəkib mahnını sadəcə mahnı kimi dinləmək lazımdır.
Bəyənirsinizsə, dinləyin. Bəyənmirsinizsə, keçin. Amma bir sənətkarın ömrünü, yaradıcılığını və qazandığı böyük uğurları bir mahnının üzərindən mühakimə etməyin.
Alim Qasımovun kimlə duet oxumasından əvvəl, onun Azərbaycan musiqisi üçün nələr etdiyini xatırlamaq daha ədalətli olar.
Lalə Məmmədova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 112 Tarix: 21 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Ağdaşda silahlı insident baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini olan 51 yaşlı qadın qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib. Məlum olub ki, ona xəsarəti qonşuluqda yaşayan 14 yaşlı M.Ə yetirib. Belə ki, yeniyetmə küçə heyvanına tir tüfəng
11:16 192 Üzeyir Mehdizadədən tənqidlərə cavab
Müğənni Üzeyir Mehdizadə onu Xalq artisti Alim Qasımovla ifa etdiyi duetinə görə tənqid edənlərə cavab verib. Axşam.az xəbər verir ki, sənətçi yayımladığı videoaçıqlamada izləyicilərə səslənib. O bildirib ki, mahnıya mənfi rəy yazmaqdansa, onu dinləməyin:. "İzləmək və dinləmək istəməyənlərdən xahi
10:28 205 CNN, MS NOW və Politico Ağ Evə girişə görə Tramp administrasiyasını məhkəməyə verəcək
Prezident Donald Trampın Ağ Evə girişi qadağan etdiyi üç milli xəbər agentliyi - CNN, MS NOW və Politico - girişlərini bərpa etmək üçün Birinci Düzəliş üzrə məhkəmə iddiası qaldırıblar. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, təcili yardım tələbinin DC Rayon Məhkəməsində federal hakimin qarşısına çıxarılmas
14:58 72 Sədərəyi qoruyan "Fərqlilər": Onları birləşdirən Vətən sevgisi
Bu yazımı "Fərqlilər" adlandırmağım səbəbsiz deyil. Çünki orduda həm hərbçilər var, həm də döyüşçülər. Mənim bu dəfə "fərqlilər" adlandırdığım qəhrəmanlar könüllü döyüşçülərdir. O könüllülər ki, ürəkləri hər zaman Azərbaycan xalqı ilə bir döyünür. Onları yetişdirən bir amal, bir məqsə
13:07 150 Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib
Ağ Ev lideri Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin Vaşinqtona ötürülməsi barədə razılığa gəldiyini bildirib. "Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. "ABŞ-nin Qrenlandiyad
20.09.2026 199 "Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"
"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə
12:03 171 Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy
20.09.2026 193 Ermənistanda rusiyalı iş adamının şirkəti ilə bağlı yeni addım
Ermənistan Prezidenti Nikol Paşinyanın komandası rusiyalı iş adamı Samvel Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" şirkətini milliləşdirməyə çalışır. xəbər verir ki, TASS-ın məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov Yerevanın Rusiya biznesin
11:07 145 Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger
20.09.2026 246