"Alim Qasımov Baləli ilə də duet oxusun!" - Baba Vəziroğlu

"Alim Qasımov Baləli ilə də duet oxusun!" - Baba VəziroğluŞair, tərcüməçi Baba Vəziroğlu Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin birgə ifa etdiyi duetə münasibət bildirib.

Bu barədə "Yeni Sabah"a danışan şair duet haqqında fikirlərini bölüşərək layihəni müsbət qiymətləndirib və muğamın müasir musiqi ilə sintezinin vacibliyindən danışıb:

"Dueti mən də dinləmişəm və çox həzz almışam. Alimin özünün dediyi kimi, muğamı yavaş-yavaş müasirləşdirmək lazımdır. Alimin zövqü də, dəyəri də sənətkardır və zövqü palatka müğənnilərinin zövqü kimi deyil. Deməli, orada nəsə görüb ki, oxuyub. Üzeyiri də o axına sala bilib. Hər ikisi də dostumdur. Onlara uğurlar arzulayıram.

Bir dəfə də demişdim bu fikri ki, Üzeyir Hacıbəyov da, Üzeyir Mehdizadə də, Alim Qasımov da, Baləli də bizimkidir. Bir gün Alim Qasımov Baləli ilə də duet oxusa, pis alınmaz. Onsuz da Alim meyxana oxumağa meyillidir. Buna sevinərəm ki, yeni eksperimentlər gedir. Bəxtiyar Vahabzadə demiş, dünya fırlanır. Biz də yerimizdə qalmalı deyilik".

B.Vəziroğlu qeyd edib ki, tənqid yazanlar arxayın və bikar adamlardır:

"Bir professional kimi deyə bilərəm ki, sözlərdə bir az bayağılıq var. Yəni əsl şair sözləri deyil. Yenə də uğurlu layihədir. Məsələn, musiqini Ramiz Rövşənin sözləri ilə ortaya gətirə bilərdilər. Yenə də olanımıza şükür. Yəqin gələcəkdə bu məqamlar nəzərə alınacaq. Bu yarandısa, düşünürəm ki, davamı bundan da gözəl olacaq.

Tənqid yazanlara da biganə yanaşıram. Onlar arxayın və bikar adamlardır. Mən də ciddi bir şeylər paylaşanda belə altından bu cür rəylər yazırlar. Hər şeyə qulp qoymaq da bizim insanların əlamətlərindən biridir. Bikar adamlardan soruşsanız ki, siz bunu necə oxuyardınız? Cavab verə bilməyəcəklər. Çünki nə səs, nə də istedad var. Onların əsas peşəsi insanlara qulp qoymaqdan ibarətdir. Onlara da əhəmiyyət vermək lazım deyil. Alim Qasımov demiş, bəyənən sağ olsun, bəyənməyənin də Allah işini avand etsin. Mən də o fikirdəyəm".

Qeyd edək ki, Xalq artisti Alim Qasımov Üzeyir Mehdizadə ilə "Nəyindən narahatsan?" adlı duet oxuyub. Onların bu ifası sosial mediada müzakirələrə və tənqidlərə səbəb olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 988   Tarix: 21 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Soğanı kartofla bir yerdə saxlamayın: nəticəsi sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

Mətbəxdə ən çox istifadə olunan tərəvəzlərdən olan soğan və kartofu eyni yerdə saxlamaq rahat görünsə də, bu vərdiş onların daha tez xarab olmasına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, soğan və kartof eyni yeşikdə saxlanıldıqda ayrı-ayrılıqda saxlanılan məhsullarla müqayisədə dah

18:15 180
.

Türkiyədən gətirilən yükdə bəyan edilməyən mallar aşkarlanıb

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib. "APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. İdarənin "Qırmızı Körpü"

20:15 112
.

Məşhur müğənni toy tarixini açıqladı

Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb. Türkiyəli məşhur müğənni İrem Deric

19:15 168
.

Nizamsız parklanma təhlükə yaradır - AÇIQLAMA

Köhnə və yeni çoxmərtəbəli binalarda yanğın təhlükəsizliyi ilə bağlı çatışmazlıqlar müşahidə edilir. Hər ikisi üçün ən böyük problem binaların həyətlərində nəqliyyat vasitələrinin nizamsız parklanmasıdır. "Əksər binaların həyətlərinə operativ nəqliyyat vasitələrinin, xüsusilə yanğınsöndürmə və xilasetm

16:54 244
.

Dişləri fırçalayanda bu üç səhvi etməyin

Ağız boşluğuna gündəlik qulluq zamanı yol verilən bəzi vərdişlər diş minasının zədələnməsinə və diş ətlərinin iltihabına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, stomatoloqlar insanların ağız boşluğuna qulluq zamanı yol verdiyi üç geniş yayılmış səhvi açıqlayıblar. Çoxları bu vərdişləri

20:00 129
.

Ayı ana və qızını parçaladı

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı

19:00 174
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

17:43 173
.

iPhone, Samsung və Xiaomi telefonlarının radiasiya səviyyəsi - birinci hansıdır?

Populyar smartfonların radiotezlik enerjisinin udulma göstəriciləri müqayisə olunub. Təqdim edilən siyahıda baş nahiyəsi üzrə ən yüksək göstərici "iPhone 17"də qeydə alınıb 1,49 Vt "iPhone 16e" isə 1,48 Vt/kq nəticə ilə onu izləyib. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislə

18:30 172
.

Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər

Qətərdə ölkə daxilindəki məscidlərdə yağış üçün kollektiv dualar oxunacaq. "Qafqazinfo" xəbər verir ki, bunu Qətər Vəqflər və İslam İşləri Nazirliyi açıqlayıb. Bildirilir ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani də ölkə əhalisini quraqlıq dövrlərində yağış yağması üçün dua etməyə çağırıb

23:15 1
.