"Laven Kafe" 17 yaşlı gənci hər gün 17 saat işlətdi - Əmək haqqını tələb edəndə hədə-qorxu gəldilər (VİDEO)

"Laven Kafe" 17 yaşlı gənci hər gün 17 saat işlətdi - Əmək haqqını tələb edəndə hədə-qorxu gəldilər (VİDEO)"Laven Kafe"də çalışan 17 yaşlı Əliyev Rinat Elvin oğlu işlədiyi müddətdə əmək haqqının tam ödənilmədiyini bildirir.

"Real Azərbaycan" xəbər verir ki, Rinat Əliyev valideynlərinin icazəsi ilə, ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün Ağ Şəhərdə, 2-ci Yaşıl Ada, 3-cü Şərq küçəsində yerləşən "Laven Kafe"də aşpaz köməkçisi kimi işləyib.

Onun sözlərinə görə, 8 saatlıq iş vaxtından artıq, bəzi günlərdə isə 15-16 saat çalışıb. Rinat Əliyev iki smen işlədiyini və hər smen üçün 700 manat olmaqla ümumilikdə 1400 manat əmək haqqının nəzərdə tutulduğunu bildirir.

"Pulumu istəyəndə mənə 50-100 manat verirdilər. Dəfələrlə yazdım ki, pulumu verin, amma vermədilər. Mənə ‘sən köhnə işçisən, bizə əzizsən, kömək et’ dedilər, mən də kömək etdim.

Düşünürdüm ki, bu pulla 18 yaşımdan sonra özümə nəsə alaram, istəklərimin bir neçəsini həyata keçirərəm. Amma əmək haqqımı ala bilmədim", - deyə Rinat Əliyev bildirib.

17 yaşlı gənc həmçinin kafedə işlədiyi müddətdə mətbəxin qida təhlükəsizliyi standartlarına uyğun olmadığını bildirib. Rinat Əliyev məsələ ilə bağlı videomüraciət də yayıb.

"Real Azərbaycan" olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 100   Tarix: 21 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah 34 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağ

13:56 122
.

Pakistan Əfqanıstanda üç hədəfə endirilən hava hücumlarında 28 nəfərin öldüyünü bildirib

Pakistanın informasiya nazirliyi bazar ertəsi günü bildirib ki, Əfqanıstanda üç hədəfə endirilən hava zərbələri nəticəsində 28 "terrorçu" və intiharçı öldürülüb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Pakistan Əfqanıstanda Əfqan taliblərinin mövqelərinə zərbələr endirib. Müəllif: İlki

15:25 94
.

Somali sahillərində piratçılıq son 13 ilin rekorduna çatıb

Somali sahillərində piratçılıq 2013-cü ildən bəri ən yüksək səviyyəyə çatıb. xəbər verir ki, bu barədə İnterfaks Belçikanın RTBF telekanalına istinadən məlumat yayıb. Bildirilir ki, piratçılığın artmasına qismən İran və ABŞ arasındakı münaqişə səbəb olub. Jurnalistlərin fikrincə, Somali piratçılığını

10:57 145
.

Zaxarova: Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxır

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a müsahibəsində Rusiya və Gürcüstan arasında viza məhdudiyyətlərinin aradan qaldırılmasından danışıb. xəbər verir ki, Zaxarova Rusiya və Gürcüstan xalqlarının "bir-biri üçün darıxdığını" bildirib. Qeyd edək ki, Rusiya 15 may 2023-c

11:26 152
.

"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"

"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə

12:03 178
.

Alim Qasımovdan əl çəkin!

Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir

14:50 163
.

"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"

"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar

12:14 171
.

Cənab Prezidentin təhsil siyasəti: qurulan məktəblər, yetişən nəsil

"Bir ölkənin gələcəyinə verilən qiyməti onun məktəblərinə baxmaqla da müəyyən etmək mümkündür. Çünki məktəb yalnız dörd divardan ibarət bina deyil. Məktəb uşağın ilk böyük dünyası, müəllimin öz peşəsini həyata keçirdiyi məkan, valideynin övladının gələcəyinə ümid bağladığı ünvan, dövlətin isə gələcə

11:39 163
.

ABŞ-də dizelin qiyməti rekordu yeniləyib

ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd

20.09.2026 228
.