ELMİN NURİ: "Uşaqların eyni parta arxasında oturarkən bir-birindən seçilməməsi onların münasibətində də mühüm rol oynayır"

ELMİN NURİ: "Uşaqların eyni parta arxasında oturarkən bir-birindən seçilməməsi onların münasibətində də mühüm rol oynayır"Məktəblərdə şagirdlərin geyimi ilə bağlı yeni qaydalar müəyyənləşdirilib. Nazirlər Kabinetinin 21 sentyabr 309 nömrəli qərarı ilə məktəbli formalarının təsvirlərinə dəyişiklik edilib. Yeni qərarda vahid formanı pozan geyim elementləri ilə bağlı tələblər dəqiqləşdirilir.

Bəs dəyişikliklər məktəblərdə necə tətbiq olunacaq və yeni qaydalar valideyn və şagirdlər üçün nəyi dəyişəcək?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Elmin Nuri dəyişikliklərin məqsədi və məktəblərdə tətbiqi ilə bağlı fikirlərini bölüşüb:
ELMİN NURİ: "Uşaqların eyni parta arxasında oturarkən bir-birindən seçilməməsi onların münasibətində də mühüm rol oynayır""Nazirlər Kabinetinin "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında Qərarı təhsil sahəsində uzun zamandır ki, müzakirə edilən və birmənalı qarşılanmayan vacib məsələyə tam aydınlıq gətirmiş oldu.

Əvvəlcə ondan başlayaq ki, məktəbli geyimi məsələsi yalnız geyim mövzusu deyil, həm də təhsil fəlsəfəsi və sosial adaptasiya məsələsidir.

Məktəb mühiti üçün məktəbli forması sadəcə, geyim tərzi yox, həm də tədris intizamının ayrılmaz tərkib hissəsidir. Bugün dünyanın bir çox yüksək inkişaflı təhsil ölkələrinə diqqət etsəniz, orada məktəbli formalarının necə vacib faktor olduğunu görə bilərsiniz. Məktəb bəlli geyim forması ilə şagirdlərin hər birini eyni intellektual çətir altına yığır, onlara eyni dəyərlərin tərkib hissəsi olma təlqinini aşılayır.

Bu səbəbdən də aiddiyatı dövlət qərarını daha çox məhz şagird psixologiyasına müsbət təsir mexanizmi kimi dəyərləndirməliyik.

Beynəlxalq standartlarda bir detala gəlin, xüsusi diqqət edək: yəqin, siz də müşahidə etmisiniz, istər təhsili güclü olan ölkələrdə, istər təhsili geri qalan yerlərdə, istər iqtisadi baxımdan zəngin, istərsə də kasıb dövlətlərdə - hər yerdə məktəblərdə vahid geyim formasından istifadə edilir. Sizcə, təkcə bu detal vahid şagird geyim formasının nə dərəcədə vacib olmasından xəbər vermirmi? " .

Ekspertin sözlərinə görə, vahid məktəbli formasının əsas məqsədlərindən biri şagirdlər arasında sosial fərqlərin geyim üzərindən nümayişinin qarşısını almaq və məktəbdə bərabər təhsil mühiti yaratmaqdır:

"Məktəbli forması təhsil müəssisəsində vahid və səliqəli görünüş mədəniyyətini təşviq edir. Məqsəd məktəb mühitində rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyətinin formalaşdırılmasıdır.

Amma bunlar məsələnin görünən tərəfidir. Amma məsələnin görünməyən daha vacib, şüuraltı təlqin tərəfi də var. Şagird psixologiyası bu detalı hamıdan əvvəl sezir, hiss edir. Bu, bərabərlikdən də yana, özünü məktəbin bir parçası, hissəsi kimi görmək düşüncəsidir. Məktəb bu zaman şagirdin gözündə vahid sistem kimi görünür. O sistemdə şagird "mən də varam" düşüncəsi ilə daha özgüvənli hərəkət edə bilir.

Uşaqların eyni parta arxasında oturarkən bir-birindən seçilməməsi onların münasibətində də mühüm rol oynayır, eyni zamanda şagirdlər arasında sosial-iqtisadi fərqlərin qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmağa imkan yaradır".

Lalə Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 148   Tarix: 22 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Eyni soyadlı cütlüklər daha az boşanır

Eyni soyadı daşıyan cütlüklərin daha az boşandığı müəyyənləşib. Axşam.az xəbər verir ki, Demoqrafik və Ailə Araşdırmaları İnstitutunun araşdırmasına görə, fərqli soyadlı cütlüklər təxminən 50 faiz daha çox ayrılır. Bu tendensiya bütün yaş qruplarında müşahidə olunub. Belə nikahların orta hesabla 30 fai

10:22 154
.

Lavrov: Rusiya-Ermənistan dialoqu xalqların maraqlarına xidmət edir

Rusiya və Ermənistan arasında dialoqun davam etdirilməsi hər iki ölkənin xalqlarının maraqlarına xidmət edir. xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanı Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik edib. "Əminəm ki, Rusiya və Ermənistan xaric

10:40 141
.

"Yeni ulduz"un münsifləri və aparıcısı bəlli oldu

Xəbər verdiyimiz kimi, illər əvvəl yayımlanan səs-küylü "Yeni ulduz" layihəsi qayıdır. Bizim.Media "axşam.az"a istinadən xəbər verir ki, layihə "Regionun səsi" adı ilə ARB TV-də efirə gedəcək. Artıq yarışmanın seçimlərinə start verilib. Layihədə münsif kürsüsündə Əməkda

21.09.2026 389
.

"CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyuldu

Bakı Kommersiya Məhkəməsi "MF SET GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin brendi altında fəaliyyət göstərən "CHAI CITY Lounge and Tea House" restoranın icarə mübahisəsi ilə bağlı qərar qəbul edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə sənədinə görə, mübahisə 808 kvadratmetr sahəs

14:19 35
.

Stüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin

İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik

21.09.2026 266
.

Putin Paşinyanı Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Müstəqillik Günü münasibətilə Baş nazir Nikol Paşinyana təbrik göndərib. xəbər verir ki, Rusiya liderinin təbrik teleqramı Ermənistan Baş nazirinin rəsmi saytında dərc olunub. Putinin mesajında deyilir: "Hörmətli Nikol Vovayeviç, Ermənistan Respublikasını

10:58 151
.

Qarabağdakı tarixi irs mübahisəsi: Gəncəsər və Xudavəng məsələsinin tarixi kökləri

"Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura iki günlük səfər həyata keçirib. Prezident Administrasiyasının rəhbəri Hikmət Hacıyevin müşayiəti ilə keçirilən səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150-yə yaxın nümayəndə

14:07 69
.

Daşınmaz əmlak bazarında vergi yükü optimallaşdırılır - əsas gözlənti nədir?

"Daşınmaz əmlak bazarında vergi yükünün optimallaşdırılması yalnız vergilərin azaldılması kimi qiymətləndirilməməlidir. Burada əsas məqsəd vergi sisteminin bazardakı real iqtisadi proseslərə uyğunlaşdırılması, investisiyaların təşviqi, əməliyyatların şəffaflığının artırılması və vətəndaşlar, eləc

13:25 119
.

Dünya xəritəsində yeni okean yarana bilər - Afrikanın parçalanması sürətlənib

Geoloqlara çoxdan məlumdur ki, Afrika gec-tez iki hissəyə parçalanacaq. Lakin ABŞ-ın Kolumbiya Universitetinin tədqiqatçıları indi bu prosesin əvvəl düşünüləndən xeyli irəlilədiyi qənaətinə gəliblər. Aktiv rift zonası "kritik" nöqtəyə çatıb və yaxın gələcəkdə parçalanma baş verə bilər. Bu ba

21.09.2026 259
.