"Kurtlar Vadisi"nin "Ömer Baba"sından şok etiraf: "Şaşmaz qardaşları dürüst adamlar deyil"
Türkiyə televiziya tarixinin ən məşhur seriallarından olan "Kurtlar Vadisi"ndə "Ömer Baba" obrazını canlandıran aktyor Emin Olcay illər sonra çəkiliş meydançasında baş verənlərlə bağlı diqqətçəkən iddialar səsləndirib.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, Emin Olcay müsahibəsində serialın çəkilişləri zamanı yaşanan gərginliklərdən, prodüser Osman Sınavın təhlükəsizlik tədbirlərindən və layihənin başqa komandaya təhvil verilməsi prosesindən danışıb.
Aktyor bildirib ki, serialın ilk illərində qeyri-adi hadisələrin şahidi olub. O, Osman Sınavın layihəni qəfil Raci Şaşmaza təhvil verməsini təəccüblə qarşıladığını deyib.
Olcayın sözlərinə görə, bir dəfə səsləndirmə üçün Osman Sınavın ofisinə gedərkən ətrafda çoxsaylı cip görüb. O, həmçinin çəkilişlərdən birində Sınavın üzərində silah gördüyünü iddia edib və bunu həmin dövrdə təhlükəsizlik məqsədilə atılan addım kimi izah edib.
Emin Olcay daha sonra Necati Şaşmaz və Raci Şaşmaz haqqında sərt fikirlər səsləndirib. Aktyor onların ona və həyat yoldaşına qarşı ədalətsiz davrandıqlarını iddia edib.
"Mən 12 il serialda çəkildim, amma bazar qiymətlərindən çox aşağı qonorar alırdım. Teatrdan olan tələbələrim belə məndən daha çox qazanırdı. Raci ilə pul məsələsini hər dəfə danışanda "vəziyyətimiz çox pisdir", deyirdi", - Olcay bildirib.
Aktyor çəkiliş meydançasında psixoloji təzyiqlə üzləşdiyini də irəli sürüb. Onun sözlərinə görə, Necati Şaşmaz bəzən ona necə oynamağı izah etməyə çalışıb:
"Mən həyatımı aktyorluğa həsr etmişəm. Necati isə aktyorluğa məhz bu serialla başlayıb. Buna baxmayaraq, mənə "belə oyna" deyə rol izah edirdi".
Olcay serialdan ayrılmaq istədiyi zaman ona dörd bölüm sonra layihədən çıxarılacağının deyildiyini və həmin müddətdə maaşına artım edildiyini də qeyd edib.
Emin Olcay "Kurtlar Vadisi" ilə bağlı vaxtilə aparılmış FETÖ istintaqına da münasibət bildirib. O, həqiqətlərin ortaya çıxmasının vacib olduğunu deyərək, qanunsuz hərəkət edənlərin cəzalandırılmalı, günahsız olanların isə bəraət almalı olduğunu vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 995 Tarix: 21 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSoğanı kartofla bir yerdə saxlamayın: nəticəsi sizi TƏƏCCÜBLƏNDİRƏCƏK
Mətbəxdə ən çox istifadə olunan tərəvəzlərdən olan soğan və kartofu eyni yerdə saxlamaq rahat görünsə də, bu vərdiş onların daha tez xarab olmasına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, soğan və kartof eyni yeşikdə saxlanıldıqda ayrı-ayrılıqda saxlanılan məhsullarla müqayisədə dah
18:15 180 Türkiyədən gətirilən yükdə bəyan edilməyən mallar aşkarlanıb
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib. "APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. İdarənin "Qırmızı Körpü"
20:15 112 Məşhur müğənni toy tarixini açıqladı
Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb. Türkiyəli məşhur müğənni İrem Deric
19:15 168 Nizamsız parklanma təhlükə yaradır - AÇIQLAMA
Köhnə və yeni çoxmərtəbəli binalarda yanğın təhlükəsizliyi ilə bağlı çatışmazlıqlar müşahidə edilir. Hər ikisi üçün ən böyük problem binaların həyətlərində nəqliyyat vasitələrinin nizamsız parklanmasıdır. "Əksər binaların həyətlərinə operativ nəqliyyat vasitələrinin, xüsusilə yanğınsöndürmə və xilasetm
16:54 244 Dişləri fırçalayanda bu üç səhvi etməyin
Ağız boşluğuna gündəlik qulluq zamanı yol verilən bəzi vərdişlər diş minasının zədələnməsinə və diş ətlərinin iltihabına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, stomatoloqlar insanların ağız boşluğuna qulluq zamanı yol verdiyi üç geniş yayılmış səhvi açıqlayıblar. Çoxları bu vərdişləri
20:00 129 Ayı ana və qızını parçaladı
Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı
19:00 174 Güclü külək əsir
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22
17:43 173 iPhone, Samsung və Xiaomi telefonlarının radiasiya səviyyəsi - birinci hansıdır?
Populyar smartfonların radiotezlik enerjisinin udulma göstəriciləri müqayisə olunub. Təqdim edilən siyahıda baş nahiyəsi üzrə ən yüksək göstərici "iPhone 17"də qeydə alınıb 1,49 Vt "iPhone 16e" isə 1,48 Vt/kq nəticə ilə onu izləyib. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislə
18:30 172 Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər
Qətərdə ölkə daxilindəki məscidlərdə yağış üçün kollektiv dualar oxunacaq. "Qafqazinfo" xəbər verir ki, bunu Qətər Vəqflər və İslam İşləri Nazirliyi açıqlayıb. Bildirilir ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani də ölkə əhalisini quraqlıq dövrlərində yağış yağması üçün dua etməyə çağırıb
23:15 1